“İRAN BİZİM SAİRLƏRİ AZAD ET ! AKSİYA

İran səfirliyi qarşısında “Şairlərə azadlıq!” şüarıyla piket keçirildi

İran səfirliyi qarşısında piket

«İran Xarici İşlər
Nazirliyinin bizim diplomatik missiyanın nümayəndələrinə dediyi kimi, yalnız bu qurum tərəfindən verilən məlumatlar etibarlı sayılmalıdır»

Azərbaycanın bir qrup yazarı və hüquq müdafiəçisi İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. 

Avqustun 6-da Bakıda İçərişəhər meteostansiyasından səfirliyə tərəf yürüş edən piketçilər ingilis dilində «İran, Azərbaycan şairlərini azad et» yazılmış plakat qaldırıblar.

Polis aksiyanın keçirilməsinə mane olub, plakatları cırıb.

Aksiyanın təşkilatçılarından biri RATİ-nin direktoru Emin Hüseynov AzadlıqRadiosuna bildirib ki, onlar yerli və xarici medianın diqqətini İranda saxlanan Azərbaycan şairlərinin sabahkı məhkəməsinə cəlb etmək istəyirlər.

«ŞAİRLƏR DİPLOMATİK GƏRGİNLİYİN QURBANIDIR»

Emin Hüseynovun sözlərinə görə, onlar beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istəyirlər ki, bir müddət öncə İrana şeir festivalına gedən və orda saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsi əsassızdır.

Şəhriyar Hacızadə və Fərid Hüseyn

​​Aksiya iştirakçıları hesab edirlər ki, şairlər iki ölkə arasındakı diplomatik gərginliyin qurbanlarıdır və onların dərhal azadlığa buraxılmasını tələb edirlər.

Naşir Şahbaz Xudoğlu piketin qətnaməsi oxunandan sonra onu səfirliyə təqdim edib.

İyulun 28-də Təbrizdəki baş konsulluğun nümayəndəsi və ailə üzvləri ilə görüşərkən şairlər ölkəyə icazəsiz gəlməkdə ittiham olunduqlarını söyləyiblər.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar.

Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildiriblər.

Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyə kimi İran hökumətinə 5 nota göndərib.

Səadət Akifqızı

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER