Suriya məsələsi çoxlarının əsil simasını ortaya çıxardı

ALLAH ADINA, AMERİKA EŞQİNƏ

Bu gün dünya gündəmi Suriya olayları və bu ölkədə baş verənlərdir. Hər şeydən öncə bu ölkədə baş alıb gedən cinayətkar əməllər, qətliamlar ədalətsevər insanları düşündürməyə vadar edir. Bu gün İsrailin düşməni, regionda bu rejimə qarşı müqavimət hərəkatını dəstəkləyən Suriya hakimiyyəti yalnız öz tutduğu mövqeyinə görə cəzalandırılmaqdadır. Suriyada ABŞ və müttəfiqlərinin demokratiya axtardığı barədə açıqlama verənlər, ya savadsız-nadanlardır, yaxud da ABŞ-sionist mərkəzlərdən qidalanan media və şəxslərdir. Əks halda, hamı çox gözəl bilir ki, diktator və qəddar olan Ərəbistan və Qətər rejimləri ilə birgə Suriyada demokratiya axtarışına çıxmaq özünü gülünc vəziyyətinə salmaq deməkdir.ALLAH ADINA, AMERİKA EŞQİNƏ

Daha gülməlisi odur ki, Amerika güya əl-Qaidənin Suriyaya ayaq açmasınadn narahat olub! Bəllidir ki, ABŞ elə belə də danışmalıdır. Axı bu terrorçu qruplaşmanı yaradan ABŞ, onun bu ölkəyə bağlı olmamasını sübut etmək üçün başqa cür danışa da bilməzdi. Güya ABŞ minlərlə əl-qaidəniçinin Suriyanın qonşu sərhədlərindən nizamlı şəkildə Suriyaya göndərilməsindən xəbərsizdirmi? Təbii ki, yox. Suriya məsələsi loru dildə desək, çoxlarının “maskası”nı cırdı, indiyə kimi İsrailin mənafeyinə zidd bir addım belə atmayan əl-Qaidəni kimliyini ortaya qoydu. Bu gün əl-Qaidə ALLAH adına, amma İsrail və ABŞ eşqinə Suriya əhalisini vəhşicəsinə qətliam etməkdədir. Başları MKİ-yə bağlı olan bu təşkilat, nadan və anlamaz müsəlman cavanlarını aldadaraq “Allahu Əkbər” şüarı ilə İsrail və ABŞ yolunda döyüşdürüb, fəda edirlər. İsrail və ABŞ belə “Allahu Əkbər” deyənlərin dodaqlarından da öpməyə hazırdır. Çünki onlar Allah adına, ABŞ eşqinə döyüşən “mücahidlərdir”. Amma iş bununla bitmir. 10 il öncə İslam adı ilə Türkiyədə hakimyyətə gələn Ərdoğan və onun ətrafının kimliyi də Suriya olaylarından sonra bəlli oldu. Bir neçə gün öncə, baş nazir Ərdoğanın 2003-2007-ci illərdə müavini olmuş Abdullatif Şener hazırkı hakimiyyətin əsil mahiyyətini ortaya qoydu. O, açıq-aşkar bildirdi ki, Ərdoğan “Böyük İsrail” ssenarisinə qoşulub. O, MOSSAD və İsraillə birgə iş aparmaqdadır. Bəli, Ərdoğan və onun hakimiyyəti ABŞ, İsrail və regionun bəzi diktatorları ilə əlbir olub “Böyük İsrail” palnını gerçəkləşdirmək istiqamətində səy göstərir. Artıq Türkiyə xalqı, müxalifəti və hətta AK Partiyadan olan bəzi simalar da bunu etiraf edərək, Ərdoğanın yürütdüyü səhv siyasətə qarşı çıxmaqdadırlar. Bizə isə gözləmək qalır, görək uduzanlar kimlər olacaq.

Əziz Sahiboğlu

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER