Tehran rejimi zəlzələ qurbanlarını Allahın ümidinə buraxıb

 

İtkilərlə bağlı məlumatlar rəsmi rəqəmlərdən dəfərlərlə çoxdur

İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ qurbanlarının sayı durmadan artır. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 306-ya çatıb, 3000 nəfərdən artıq yaralı var. İranın səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi ölkə parlamentində hesabatı zamanı bildirib ki, yaralıların dəqiq sayı 3037 nəfərdir. Yaralılardan 2011-i zəlzələ bölgəsində müalicə edilir, digərləri isə xəstəxanalara köçürülüb. Rəsmi rəqəmlərdə ölənlərin sayı 306 göstərilsə də, sadə vətəndaşlar ən azı 1500 adamın öldüyünü bildirib.

İranın Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əhmədrza Səcii açıqlamasında zəlzələ nəticəsində dağıntıların altında qalan insanları xilasetmə tədbirlərinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, dağıntı baş verən ərazilərdə torpaq altında heç kim qalmayıb. Şəcii əlavə edib ki, zəlzələ gecə saatlarında baş versəydi, insan tələfatı daha çox olardı. Sadə vətəndaşlar hökumətin xilasetmə işlərindən narazı qalıblar. Zərərçəkmişlərin müxtəlif media qurumlarına açıqlamalarında deyiblər ki, Heris şəhərinin zərər dəymiş bir çox kəndinə hələ də yardım edilməyib və dağıntıların altında qalan insanlar var.

Hökumətin xilasetmə və zərərçəkmişlərə yardım kampaniyasından yalnız sadə vətəndaşalr deyil, rəsmi şəxslər də narazılıq edirlər. İran parlamentinə zəlzələnin baş verdiyi Əhər və Heris şəhərlərindən deputat seçilən Abbas Fallah bildirib ki, zərərçəkənlərin su və qida ehtiyacı ödənilmir. Onun sözlərinə görə, əgər fəlakət bölgəsində içməli su və ərzaq ehtiyacı təmin edilməsə, ölü sayı arta bilər. Deputat rəsmi şəxslərin verdiklər vədlərə əməl etmədiklərini söyləyib:“Səlahiyyətli şəxslər yardım edəcəkləri ilə bağlı vədlər verir, amma yerinə yetirmirlər. Evləri dağılmış insanların çoxu çadırla təmin edilməyib. Əhərin Bacabac, Kuyeç və digər kəndlərində içməli su və yemək yoxdur”.

Vətəndaşlar hökumətin zəlzələyə diqqət yetirmək əvəzinə gündəmi dəyişdirmək cəhdlərindən də şikayətləniblər. “Times” qəzetinə danışan sadə vətəndaşlar deyib ki, İran dövlət televiziyası zəlzələ baş verəndən bir neçə saat sonra təbii fəlakət barədə xəbər vermək əvəzinə Suriyadakı hadisələrə daha çox yer ayırıb. Tehrandakı bəzi vətəndaşlar zəlzələ barədə xəbəri televiziyalardan deyil, “facebook” sosial şəbəkəsi vasitəsilə öyrəndiklərini bildiriblər. Tehrandan zəlzələ bölgəsinə gedənlərin isə İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarından daha tez hadisə yerinə çatdıqlarını deyiblər.

Zəlzələ baş verən Şərqi Azərbaycan vilayətində 2 gün matəm elan edilib. Təbrizin imamcüməsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri və Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi birgə bəyanat yayıblar. Onlar 13-14 avqustu matəm günü elan edildiyini açıqlayıblar. Ölkənin ali dini lideri Əli Xamneyi Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Dünya ölkələrini zəlzələ bölgəsinə yardımlar göndərməyə başlayıb. Azərbaycandan da 3 avtomobildən ibarət maşın karvanı zəlzələdən zərər çəkmiş bölgəyə göndərilib. Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə “Trend”-ə bildirib ki, içərisində humanitar yükün olduğu daha üç iritonnajlı avtomobil Culfa sərhəd buraxılış mənntəqəsi vasitəsilə Naxçıvandan İrana göndərilib və yük artıq zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə yaradılan Mərkəzi qərargaha verilib.

Bundan əvvəl isə ölkə başçısı İlham Əliyevin göstərişiylə Fövqəladə Hallar Nazirliyi tərəfindən 25 avtomobildən ibarət maşın karvanı zəlzələdən zərər çəkmiş bölgəyə yola salınıb. FHN-in rəsmi saytında avtomobil karvanı ilə 3000 ədəd ədyal, 1000 ədəd yataq dəsti, 460 ədəd çadır, un, düyü, çay, qənd, yağ, makaron, meyvə şirələri, içməli su və digər zəruri ərzaq məhsulları təbii fəlakət bölgəsinə çatdırıldığı açıqlanıb.

BMT-nin baş katibi Pan Gi Mun İranda baş verənlərlə bağlı İslam Respublikasına başsağlığı verib və humanitar yardlım təklif edib. ABŞ da bazar günü İran xalqına başsağlığı verərək humanitar yardım təklif edib. Ağ Evin açıqladığı bəyanatda ABŞ-ın bu çətin məqamda yardım göstərməyə hazır olduğu vurğulanıb.

Xatırladaq ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. İlk zəlzələdən sonra 20-dən çox 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER