“Bu, siyasi sifarişlə həyata keçirilir”

 “Elçibəyin zəhərlənməsi iddiası 2013-cü il seçkiləri öncəsi siyasi vəziyyəti gərginləşdirməyə xidmət edir”

“Yeni Müsavat” qəzetinə verdiyi xəbərə görə, Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işinin qızğın istintaqı gedir. Qaynaq bildirir ki, istintaq üzrə Əbülfəz Elçibəyə yaxın olan bir neçə şəxs dindirilib. Bu sırada onun “özəl qələmi” və yaxın qohumu Əli Mürsəloğlu, tanınmış hüquqşünas Adil Minbaşı, eks-prezidentin Bakıdakı 2 həkimi, qardaşı Almurad Əliyev, Elçibəyin Mərdəkanda qaldığı bağın sahibi Rafiq adlı şəxs də var. Sonuncu şəxs indi Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Qəzet yazır ki, cinayət işinin başlanmasına səbəb Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı prokurorluğa müraciət etdiyi iddia ərizəsidir.

Avropa.info-ya bu məsələ ilə münasibətini açıqlayan”Tolerantlıq” Sosial Araşdırmalr Birliyinin sədri Azər Rəşidoğlu bildirib ki, Elçibəyin zəhərlənməsi ilə bağlı yayılan məlumatlar Əli Kərimliyə qarşı mütamadi aparılan “qara piar” təbliğatının tərkib hissəidir:  “Bu addım 2013-cü il seçkiləri öncəsi siyasi vəziyyəti gərginləşdirməyə xidmət edir və dəst xəttinə görə Rusiya texnoloqlarının işini xatırladır”.

Siyasi ekspert hesab edir ki, Hafiz Haciyev bu məsələdə ən az əhəmiyyətli simadır:  “Bu, siyasi sifarişlə həyata keçirilir və ciddi perespektiv vəd etmir. Sadəcə olaraq, vəziyyətin gərginləşdirilməsinə verilən start kimi səciyyələndirilə bilər”. 

Azər Rəşidoğlu istisna etmədiyini bildirib ki, bu iddia hər hansı bəhanə ilə müxalifət liderlərinin həbsinə hazırlıq görülmək məqsədi də daşıya bilər. 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER