İRANIN ŞƏRQİ AZƏRBAYCAN VİLAYƏTİNDƏ PEYK ANTENASI ƏMƏLİYYATI

İranda Şərqi Azərbaycan vilayətində peyk antenası əməliyyatı Birinci dəfə evində peyk antenası aşkar edilən şəxs cərimələnəcək. Bu hal ikinci dəfə təkrarlansa, həmin adam həbs edilərək məhkəməyə veriləcək. Şərqi Azərbaycanda peyk antenalarına hücum “İran polisi Şərqi Azərbaycan vilayətinin Binab şəhərində peyk antenalarına qarşı yenidən əməliyyatlara başlayıb”. APA agentliyinin məlumatına görə, bu barədə Binab şəhərinin Polis İdarəsinin rəisi Əli Sultanveş Ramazan ayı öncəsi əxlaq və ictimai məsələlərinin müzakirə olunduğu və din xadimlərinin də iştirak etdiyi seminarda deyib. O təəssüflə bildirib ki, İranda peyk antenalardan istifadə çox geniş yayılıb: “Buna baxmayaraq, polislərimiz yenidən sistemli şəkildə evlərdən peyk antenalarını toplamağa başlayıblar. Birinci dəfə evində peyk antenası aşkar edilən şəxs cərimələnəcək. Lakin bu hal ikinci dəfə təkrarlansa, həmin adam həbs edilərək məhkəməyə veriləcək. Bu işdə polisə kömək olması üçün din xadimlərindən də yardım istəyirik. Siz Ramazan ayında məscidlərdə peyk antenaların zərəri və qadağan olması ilə bağlı məlumatlar verərək, xalqı ayıltmağa kömək edin”. Ə. Sultanveş Binab şəhərində geyim və hicabla bağlı da əməliyyatların keçirildiyini əlavə edib: “Ötən günlər Binab şəhərində geyim və hicab qaydalarına əməl etməyən 40 qız polis bölməsinə aparılaraq, onlardan izahat alınıb və ailələrinə təhvil verilib. Bu hal ikinci dəfə təkrarlansa, həmin qızlar cəzalandırılması üçün məhkəməyə veriləcək”.

Tapdıq Fərhadoğlu

 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER