ƏRDOĞANIN SƏHV SİYASƏTİ KÜRD DÖVLƏTİNİ YARADA BİLƏR

Son günlər kürdlərin aktivləşməsi nə vəd edir?

Türkiyəni Suriya qumarına salan Qərb, əslində Türkiyənin özünü məğlub etmək niyyətindədir.Suriya məsələsi gündəmə gəldikdən sonra Ərdoğan və onun ətrafının qəflətən mövqeyini dəyişməsi, bu ölkəni hesablanmamış gələcəklə üzləşdirə bilər. Bu arada Əhməd Davudoğlunun Ərdoğan üzərindəki təsirini də unutmamalıyıq. ABŞ-a ən yaxın adam kimi tanınan Davudoğlunun yürütdüyü siyasət getdikcə Türkiyə cəmiyyətində də şübhələr doğurmağa başlayıb. İyulun 31-də onun İraq dövlətindən icazə almadan İraq Kürdüstanına səfər etməsi isə ortalığı daha da qarışdırıb. İstər Türkiyədən, istər də başqa ölkələrdən olan ekspertlərin fikrincə, Davudoğlunun rəsmi Bağdadın icazəsi olmadan Kürdüstana getməsi, dolayısı ilə Kürdüstanı müstəqil dövlət kimi tanımaq anlamına gəlir.

Kürdlər isə Qərb və İsrailin oyununa düşən Ərdoğan hakimiyyətinin buraxdığı səhvlərdən yararlanmağa başlayıb. Artıq İraqın şimalında özlərini müstəqil kimi aparan kürdlər böyük Kürdüstan fikrini gerçəkləşdirmək üçün işə keçiblər. İlk öncə Suriya kürdlərini qabağa verən və bununla da Türkiyənin daxilində olan 13 milyon kürdü qızışdırmağa çalışan PKK rəhbərliyi, tədricən Türkiyəni zəiflədib, rıçaqlarını əlindən almağa çalışır. Artıq bir neçə gün ərzində onlarla türk əsgəri öldürülüb. Bu hücumlar isə Türkiyənin daxilində getdikcə vüsət tapmaqdadır. Regionda yaşayan 25 milyon kürdlərə bundan yaxşı fürsət ola bilməzdi. Suriya olayları kürdlərin əlinə göydəndüşmə fürsətə çevrilib.

Ərdoğan və onun xarici işlər naziri isə Türkiyəni naməlum istiqamətə sürükləməkdə davam edirlər. Rəsmi Ankaranın başının Suriya olaylarına qarışmasından istifadə edən kürdlərin yaxın zamanlarda Türkiyə sərhədləri daxilində müstəqillik iddialarını daha da artacağı gözlənilir. Belə olan halda, Qərb və İsrail arzusunda olduqları zərbəni Türkiyəyə endirəcəklər. Bir neçə gün öncə İngiltərə Xarici İşlər Nazirliyinin maliyyəsi ilə fəaliyyət göstərən BBC telekanalının suriyalı terrorçunun Türkiyədə təlim alması barədə yaydığı reportajı da təsadüfi saymaq olmaz. Telekanal əslində dolayısı ilə Türkiyənin terrorçulara dəstək verdiyini və bu ölkəyə qarşı hazırlanan gələcək planın günahkarı kimi qələmə verməyə çalışıb. Bütün bunlar isə İsrailin Türklərdən qisas alması planının tərkib hissəsi kimi görünür.

Əziz Sahiboğlu

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER