ARTIQ ƏSƏDİN ERMƏNİ MUZDLULARINI QARABAĞDA YERLƏŞDİRMƏK PLANLARI

ishqal OLUNMUS

İrəvanda bu məsələ ilə bağlı qapalı müşavirə keçirilib; onların işğal altındakı ərazilərimizə köçürülməsinə hazırlıqlar görülürErmənistanda Azərbaycanın işğal altındakı ərazilərində daha bir qanunsuz məskunlaşma kampaniyası barədə gedən söz-söhbətlər rəsmiləşir. Xəbər verildiyi kimi, düşmən ölkədə Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilməsinə dair müzakirələr başlamışdı.

“Novosti Armeniya” agentliyi xəbər verir ki, ötən həftə Ermənistan hökuməti Suriya ermənilərinin məsələsi ilə bağlı müşavirə keçirib. Müşavirə tamamilə qapalı olub və orada gedən müzakirələrin detalları ilə bağlı heç bir açıqlama verilməyib. Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan ancaq onu bildirib ki, məsələ ilə bağlı hökumətin işçi qrupu yaradılıb, işçi qrupu Suriyadan qaçan ermənilərin yerləşdirilməsi, vətəndaşlıqla təmin edilməsi və onlara iş imkanı yaradılması ilə bağlı məsələləri həll etməlidir. Suriyada 60 minə qədər erməni yaşayır və onlardan 3 mini artıq Ermənistana qaçıb. İrəvandakı Qafqaz İnstitutunun direktoru Sergey Minasyan isə keçirdiyi mətbuat konfransında deyib ki, Suriyadan qaçan ermənilər Dağlıq Qarabağa köçürülə və orada məskunlaşdırıla bilər. Minasyanın sözlərinə görə, bu məskunlaşma “Dağlıq Qarabağın inkişafına” təkan verəcək. Erməni mətbuatında yer alan xəbərlərə görə, hökumət suriyalı ermənilərin işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilməsi məsələsini nəzərdən keçirib. Lakin Ermənistan büdcəsinin imkanları onları dotasiyalar və yardımlar hesabına Qarabağda məskunlaşdırmağa imkan vermədiyindən məsələni suriyalı ermənilərin özlərinin öhdəsinə buraxmaq barədə fikirlər səslənib. Belə ki, Suriyadan qaçan ermənilərə Dağlıq Qarabağda məskunlaşmaq təklif ediləcək. Bir şərtlə ki, onlar ev və iş məsələsini özləri həll etsinlər. Hökumət məskunlaşmaya razılıq verənlərə ancaq torpaq sahəsi ayırmağa hazırdır. Erməni mənbələri qeyd edir ki, Suriya ermənilərinin əksəriyyəti imkanlıdır və onların Qarabağda yerləşdirilməsi investisiya imkanları açır. Xəbərlərə görə, Ermənistan hökuməti qapalı iclasında Suriya ermənilərinin məsələsini müzakirə edəndə “Ayazn” adlı erməni gənclər təşkilatı hökumət binasının qarşısında piket keçirib, aksiya iştirakçıları Suriya ermənilərinin “layiqli şəkildə vətənə gətirilməsini”, onlara pulsuz müvəqqəti mənzillər verilməsini, həmçinin güzəştli şərtlərlə mənzil almalarına imkan yaradılmasını, xüsusən Dağlıq Qarabağda məskunlaşdırılmasını tələb ediblər. Ermənistanın müxalif Milli Konqresinin yaydığı bəyanatda isə hakimiyyətin Suriya ermənilərinin məsələsi ilə bağlı davranışı pislənilir. Bildirilir ki, hakimiyyət Suriya ermənilərini təhlükədən xilas etmək üçün heç bir iş görmür, əksinə, oliqarxların nəzarətində olan “Armavia” şirkəti onların Ermənistana gəlişini çətinləşdirmək üçün Dəməşq-İrəvan reysinə bileti kəskin bahalaşdırıb. Bəs Suriya erməniləri üçün təhlükə nədən ibarətdir?

“Novosti Armeniya” xəbər verir ki, Suriya müxalifəti ermənilərin Əsəd rejimi tərəfində xalqa divan tutmaqda iştirak etdiyinə dair məlumatlar yayır. Bildirilir ki, erməni muzdlular rejimi dəstəkləyən “Şabiha” qruplaşmasının tərkibində Homs şəhərində kütləvi qətliamlarda iştirak ediblər və öz aralarındakı söhbətlərdə bununla fəxr etdiklərini deyirlər. Ona görə də Suriyada ermənilərə münasibət kəskin pisləşib və Əsəd rejimi çöksə, onların aqibəti yaxşı olmayacaq. Suriyada erməni muzdluların müsəlman xalqa divan tutulmasında həvəslə iştirak etməsi barədə xəbərlər təəccüb doğurmamalıdır. Vaxtilə Suriya və Livan ermənilərindən formalaşdırılmış “Arabo” və “Aramo” batalyonlarının Qarabağda dinc azərbaycanlı əhaliyə necə divan tutduğu barədə faktlar hamıya məlumdur. Bu muzdlu batalyonları Xocalı, Qaradağlı qətliamlarını törədən əsas qüvvələr olublar və xüsusi amansızlıqları ilə seçiliblər. “Arabo” batalyonu 1992-ci ilin iyul ayında Əsgərən yaxınlığında Azərbaycanın könüllülərdən ibarət “Gəncə batalyonu” tərəfindən məhv edilib. Muzdlu dəstənin 200-ə qədər üzvündən 164-ü pusquya salınaraq öldürülüb, bu zaman “Gəncə batalyonu” heç bir itki verməyib. Bu baxımdan 1915-ci il hadisələrinə görə Osmanlı Türkiyəsindən Suriyaya deportasiya edilən ermənilərin nəvə-nəticələrinin Qarabağda yerləşdirilməsi təhlükəli plandır və Azərbaycan bu planın qarşısını almaq üçün bütün rıçaqları işə salmalıdır.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER