“ERMƏNİLƏR BİR NEÇƏ KƏNDİMİZİ BOŞALDIB”

AĞDAM VƏ FÜZULİDƏ BOŞALDILAN KƏNDLƏRİ ORDUMUZ NƏZARƏTƏ GÖTÜRÜB

Azərbaycanın işğal altında olan Ağdam və Füzuli rayonları istiqamətində erməni hərbi qüvvələri nəzarətdə saxladığı bir neçə  kəndi boşaldıb. Buna səbəb kimi İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında qarşıdurmanın kulminasiya həddinə çatması göstərilir.

Cəbhə bölgəsində yerləşən kəndlərdən verilən məlumata görə, bir neçə gündür ki, adı çəkilən rayonlarda işğal olunmuş Azərbaycan kəndlərində davamlı atışmalar olub.

Bu atışmaların ardınca isə kəndlərin boşaldıldığı qeyd edilir. Sakinlər bir neçə dəfə sərbəst şəkildə boşaldılmış kəndlərə də gedə biliblər.

Ancaq Azərbaycan Müdafiə Nazirliyinin qüvvələri bunun qarşısını alıblar. Həmin kəndlər Milli Ordunun nəzarəti altına alınıb. Nədənsə bu məsələ barədə ictimaiyyətə məlumat verilmir.

Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında qarşıdurma o həddə çatıb ki, birincilər gizli şəkildə Qarabağın azərbaycanlı icmasına birləşmək üçün ismarıc da göndəriblər. Bakıdan isə Qarabağ icmasına bu məsələ ilə bağlı açiqlama verməmək töfsiyyə olunub.

Məsələnin təfərrüatı barədə öyrəndiyimiz o oldu ki, Xankəndində qondarma seçkilərdə Qarabağ erməniləri yer ala bilməyib. Buna etiraz edən Sergey Manukyan adlı bir professor deyib ki, bütün əziyyəti onlar çəkir, bəhrəsini isə İrəvan erməniləri və bir neçə Qarabağ ermənisi görür. Xankəndində təxminən 100-ə qədər erməni Manukyanı müdafiə edib.

Məsələnin böyüyəcəyini görən Ermənistan rəhbərliyi Manukyanı həbs etdirib. Bu xəbər Manukyanın oğluna (onun adını dəqiqləşdirmək mümkün olmadı) çatıb. Məlumatlara görə, o, atasının dərhal azad olunmasını tələb edib. Nəticədə onu da həbs etmək istəyiblər. Manukyanın oğlu Ağdam, Füzuli istiqamətində Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşən hərbi hissələrdən birində yüksək post tutur. Ümumiyyətlə, onun Qarabağ erməniləri arasında böyük hörmətə malik olduğu deyilir. 

Bundan sonra Manukyanın oğlu tabeçiliyində olan hərbi qüvvələri Azərbaycanın işğal edilmiş kəndlərindən geri çəkməyə başlayıb. Bunu bilən Ermənistan rəhbərliyi məsələnin qarşısını almaq üçün bölgəyə hərbi qüvvə göndərib. Qarşıdurmada onlarla ölənlərin olduğu deyilir. Məsələnin böyüyəcəyini görən Sarkisyan aparatı güzəştə gedib. Ancaq hadisələrin nəzarətdən çıxacağını görüb Manukyanın özünü və oğlunu həbs etdirib. Bu isə hadisələri nəinki sakitləşdirib, əksinə, İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında qarşıdurmanı daha da dərinləşdirib.

Bu arada Ermənistan mətbuatı təmas xəttində tez-tez pilotsuz döyüş təyyarələrinin göründüyünü və bunların Azərbaycana məxsus olduğunu da yazıb.

Çox güman ki, son günlər Azərbaycanın rəsmi şəkildə işğal olunmuş ərziləri çox yaxın zamanlarda azad edəcəyi barədə bəyanatlar verməsinin arxasında bu faktor da dayanır./Modern.az/

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER