Azərbaycan və Türkiyə Şərqi Azərbaycanda zəlzələ qurbanlarına kömək üçün İrana müraciət edib

İran hökuməti indiyədək humanitar yardımla bağlı təkliflərə cavab verməyib. Azərbaycan prezidenti İran xalqına başsağlığı verib.

Şərqi Azərbaycanda zəlzələ

​​Prezident İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejata İranın şimal-qərbində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, başsağlığı məktubunda deyilir. “Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

İRNA agentliyinin son məlumatına görə, Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 300-ə çatıb. Zəlzələ qurbanlarına kömək məqsədi ilə İran mərkəzi hökuməti regiona yeddi korpus göndərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Elman Abdullayev Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan İran tərəfinə humanitar yardım etməyə hazır olduğunu təklif edib. ”Biz avqustun 12-də zəlzələdən zərər çəkənlərə yardım etmək niyyətimizi rəsmi olaraq İran tərəfinə çatdırmışıq”.

Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu da İran xarici işlər naziri Əli Əkbər Salehi ilə telefonla danışıb, Türkiyənin zəlzələ qurbanlarına kömək etməyə hazır olduğunu onun diqqətinə çatdırıb.

Lakin, hazırki anadək İran hökuməti nə köməklə bağlı təkliflərə münasibət bildirib, nə də özü beynəlxalq ictimaiyyətə müraciət edib.

Şərqi Azərbaycanda zəlzələ

​​

Şərqi Azərbaycanda zəlzələ

​​

Şərqi Azərbaycanda zəlzələ

​​

Şərqi Azərbaycanda zəlzələ

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER