“ELÇİBƏYƏ DEDİM KQB-Nİ VER MƏNƏ, 100 İL PREZİDENT OL”

Elşad PAŞASOY

Məhəmməd Hatəmi:“Ayaz Mütəllibov məni general eləmək istəyirdi” “Cənubi Azərbaycan xilas olsa, müstəqil dövlət olsa, dünyanın coğrafiyası tamam dəyişər” Məhəmməd Hatəmi zəmanəmizin canlı əfsanələrindəndir. Güneyli-Quzeyli Azərbaycandamücadiləaparmış birinsanimperiyayameydanoxuyanmübariz şəxsdir.

Ancaq yaxın silahdaşlarından bu gün demək olar ki, kimsə sağ deyil. Onun hərəkat dövrünə, hərəkatçılara, hakimiyyətli-müxalifətli indiki siyasi düşərgəyə tam fərqli baxışı var. Elə bu səbəbdən qəzetimizin baş redaktoru Rauf Arifoğlunun təklifi əsasında onunla sabiq millət vəkili Pənah Hüseynin debatını keçirmək niyyətində idik. Ancaq Məhəmməd bəyi arayanda yaxınları Sabunçu xəstəxanasında olduğunu dedilər. Pənah bəylə bərabər onu yoluxmaq niyyəti ilə şəfa evinə üz tutduq…

Dördüncü qata qalxırıq. Soruşanda dəhlizin yuxarı başında pəncərə önündə qoyulmuş çarpayını göstərirlər. Meydanlara sığmayan insan bu darısqal yerə necə sığışa bilirdi?! Bizi görən kimi əhvalı durulur, gözləri gülür. Xəstəxana mühitində qəribsədiyi hiss olunur. Deyir şəkər və təzyiq onu narahat edir: “Evdə qəfil yıxılmışam, bir də gözümü açdım ki, məni bura gətiriblər. Təzyiqim 220-dən artıq olub; indi 160-a düşüb. Amma nəzarətdə olmalıyam. Məndə heç nə yox idi, sağlam idim. Amma sonra həm şəkər, həm də təzyiq tapıldı”. Söhbət əsnasında onu bir az da küskün gördük. Pənah bəyə üz tutaraq tam səmimiyyətlə “Bəy, mən nə sizin tərəfinizdəyəm, nə də hökumətin. Gördüyümü görmüşəm” deyir. Pənah bəy isə “siz Azərbaycan tarixində rol oynamış insansınız” söyləyir. M.Hatəmi davam edir:

– Amma görürsünüz də məni necə danırlar. Bayılda xəstəxanaya düşmüşdüm. İlk dəfə gördüyüm bir professor dedi ki, bəy, tarix boyu bu xalq onu unutmayacaq ki, sən erməniləri burdan rədd elədin. Dedim axı elə bilirdim bunu məndən başqa bir kimsə bilmir. Doğrudan da, bəy, ermənini Bakıdan yığışdırıb qurtarmaq olardımı?! Onlar bizimkiləri bayıra atdılar, mən də onlara cavab verdim. Heç durub beynəlxalq aləmdə danışa da bilmədilər. Çünki özləri bizə qarşı amansız davranmışdı. Bizim adamları borulara soxub öldürmüşdülər.

Pənah Hüseyn: – Məhəmməd bəyin hərəkatda çox böyük xidmətləri olub. Milli düşüncənin, milli zehniyyətin mənbəyində duranlardan biri və birincilərindən biri sizsiniz. Bunu Əbülfəz bəy də həmişə dönə-dönə qeyd edirdi. Məhəmməd Hatəmi: – Əbülfəz bəylə yaxın dost idik. Özü də bilirdi, ayrılmaz dostlar idik, söhbətimiz tutardı. Mənim də ona böyük hörmətim vardı, bunu özü də bilirdi. Dolanışığı ilə bağlı soruşanda dedi ki, özü və həyat yoldaşı 160 manat pensiya alır, onun hesabına ayı birtəhər yola verirlər. Üstəlik qız nəvəsi xəstə olduğundan hər ay onun müalicəsi üçün xeyli vəsait tələb olunur və bu ailə öz boğazından kəsib övladlarını müalicə etdirir. Sözarası məlum olur ki, Elmlər Akademiyasında 22 il işlədiyi halda ona alimlik təqaüdünü verməyiblər. Səbəbi 25 illik stajın tələb olunması imiş. Bu barədə danışmağı, gileylənməyi xoşlamasa da təkidlərimizdən sonra bəzi məsələləri danışır. Ardınca da “bax, bunları yazma ha”, qeydini də eləyir. Ancaq onu inandırmağa çalışırıq ki, yazılmasa, deyilməsə, dünyanın indiki qarışıq vaxtında heç kim Məhəmməd Hatəminin nə ilə, necə dolandığını xatırlamayacaq, dilə gətirməyəcək. Necə ki, eks-prezidentlərlə bağlı məsələdən illərlə danışıldı, nəhayətdə məsələ hüquqi cəhətdən həllini tapdı. Deyəsən, inandıra bilirik. Zəruri haşiyə. Bir anlıq düşünürəm, Azərbaycanın bu qədər sərvətləri, maliyyə imkanları var. Hər il onlarla müğənni, artist, ya alimə prezident təqaüdü verilir. Olsun. Ancaq nədən Azərbaycanın müstəqilliyi uğrunda mücadilə vermiş bir insana, 77 yaşlı ağsaqqala dövlət qayğısı olmasın? Axı o, həm də canlı tarixdir, ona dəyər vermək, yubileyini dövlət səviyyəsində keçirmək, ali mükafatlarla təltif etmək, dövlət qayğısı göstərmək, müalicəsini ucqar bir kənd xəstəxanasında deyil, mərkəzi xəstəxanaların birində aparmaq gərəkdir. Hələ də gec deyil…

Məhəmməd Hatəmi danışır: – Əbülfəz Elçibəy prezident idi, çıxışında dörd dəfə adımı çəkdi. Axırda gözəl dedi, bildirdi ki, Hatəmi böyük işlər görüb, biz onu yaddan çıxartmışıq. Pənah Hüseyn Məhəmməd bəydən çap olunan kitabları barədə soruşanda dörd kitabının nəşr edildiyini deyir. Ancaq gülərək əlavə edir ki, indi onları tapmaq mümkün deyil: “Mən hərəkat haqqında da yazmışam. Ancaq hərəkat haqqında pis yazmışam. Yazmışam ki, Əbülfəzlə dost idik, o, türkpərəstin biri idi. Ancaq sonra…”

Sonrasını yalnız bizə danışır və ictimailəşdirilməsini istəmir. Yeganə onu söyləyir ki, Elçibəy gərək hakimiyyətdə özü qalaydı. Bu yerdə maraqlı bir əhvalatı danışır: “Bir dəfə Tağı Xalisbəyli küçədə qarşımı kəsdi ki, a bəy, mən sənin dostunam axı, sən niyə məndən qaçırsan. Dedim mənə bax, siz hakimiyyətə gələndə olmazdımı Əbülfəz KQB-ni mənə verəydi. Bu qurumu mənə verəydi, sonra oturub 100 il bu ölkədə prezident olaydı. Niyə vermədi?” Hətta bu niyyətini birbaşa çatdırmaq üçün Elçibəylə görüşə də gedib: “Fərəc (indiki deputat Fərəc Quliyev-red.) mənimlə görüşdü və bu haqda Əbülfəz bəyə məlumat verdi. Elçibəy məni o saat qəbul elədi. Onda radikallıq təpəri yox idi. Mən onu radikallığa çəkəcəkdim. Deyəcəkdim tut bas içəri, lap güllələ. Amma heç məni dinləmədi, danışdırmadı. Elə bil məni tanımır. Nə var-nə var prezident olub”.

Bizim replika: “Axı Elçibəy çox sadə adam idi”.

Cavabında “nə olsun, prezident olandan sonra adam başqa cür olur”, deyir. Pənah bəy də Məhəmməd bəyin fikirlərinə etirazını elə yumşaq formada çatdırır ki, həmsöhbətimizin xətrinə dəyəcək bir şeylər olmasın. Söhbət Məhəmməd bəyin rəhbərlik etdiyi “Qızılbaşlar”dan düşür. İzahat verir: “Bəy, mən o qızılbaşlardan deyildim ki, müsəlmanam. Mənim aləmimdə qızılbaşlar vətən üçün vuruşanlar idi”. Pənah bəy 1988-ci ildə meydandakı mitinqin dağılmaq üzrə olduğunu, ancaq Hatəminin sayəsində bunun baş vermədiyini xatırlatdı. M. Hatəmi o günlərə dönür: “24 noyabrda meydan dağılırdı da. Ancaq mən buna imkan vermədim. Bəxtiyar Vahabzadə də orda idi. Biz meydanda qaldıq və Azadlıq meydanındakı aksiya davam etdi. Sonra rus gəldi, vura-vura, tuta-tuta dağıtdı”. Bu yerdə Rusiya təhlükəsindən söz açırıq. Şimaldan yönələn təhlükənin real olduğunu deyir: “İclasların birində iqtidardakılardan biri demədimi istiqaməti Rusiyaya sarı götürməliyik?” Məhəmməd bəy deyir köhnə hərəkatçılardan heç kimlə görüşmür. Cəmiyyətdən incikliyini də açıq dilə gətirir: “Bu, Peyğəmbəri daş-qalaq edən xalqdır. Nə qədər gəlirlər ki, proseslərə qarışım, deyirəm mən daha qurtardım”.

Pənah Hüseynə xitabən “bəy, mənim hərəkətimdə səhv olubmu”, soruşur. Pənah bəy isə cavabında deyir: “Ola bilər razılaşmadığımız fikirlər olub. Amma mən bunu həmişə demişəm. O dövrdə öndə 3-4 adam var idi. Əbülfəz bəyi, Sizi tanıyırdıq, bir neçə nəfər də başqasını. Milli radikal dediyiniz qüvvəni də Siz təmsil edirdiniz”. M.Hatəmi: “Ona görə də Tağı deyirdi ki, Hatəmi qan tökməyə gəlib. 1920-ci ildə sənin qanını tökmədilər? Adam da qan tökməkdən qorxar?”

Pənah bəyi “Çənlibel”dən söhbət salıb Məhəmməd bəyin xidmətlərindən bəhs edir və bu, Hatəminin ürəyindən xəbər verir: “Akademiyada Yaşar var idi. O, Əbülfəz və mən söhbət edirdik. Dedim Əbülfəz, biz dostuq, gəl ”Çənlibel”in rəhbərliyini verim sənə. Sən başçılıq elə, mən səni başqa cür qaldıracağam, sənin başqa məsələ ilə işin yoxdur. Bu, 1987-ci ildə olub… “Çənlibel” bütün Azərbaycanı bürümüşdü”. Ayaz Mütəllibovun ölkəyə qayıdışından söz düşür. M.Hatəmi “Mütəllibov məni general eləmək istəyirdi”, deyir və eks-prezidentin ona vəzifə təklifi etdiyini bildirir. Təəccübümüzü görüb izahat verir: “Onun adamları dəfələrlə mənə təkliflər gətirdilər. Ancaq mən bilirdim ki, onu Moskva bura qoyub. Adamlarına dedim ki, fikirləşib qərarımı deyərəm. Amma sonra nə onlarla görüşə getdim, nə də bir söz dedim. Fikirləşdim ki, Mütəllibovdan generallığı qəbul etsəm, Xalq Cəbhəsi deyəcək ki, ”gördünüz, bu da sizin Hatəminiz”.

– Məhəmməd bəy, yəqin Qarabağ haqqında düşünürsünüz…

– Düşünməmək olarmı, bəy?

– Məsələnin həllini necə görürsünüz?

– Ora bizim torpağımızdır. Tarix boyu biz orda qan axıtmışıq. Hətta bizim cənublular da o yerlər üçün vuruşublar. Mən onu erməniyə necə verim? Erməninin orda torpağı olub bəyəm? O Şuşanı nəyə dəyişmək olar? Şuşanı erməniyə verməkmi olar? Bunu düşünəndə tüklərim biz-biz olur. Vaxtilə qızımın əlindən tutub Cıdır düzündə gəzdirmişəm e, qardaş. O günlər gözümün önündən getmir…

Danışdıqca gözləri dolur. Qarabağ döyüşlərində iştirakından, cəbhədəki günlərindən də danışır:

– Məni vurmaq istəyirdilər. Bilirsiniz kim?..

(Onun kimliyini deyir; tanınan bir simadır; lakin biz adını yazıb, arada konflikt yaratmaq istəmirik) …Onun evində pulemyot var idi. Güllələr başıma yağırdı. Əsgərlər gəldi ki, o evdən atırlar.

– Bəlkə kimlərsə aranızı vurmaq üçün sizə yalandan belə deyiblər. Çünki o şəxs də vətənpərvər adam olub…

Əşi, istəyirdi onu icra başçısı qoyum. Amma mən qoymurdum. Mənim “Qurtuluş”çularımın çoxunun qohumları KQB-də işləyirdi. O dövrdə qapıda qarovul çəkən əsgəri arxadan vururdular, silahını aparıb Dağıstanda satırdılar. Əbülfəzin bu işlərdən xəbəri yox idi, mən bəyanat verdim ki, KQB-nin adamları burda görün nələr edirlər…

– Məhəmməd bəy, darıxdığınız anlarda kimdən zəng gözləyir, kiminlə görüşmək istəyirsiniz?

– (bir anlıq susur, gözlərini kənara zilləyir) Əbülfəz özü qəribə insan idi e… Məndən soruşanda deyərdim ki, Əbülfəz kimi insan adam yoxdur. Yaxşı adam idi…

Düşünsə də ayrı bir ad çəkə bilmir. Dəhlizdəki çarpayıda uzanmasının səbəbini soruşanda gülür: “Mən palatadan qaçmışam da. Orada yatırdım. Amma içəridə 4-5 nəfərik. Ağır vəziyyətdə olan xəstələr də var. Mən də gəlib yerimi burda açdım ki, bir az hava alım”.

Xəstəolsada çoxməsələlərdənxəbərivar. Hətta Təbrizdə tutulan şairlərdən də:

– Qardaş, İran düşmən ölkədir də. Amma bilirsiniz Təbrizdə necə vətənpərvərlər var. Bir dəfə Güneydən gəlmişdilər ki, get Əbülfəzlə görüş, bizə meşəlikdə bir kənd versin, orda İrana qarşı hazırlaşaq. Adam göndərdim Əbülfəzin yanına, heç nə alınmadı. Məhəmməd Tağı Zehtabi mənimlə bir yerdə oxuyub. Demokrat Partiyasında biz həmişə Qulam Yəhyalara qarşı Zehtabla birgə vuruşmuşuq. Getdi, İranda öldürdülər. Farslar onu sağ qoymazdı. Amma yaxşı kitabları qaldı, ərəb-fars dilini bilirdi.

İranla necə davranmağımız barədə soruşuram. “Vallah, mən olsam, başqa cür edərəm”, deyir.

Azərbaycanın bütövləşməsi məsələsinə toxunuruq. Fikrini belə izah edir:

– Bəy, birləşmək o qədər də mürəkkəb şey deyil e. Əsas odur ki, ora xilas olsun. Ancaq xaricdən köməyi yoxdur. Türkiyə kimi ölkə ora düşmənçilik edir. Cənubi Azərbaycan xilas olsa, müstəqil dövlət olsa, coğrafiya tamam dəyişər. Təsəvvür edin, 75 milyonluq Türkiyə orda, 35 milyon Cənubi Azərbaycan, bu tərəfdə Orta Asiya, Azərbaycan Respublikası… Dünyanın taleyi dəyişər. Özü də bu xalqın əzilmiş, məhv olmuş təcrübəsi var, təzədən birləşsə, gör nələr olar.

…Ayrılanda dönə-dönə minnətdarlıq edir, əziyyət çəkdiyimizi bildirir. Rauf Arifoğlunun salamlarını çatdırdığımız zaman “əleyk alıb məndən də Rauf Şenola salam çatdırın”, deyir. Elə ayaq üstə bir xatirəsini danışır: “89-cu ildə Rauf Şenolla Bəxtiyar Tuncay gediblər Moskvadakı Türkiyə səfirliyinə. Səfir deyib ki, Hatəmi Azərbaycanı İrana birləşdirmək istəyir. Bunlar qayıdıblar ki, onu sizə kim deyib, əksinə, o, nəinki Azərbaycanı, bütün türk dünyasını birləşdirmək istəyir. Deyir səfir elə sevindi ki…”

Bunu deyib gülür. Elə bu xoş ovqatla da bu canlı əfsanənin tezliklə sağalıb öz evinə, ocağına dönməsi arzusu ilə ondan ayrılırıq.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER