İranda türklərə qarşı ögey münasibət Britaniya mətbuatında

“The Guardian” Tehran rejiminin zəlzələ qurbanlarına qarşı biganəliyindən yazdı.

guardian

“Yüzlərlə insan uçqunlar altında qaldığı halda, dövlət televiziyası təbii fəlakət haqqında heç bir məlumat vermədi

İranda baş vermiş zəlzələ dünya mətbuatının gündəmindən düşmür. Xüsusən, zəlzələdən cəmi bir gün sonra İran prezidenti Mahmud Əhmədinejadın Islam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfəri tənqidlərə səbəb olub.
Artıq mövzu beynəlxalq mediada da geniş işıqlandırılır. Dünyanın nüfuzlu media qurumlarından olan Ingiltərənin “The Guardian” qəzeti İran hökumətinin Azərbaycan türklərinə qarşı laqeyd münasibətindən yazır.
“Cəmi bir gün əvvəl baş verən zəlzələyə baxmayaraq, İran prezidenti Mahmud Əhmədinejad Islam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına nəzərdə tutulan səfərini təxirə salmadı. Bu toplantıda əsasən Suriya böhranının müzakirəsi gözlənilir.
Lakin onun müşavirlərilə birlikdə zəlzələdən cəmi bircə gün sonra bu xarici səfəri ölkəsində narazılığa səbəb olub. Istər sıravi vətəndaşlar, istərsə də ictimai-siyasi xadimlər İran prezidentini təbii fəlakət qurbanlarına biganə münasibətinə görə qınayır. Onlar bildirir ki, dünyanın istənilən ölkəsində bu cür təbii fəlakətlər zamanı ölkə rəhbərliyi planlarında dəyişiklik edir, hadisə yerinə baş çəkir, insanlara başsağlığı verir, xilasetmə işlərilə tanış olur. Amma Ədmədinejad bu addımların heç birini atmadı”, – deyə “The Guardian” yazır.
Təbriz sakinləri, həmçinin deputatların dövlət televiziyasına qarşı tənqidləri də məqalədə yer alıb. Qeyd olunub ki, dövlət televiziyasının diqqəti zəlzələdən yayındırmaq cəhdi, təbii fəlakətdən sonrakı ilk saatlarda guya, zəlzələ nəticəsində qurbanların olmadığı haqda yaydığı məlumat insanları hiddətləndirib.
“Yüzlərlə insan uçqunlar altında qaldığı halda, dövlət televiziyası təbii fəlakət haqqında heç bir məlumat vermədi. Həmin vaxt telekanal Olimpiadada neçə medal qazanıldığını hesablamaqla məşğul idi”, – deyə “The Guardian” Təbrizdən deputat seçilən Əlirza Səfidanın fikirlərinə yer verib.

Informasiya şöbəsi

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER