VƏFA QULUZADƏ : “TEHRAN AZƏRBAYCANI ODA ALOVA BÜRÜYƏCƏK.

 

“Tehran Azərbaycanı oda-alova bürüyəcək”

Vəfa Quluzadə: “İran nüvə proqramını davam etdirəcək də, yaşayacaq da”

“Rusiya vaxtilə SSRİ-ni dağıdan dolların əsirinə çevrilib”

Cənub qonşumuz İran ətrafında beynəlxalq gərginlik artmaqdadır. Az qala hər gün Tehrana qarşı növbəti sərt sanksiyalar tətbiq olunur. Bəzi ekspertlər isə “havadan müharibə qoxusu gəldiyini” düşünürlər. Mövzu ətrafında politoloq Vəfa Quluzadə ilə söhbətləşdik.

-Vəfa müəllim, ABŞ Konqresinin İranla bağlı son sanksiyalarını necə qiymətləndirirsiniz?

– Bu, İranın vəziyyətini daha da çətinləşdirəcək. Amma mən sanksiyalarla İrana qələbə çalınacağını düşünmürəm. Ona görə İran nüvə proqramını da davam etdirəcək və yaşayacaq da. 

– Əgər sanksiyalar da təsir etmirsə, İrana hansı vasitələrlə qələbə çalmaq olar?

– Qərb yalnız və yalnız daxildən partlayış vasitəsi ilə İran üzərində qələbə qazana bilərlər. Çünki xaricdə müharibə etmək də tamamilə qeyri-konstruktiv fikirdir və ABŞ-a İranla müharibə etmək çox baha başa gələ bilər. İran böyük ərazidir, böyük xalqdır, özü də döyüşən xalqdır. Əgər İrana təcavüz olsa, sona qədər döyüşəcək və bütün Yaxın Şərqi alova bürüyəcək. Ona görə müharibə məsələsini tamamilə gündəmdən çıxardıram. Mən hesab edirəm ki, İranla müharibə ola bilməz. 

– Müharibənin olmamasında Çin və Rusiyanın da rolu ola bilərmi?

– Çin və Rusiyanın mövqeyini bu məsələyə qatmayaq, heç aidiyyatı da yoxdur. Yəni Çin və Rusiyanın mövqeyi BMT-də İranla müharibənin əleyhinə qərar qəbul etməkdə ola bilər. Ancaq bunsuz da İsrail havadan və gəmilərdən İrana zərbələr endirə bilər, ABŞ da öz müttəfiqinə dəstək üçün ona qoşula bilər, BMT-nin qərarlarına heç ehtiyac olmaz. Bununla bərabər İranla geniş müharibəyə gedilməz. Çünki Yaxın Şərqdə İsrailin və ABŞ-ın böyük maraqları var, birincisi enerji maraqlarıdır. 

– Sanksiyalar işə düşəndən sonra Azərbaycanın da İranla ticarət əlaqələrini nəzərə aldıqda, bizə hansı təsirləri gözləniləndir?

– Bu sualı Azərbaycan rəhbərliyinə verin. Mən bilmirəm Azərbaycan hökuməti İrana qarşı sanksiyalara qoşular, ya qoşulmaz. İran bizim üçün qonşu dövlətdir, Amerika da önəmli strateji müttəfiqdir. Bizim vəziyyətimiz sözsüz ki, gərgin olur, amma qərar vermək lazım olacaq. 

– Sizcə, biz hansı qərarı verməliyik?

– Qərar vaxtı gələndə, o zaman verərik. Mən hesab edirəm ki, tələsmək lazım deyil. 

– Bütün hallarda müharibə bizim də ziyanımıza deyilmi?

– Sözsüz. Biz müharibənin tam əleyhinəyik, istəməzdik müharibə olsun. 

– Bu günlərdə ABŞ-ın respublikaçı konqresmeni Deyn Rorabaher dövlət katibi Klintona məktubunda Güney Azərbaycan probleminə toxunub. Bu məktub daxili siyasətə hesablanıb, yoxsa…?

– Bu tamamilə maskalanmamış bir fikirdir, yəni İranı daxildən parçalamaqdır, cənubi azərbaycanlıları İran əleyhinə təhrik etməkdir. Amma bu mexanizmin işləyəcəyinə inanmıram. 

– Nə üçün?

– Ona görə ki, İranda, Cənubi Azərbaycanda heç bir inqilabi hərəkat yoxdur. Vaxtilə hərəkat var idi, amma Stalin onu satdı. Stalin azərbaycanlıları çox pis vəziyyətə qoydu, bir yandan onları üsyana vadar etdi, onlar da bu ideyalarla ayağa qalxdılar, silahlandılar, ancaq ondan sonra erməni dostları böyük kommunist rəhbərinə məsləhət gördülər ki, Sovet İttifaqı çərçivəsində o boyda Azərbaycanı neynirsən? Onda Stalin bu fikirlə razılaşdı və cənubi azərbaycanlılar Tehran hakimiyyətinin böyük repressiyalarına məruz qaldılar.

– İndi Stalin yoxdur, dövr də dəyişib, müəyyən qədər oyanış da var…

– Böyük Azərbaycan indi Amerikaya da lazım deyil. Mən inanmıram ki, iki Azərbaycanın birləşmə ideyası böyük qüvvələrin hər hansınasa lazımdır. Böyük qüvvələr heç zaman ədalət və haqq naminə yox, öz milli maraqları naminə çıxış edirlər. İndi baxın görün, hansı böyük qüvvə iki Azərbaycanın birləşməsini istəyir, heç biri! 

– Bəs konqresmenin açıqlamaları hansı marağa xidmət edir?

– Onlar İranın daxildən dağılmasını istəyirlər. Deyirlər ki, azərbaycanlılar bu cür bəyanatlara uysunlar və farslarla mübarizəyə başlasınlar. Bu da olduqca qeyri-real bir fikirdir. 

– Əgər parçalanma baş verərsə, güneylilərə pay düşərmü?

– Əgər İran parçalansa, güneydəki azərbaycanlılar ayağa qalxsa, düşünsələr ki, ABŞ gəlib farsları əzib azərbaycanlılar üçün böyük dövlət quracaq, bu inanılacaq deyil.

– Belə məntiq yaranmırmı ki, ABŞ SSRİ-yə yanaşdığı siyasəti İrana qarşı tətbiq etmək istəyir?

– Bəli, içəridən dağıtmaq istəyirlər. SSRİ içəridən dağıldı, İran da bu cür dağıla bilər. Çünki İranda çoxlu sosial problemlərlə bərabər milli problemlər də yaranıb. Məsələn, cənubi azərbaycanlılar insan haqlarının durumundan razı deyillər. Ona görə bu məsələlərdə İranı içəridən dağıdan amillərdən biri Cənubi Azərbaycandır. Mənin fikirlərim bu dəqiqəyə aiddir, 3-5 ildən sonra Cənubi Azərbaycan İran üçün böyük təhlükəli amilə çevrilə bilər. 

– Fikirləriniz ehtimaldır?

– Hesab edirəm ki, Cənubi Azərbaycan İran üçün bir gün təhlükəli amilə çevriləcək. 30 milyon xalqın insan hüquqlarını ayaqlamaq asan məsələ deyil. Bir gün həmin xalq öz hüquqlarını tələb edib ayağa qalxacaq. 

– Vəfa müəllim, bir sıra politoloqlar Suriyadan sonra növbənin İran olduğunu düşünürlər. Bu barədə nə deyə bilərsiniz?

– Sözsüz ki, elə gəlir. Amma başqa cür də ola bilər.

– Məsələn, necə?

– Suriyadan sonra növbə zəncirin zəif hissəsidir. İndi biz bunu çətin təyin edərik, İrandır, yoxsa Rusiyadır. İrana baxdıqda, İran daxili baxımdan daha toparlıdır, Rusiya ilə müqayisədə korrupsiya bu ölkədə daha azdır. 

– Amma sosial problemlər dərindir, kənd təsərrüfatı dağılıb…

– Rusiyanın kənd təsərrüfatı ondan betər dağılıb. İran heç olmasa özü-özünü yedirdir və bütün problemlərini özü həll edir. Amma Rusiya nə günə düşüb ki, neft dolları olmasa, ölkədə ət, çörək qıtlığı problemləri yaranar. 

– Neftin qiymətinin düşmə ehtimalı varmı?

– Dollar elə şeydir ki, hər şey ola bilər. Dollar vaxtilə SSRİ-ni dağıdıb, amma Rusiya indi dollara güvənir. 

– Əgər sanksiyalar davamlı olsa, İranın içəridən dağılma ehtimalı nə qədərdir? 

– Sanksiyalar ona yönəlib ki, İranı içəridən dağıtsınlar. Benzinin qiyməti artıb, bunlar iqtisadi blokadanın nəticəsidir, başqa bir şey deyil. 

– Sanksiyalar işə düşən kimi dini lider Xamneyi generalları toplayıb müharibə hazırlıqları göstərişini verdi. İranın özünün müharibəyə başlaması nə dərəcədə realdır?

– Bunun özü də Qərbə bir təzyiq məsələsidir. Qərbə təzyiqdir ki, İranı çıxılmaz duruma salanda, müharibəni Tehran özü başlaya bilər. Yəni birinci özü ABŞ və İsrailin regiondakı bazalarına və maraqlarına zərbə vura bilər. Azərbaycan da o cümlədən, niyə də yox?! 

– Əgər İran özü müharibəyə başlasa, Tehrana baha başa oturmazmı? 

– Bu, İran üçün intihar müharibəsi olar. 

– İranda geniş miqyasda müharibəyə başlamaq gücü varmı?

– Başlayıb məğlub olmaq ehtimalı var. İran ona görə müharibəyə getmir ki, NATO-ya qarşı müharibə etmək əfsanədir. Amma intihar müharibəsi ola bilər. Yəni Amerikanın maraqlarına böyük zərbələr endirir və nəticə etibarı ilə də özü cəzalandırılır, böyük itkilər verir, nüvə sektoru, iqtisadiyyatı darmadağın olur və dilənçi duruma düşür. Bəli, ABŞ və dostları da bu müharibədən ziyan çəkəcək. Xatırlayırsınızmı, Səddam Hüseyn Ərəbistan yarımadasında neçə neft yataqlarını yandırdı, sonra söndürdülər. İranda da belə ola bilər. Bütün hallarda İran Azərbaycanı da ABŞ obyekti hesab edib bizə də zərbə endirəcəksə, rəsmi Bakı sözsüz ki, Qərbin koalisiyasına qoşulmalıdır və Tehranın əleyhinə çıxmalıdır. Bu, çox incə məsələdir, amma Azərbaycan bunu əvvəldən bilməlidir. Əgər İran Azərbaycana ziyan yetirməyəcəksə, neytral qalmaq olar. Ancaq İran Azərbaycanı ABŞ-ın dostu və obyekti kimi dəyərləndirib zərbə vuracaqsa, koalisiyaya qoşulmaq lazımdır. 

– Koalisiyaya qoşulmaq bizim maraqlarımıza xeyir verəcəkmi?

– Onsuz da bizi vuracaqlar, o zaman Azərbaycan aerodromlarından İrana hücumlar olacaq. Ona görə ki, Tehran Azərbaycanı hədəfə alıb, müharibəyə başlasa, bizi oda-alova bürüyəcək. Belə olanda niyə susmalıyıq. Bu, çox incə məsələ olduğundan dəyərləndirməli və xüsusi bir qrup işləməlidir. Yəni Azərbaycan müharibə vaxtı özünü necə aparacaq? 

– Beyin mərkəzi yaranmalıdır?

– Gərək çoxdan həmin beyin mərkəzi yaranaydı. 

Natiq CAVADLI

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER