DAĞLIQ QARABAĞI ALMAN HÖKUMƏTİ TANIMIR VƏ ALMAN DEPUTATLARIN DA,SECKİYƏ TƏPKİ

ALMAN DEPUTATLARDAN “DQR”-dəki SEÇKİYƏ TƏPKİ
Almaniya Xristian Demokratlar İttifaqı  Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının xarici siyasət üzrə məruzəçisi Filipp Missfelder və həmin fraksiyanın xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Georg Vellmann Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə əlaqədar bəyanatla çıxış ediblər.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 19 iyul 2012-ci il tarixdə beynəlxalq hüquqa əsaslanmayan, tanınmayan Dağlıq Qarabağ ərazisində təyin olunmuş “prezident seçkiləri” münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə beynəlxalq birliyin göstərdikləri cəhdlərə ağır bir zərbədir: “Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsi hesab edir. Avropa Birliyi kimi Almaniyanın da mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam edən nizamlanma prosesi yalnız sülh yolu həll edilə bilər. Belə ki, nə Almaniya, nə də Avropa Birliyi 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkisini” tanımır. Bundan başqa, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton 25 may 2010-cu il tarixində keçirilmiş seçkilərlə bağlı deyib ki, Avropa Birliyi hüquqa və qanuni Konstitusiyaya müvafiq olaraq Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” tanımır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qeyri müəyyənlik yaradır. Ketrin Eşton tanınmamış Dağlıq Qarabağ republikasında keçirilən “prezident seçkiləri” nin Avropa Birliyi tərəfindən tanınmaması ilə əlaqədar mövqeyinin dəyişməz qaldığını vurğulayıb”. Bəyanat müəllifləri bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin 20-ci ildönümü bu konflikt barədə düşünmək və münaqişənin həlli prosesi barədə yeni fikir söyləmək üçün bir fürsətdir: “Münaqişənin sülh yolu ilə həll edilməsi və əlaqələrin normallaşdırılması, ümumilikdə, Cənubi Qafqaz regionunda münaqişənin həll edilməsi üçün bilavasitə pozitiv, iqtisadi və ictimai stimul olardı. Bu zaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı  ATƏT-in Minsk Qrupu, NATO və Birləşmiş Millətlər Dağlıq Qarabağ münaqişəsinə yenidən diqqəti artırmalıdır”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER