SƏRDAR CƏLALOĞLU: “MUSAVATLA AXCP ZORƏN BİR YERDƏDİR”

“RƏSUL QULİYEVƏ GÖRƏ ÖLÜMƏ GETMƏYƏ HAZIR İDİM”

Sərdar Cəlaloğlu: “Müsavatla AXCP zorən bir yerdədir”“Rafiq Əliyev və Rüstəm İbrahimbəyovun vahid namizəd olmamasına hakimiyyət qurban kəsər”
“Biz Sülhəddin Əkbəri ADP-dən qovmuşuq”

Azərbaycanda müxalifətin birliyinin vacibliyi məsələsi yenidən aktuallaşıb. Bu istiqamətdə ən çox təkid edən siyasilərdən birinin ADP sədri Sərdar Cəlaloğlu olduğu müşahidə edilir. Son dövrlər bütün çıxışlarında və yazılarında birlikdən, birliyə mane olan amillərdən danışır. Açıqlamalarının bir çox isə müəyyən suallar ortaya çıxarır. Sual çıxan açıqlamalarından biri də Xalq Cəbhəsinin 23 illiyi tədbirində “Əbülfəz Elçibəy ən böyük demokrat deyil” bəyanatı oldu. Sərdar Cəlaloğlunu isti yay günündə redaksiyamıza dəvət edib bu və digər məsələlərlə bağlı sualları cavablandırmağını istədik.

– Son dövrdə sizin bir neçə tədbirlərdə və mətbuatda çıxışlarınız, səsləndirdiyiniz tezislər İctimai Palatada, Müsavat və AXCP düşərgəsində neqativ reaksiyalar doğurdu. Seçki islahatlarına həsr olunmuş dəyirmi masada siz müxalifəti demokrat olmamaqda ittiham elədiniz. Sonra AXC-nin ildönümü tədbirində “Əbülfəz Elçibəy ən böyük demokrat” şüarına etiraz etdiniz və bildirdiniz ki, “Ən böyük demokrat Səttarxan”dır. İki gün öncə isə mətbuata demisiniz ki, müxalifət xalqın fəallaşması olmadan siyasi aktivlik nümayiş etdirməməlidir. Müxalifətin ən azı müəyyən bir hissəsi tərəfindən bunlar neqativ qəbul olunub. Bunun fərqindəsinizmi?

– Bu yaxınlarda milli kodlaşdırma ilə bağlı iki məqalə yazmışam. Nəticəyə gəldim ki, bizim millətimiz yanlış kodlaşdırılıb. Biz bu kodların nəticəsində bu cür davranışlar nümayiş etdiririk. Yəni məsələyə bir az fundamental yanaşdığım üçün cari yanaşanlardan fərqli mövqe qoyuram ortalığa. Bizim xalqın ayrı-ayrılıqda çox görkəmli övladları var ki, biz milləti tərbiyə eləmək üçün onlardan ideal qismində istifadə eləməliyik. Ona görə də tarixi şəxsiyyətlərimizi qiymətləndirəndə ədalətli qiymətləndirməliyik. Başqa bir adama aid edəcəyimiz epiteti Elçibəyə edəndə Elçibəyin də layiq olduğu adları bir başqası götürüb özünə edəcək. Beləliklə, tariximizdə kim kimdir məsələsi məlum olmayacaq. Biz azərbaycanlıların demokratikləşmə tarixinə baxsaq, bu tarixdə ən böyük demokrat məhz Səttarxandır. Səttarxan İranda parlamentli monarxiyaya keçid uğrunda mübarizə aparıb və parlamentarizmin İranda əsası qoyulub. Gör bu, nə qədər mühüm hadisə olub ki, Lenin buna iki məqalə həsr edib. Səttarxanı Şərqin, İranın Harribaldisi adlandırıb. O xidmətlərinə görə İranda Səttarxana Sərdari milli adı verilib.

– Elçibəyə qarşı çıxmaq faktiki olaraq indiki Azərbaycan demokratik nəslinin tarixinə qarşı çıxmaq kimi qəbul olunur. Bunları bir-birinə qarşı qoymaq nə dərəcədə düzgündür?

– Bunları bir-birinə qarşı qoymuram. Mən deyirəm ki, bütöv Azərbaycan ideyası Azərbaycanın yüz illik tarixində net şəkildə yalnız Əbülfəz Elçibəy tərəfindən qoyulub. Əbülfəz Elçibəydən başqa heç kim bu ideyanın müəllifi deyil. Hətta Şeyx Məhəmməd Xiyabani Cənubda yaratdığı dövlətin adını Azadıstan qoyub ki, bu, Azərbaycan kimi başa düşülməsin.

– Bütöv Azərbaycan ideya kimi hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olub. Əbülfəz Elçibəy bu ideyanı gündəmə gətirib…

– Mən əsaslandırıram ki, ən böyük demokrat titulunu Səttarxana verə bilərik. Bunu sən istəsən də, istəməsən də fakt faktlığında qalır. Səttarxan Azərbaycanda demokratiyanın banisidir. Siz deyə bilərsiniz ki, Elçibəy ən böyük demokratdır. Lakin ən böyük demokrat o adamdır ki, o, milli, dini, regional çərçivələrdən çıxır bəşəri çərçivədə yerləşir. Bizim tariximizdə yeganə azərbaycanlı Səttarxandır ki, dünya tarixi çərçivəsində ona baxa bilərik. Çünki Yaxın Şərqdə parlamentarizm uğrunda mübarizə aparan ilk azərbaycanlı olub və buna da İranda nail olub. Məhəmməd Əmin Rəsulzadənin də ideyalarının formalaşmasında Səttarxanın ideyasının müstəsna rolu olub. Siz “Ən böyük demokrat Əbülfəz Elçibəy” deyirsinizsə, onda Səttarxana nə deyək?
İkincisi, Elçibəyin tariximizdə rolunu biz nəyə görə düzgün qiymətləndirməməliyik? Elçibəy ikinci respublikanın banisi və Bütöv Azərbaycan ideyasının müəllifi kimi Azərbaycan tarixində fiksə olunsa, bu, Elçibəyin tarixdə böyük şəxsiyyət olmasına kifayət edir. O ki qaldı müxalifətin demokrat olmamasına, sosioloji qanunauyğunluğa görə uzun müddət zülmə məruz qalanların özləri zalıma çevrilirlər. Uzun müddət antidemokratik şəraitdə qalmağımız, antidemokratik rejimdə yaşamağımız bizim özümüzün demokratik aşılanmağımıza gətirib çıxarıb. 1988-1990-cı illərdəki Azərbaycan xalqı ilə indiki eyni deyil. Həmçinin o vaxtkı demokratik qüvvələrin demokratiyaya sədaqəti ilə indiki sədaqəti eyni deyil.

– Azərbaycan demokratik hərəkatının liderlərindən biri-sizsiniz. Hətta partiyanızın adında “demokrat” sözü var. Sizin özünüz də aşılanmanı hiss edirsinizmi?

– Mən heç vaxt birmənalı şəkildə şəxsi iddiamı ortalığa qoymamışam, heç vaxt qrup maraqlarını ictimai maraqlardan üstün tutmamışam. Şəxsən mən aşılanmanı özümdə bir o qədər hiss eləmirəm. Amma…

– Məsələn, kimlərdə hiss edirsiniz?

– Yox ey, mən özümdə də hiss edirəm. Lakin partiyada demişəm ki, bəzən görsəniz ki, mənim şəxsi fikir və ideyalarım demokratiyaya ziddir, o zaman mənə müqavimət göstərin. Partiyanın İdarə Heyətində çox vaxt mənim fikirlərimə zidd qərarlar qəbul edilir. Mən də onunla razılaşıram. Məndə həddən artıq birlik meyli var. Amma bir çox siyasilərdə yoxdur. Birlik meyli olmamaq onu göstərir ki, həmin şəxs demokratiyadan uzaqlaşır. Xalqın bizim ətrafımıza toplaşmaması və bizim xalqın adından danışmağımız bizim özümüzün demokratiyadan uzaqlaşmağımızın göstəricisidir. Məsələn, mitinq keçiririksə, orada on minlərlə insan iştirak eləmirsə, bu, o deməkdir ki, mən demaqogiya ilə məşğulam. Çünki xalqın iştirak eləmədiyi heç bir proses demokratik proses deyil, baxmayaraq ki, mitinq xalqın maraqlarını müdafiə edir. Demaqoqlar da elə edir, lakin sonda gedib öz maraqlarını təmin edirlər. Əgər narazı elektorat müxalifətin ətrafında birləşmirsə, demokratiya nədən ibarətdir? Bunun harası oldu demokrat?!

– Bir neçə gün öncə isə qəzetlərdən birinə açıqlamanızda bildirmisiniz ki, xalq fəallaşmadan müxalifətin siyasi fəallıq etməsi, aksiyalara başlaması düzgün deyil…

– Mən xalqın, narazı elektoratın müxalifətin ətrafında toplanması üçün şərtlərin təmin edilməsini vacib hesab edirəm. Neçə ki, bu şərtlər yoxdur, heç vaxt xalq bizim ətrafımıza toplanmayacaq. Bu zaman isə bizim apardığımız mübarizə demokratiyadan başqa bir şey olmayacaq. Yəni bu gün müxalifət özü öz arasında ortaq məxrəcə gələ bilmirsə və xalq da buna görə müxalifətin ətrafında toplanmırsa, mən deyirəm ki, belə vəziyyətə müxalifətin aksiyaları önə çəkməsi yanlışdır və demokratiyanın tələblərinə ziddir.

– Fəallıq etməyən, aksiyalar keçirməyən müxalifət xalqla necə bir yerdə ola bilər?

– Əvvəla, biz Yaxın Şərqdə baş verən hadisələrdən görürük ki, nəinki kütləvi aksiyalar, hətta əlində silah, tank olanda belə, hakimiyyəti nəyəsə məcbur etmək mümkün deyil. Suriya nümunəsi var. Əsəd rejiminə Rusiya ilə Çin dəstək verdiyi üçün il yarımdır qırğın gedir, müxalifət istəyinə nail ola bilməyib. Demək istəyirəm ki, çağdaş dövrdə yalnız kütləvi aksiyalarla siyasi effekt əldə etmək mümkün deyil.
Xalq sənin kütləvi aksiyanda iştirak etmirsə, bu, demokratik proses deyil. Bir quldur da öz dəstəsini yığar gedər hökumətin üstünə, buna demokratik proses demək olar? Müxalifət xalqın kütləvi aksiyalarda niyə iştirak eləməməyinin səbəblərini tapmalıdır. Biz xalqın tələbinə uyğun təklif verməsək, heç vaxt xalq orada iştirak eləməyəcək. Biz xalqı maarifləndirməliyik, xalqın bizdən narazı qalan tərəflərimizi islah eləməliyik. Xalq bizi bir yerdə görmək istəyir, lakin biz bir yerdə ola bilmirik…

– Bir yerdə olmaq üçün niyə İctimai Palataya gəlmirsiniz?

– Məhz məsələnin bu cür qoyuluşu demokratiyadan uzaqdır. Mən də deyə bilərəm ki, onlar niyə “Qarabağ” blokuna gəlmirlər. Söhbət hansısa bloka, birliyə getməkdən getmir, söhbət müxalifət liderlərində əməkdaşlıq meyllərinin zəif olmasından gedir. Bax, demokratiyadan uzaqlaşmanın səbəbi budur. Gəl səmimi danışaq, bu gün AXCP ilə Müsavat səmimi şəkildə birlik yaradıb? “Hə” deyə bilməzsən.

– Mümkün olan əməkdaşlığı İctimai Palatada qura biliblər…

– Neçə ki, bu mümkünlük İctimai Palatadan ibarətdir, Azərbaycan xalqı müxalifətin dalınca gəlməyəcək. Xalq bir dəfə çıxacaq. O gözləyə bilməz ki, kimlərsə burada alver edir, hansı birlik mümkün olacaq yoxsa yox. Xalq yalnız o halda ortaya çıxacaq və müxalifətin arxasınca gedəcək ki, o net şəkildə görəcək ki, müxalifət onun arzuladığı ən təkmil modelini ortaya qoyub. Belə olanda bir dəfə çıxacaq meydana və məsələ həll olunacaq. Azərbaycanda intensional birlik yoxdur. Bu nə deməkdir? Bir yerdə otururlar, amma bir-biri ilə düşməndirlər, bir-birinə rəqibdirlər. Bir insan imtina etmirsə, o insanın iddiası eqoizm deyil? Məsələn, deyirlər ki, gəlin vahid namizəd müəyyənləşdirək, qabaqcadan da deyirlər ki, kim olacaq vahid namizəd? Vahid namizədi o adamlar müəyyənləşdirə bilər ki, onların hamısı səmimi şəkildə vahid namizəd olmaqdan imtina etməyə hazır olsun. Bundan sonra vahid namizəd müəyyənləşdirmək çox asan olacaq. Amma namizədlikdən imtina edə bilməyən adamların içərisindən vahid namizəd seçmək olmaz. Bu gün İctimai Palatanın özündə intensional birlik yoxdur. Kənardan görünür ki, birlik var, əslində isə daxildə bir-birinə rəqib qüvvələr var, birlik yoxdur. Mən birlik deyəndə formal birlik nəzərdə tutmuram. Bir-birimizin yolunda ölümə hazır ola biləcəyimiz birliyi nəzərdə tuturam. Xalq bilir ki, müxalifətin indi görünən birlikləri onu xoşbəxtliyə apara bilməz. Azərbaycan müxalifətinin elə bir ortaq nöqtəsi yoxdur ki, o nöqtədə hamı birləşə bilsin. Faciəmiz budur. Mən bunu deyirəm. Bizə xalq da, beynəlxalq birlik də birləşmək mesajını verir. Biz isə deyirik “birləşmişik”. Bu cür birliklər isə xalqın, beynəlxalq birliyin bizdən gözlədiyi birlik deyil. Biz elə birlik yaratmalıyıq ki, orada hər kəs öz yerinə, qabiliyyətinə layiq yeri tutsun. Bundan əvvəllər belə bir mənzərə var idi. Bir nəfərdən ibarət partiyanın sədri gəlib otururdu yuxarıda iclas aparırdı, İsa Qəmbər isə iclasın iştirakçısı olurdu. Həmin bir nəfərin öz yerində olmamağı ona gətirib çıxarırdı ki, yaradılan o birlik effektsiz olurdu. Bu birlik deyil, birliyin görüntüsüdür, formaldır. Mənim müxalifəti tənqidimin əsasında o durur ki, məğlubiyyətimizin bizdən asılı olan səbəblərini aradan qaldıraq.

– Siz bir vaxtlar Sülhəddin Əkbərlə birlikdə partiya yaratmışdınız. Sonra Rəsul Quliyev sizin partiyaya sədr gəldi. Halbuki sizinlə Rəsul Quliyevi heç də tam mənəvi birlik birləşdirmirdi. Amma müəyyən dövrdə onunla hətta eyni partiyada oldunuz. Hansısa üst-üstə düşən məqamlar olur ki, belə birliklər yaranır. Hətta bir partiyanın daxilində bir-birini ittiham edən qruplar olur. O baxımdan da hansısa birliyin daxilində olan iki ayrı-ayrı partiyaların da üst-üstə düşməyən mövqeləri ola bilər.

– Biz Sülhəddin Əkbəri partiyadan qovmuşduq. Biz onu çıxardandan sonra gedib Müsavat Partiyasına. Mən Rəsul Quliyevlə birlikdə olanda ondan ötrü ölümə getməyə hazır idim. Çünki birliyimizə səmimi yanaşırdım. Mən səmimi, həqiqi birlikdən danışıram. Sənin dediyin isə həqiqi birlik deyil. Hakimiyyətin sıxışdırması nəticəsində məcburiyyətdən doğan birlik birlik sayılmır. Müsavatla AXCP isə məcburiyyətdən bir yerdədir. Rəsul Quliyev də ADP-nin təşkilat komitəsinin qərarı ilə partiyadan qovulub. İki nəfər ADP-dən qovulmuş adam gedib indi birləşiblər. Bu o deməkdir ki, həqiqi birlikdir? Mən deyirəm ki, xalqın arzuladığı şəkildə olmayan birlik həqiqi birlik deyil.

– Siz demisiniz ki, müxalifətin vahid namizədi professor Rafiq Əliyev və ya dünya şöhrətli kinorejissor Rüstəm İbrahimbəyov ola bilər. Nədən demirsiniz ki, İsa Qəmbər və ya Əli Kərimli ola bilər?

– Bəs niyə demədiniz ki, Sərdar Cəlaloğlu ola bilər, niyə demirsiniz ki, İqbal Ağazadə ola bilər. Çünki sizin beyninizdə vahid namizəd ideyası iki nəfərin arasındadır. Ya İsa Qəmbər, ya Əli Kərimli olmalıdır. Mən isə demişəm ki, əgər siyasi liderlərin arasında hamı bir nəfəri vahid namizəd kimi göstərə bilməyəcəksə, hamının qəbul edəcəyi və hamı ilə eyni məsafədə duran, siyasi təcrübəsi olan, ictimai-siyasi proseslərdə iştirak edən bir ziyalını vahid namizəd kimi qabağa verə bilərik. Bu kriteriyaya isə Rafiq Əliyev uyğun gəlir. Rafiq Əliyev və Rüstəm İbrahimbəyovun vahid namizəd olmamasına hakimiyyət qurban kəsər.

Etibar SEYİDAĞA

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER