İRANDA DUSTAQ EDİLƏN ŞAİRLƏRİMİZLƏ BAĞLI QALMAQAL.

İranda dustaq edilən şairlərimizlə bağlı qalmaqal böyüdü. Elmar Məmmədyarov İran səfiri ilə sərt danışdı. Nazir: «İki azərbaycanlı gəncin konsulla görüşünə şərait yaradılsın»

İran rejiminin həbsdə saxladığı azərbaycanlılarla bağlı qalmaqal getdikcə böyüyür. Rəsmi Bakı bununla bağlı 3 dəfə İrana nota verməsinə baxmayaraq şairlər azadlığa buraxılmayıb, əksinə, İran KİV-lərində onların casus olması barədə xəbərlər dövriyyə buraxılır.Dünən Xarici İşlər naziri Elmar Məmmədyarov İranının Bakıdakı səfiri Məmmədbağır Bəhrami ilə vida görüşündə ondan tələb edib ki, iki azərbaycanlı gəncin konsulla görüşünə şərait yaradılsın. Nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib ki, İran səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır və iyulun 6-da o, bu münasibətlə nazirlə görüşüb. Nazir də bu məsələni bir daha gündəmə gətirib: «Nazir Elmar Məmmədyarov bir daha İran tərəfinə Azərbaycanın narahatlığını çatdırdı. Bildirdi ki, Azərbaycan cəmiyyəti şairlərlə bağlı vəziyyətdən ciddi narahatdır. Yaxın zamanda məsələ öz həllini tapmalıdır. Eyni zamanda vətəndaşlarımızla Azərbaycan konsulunun görüşünün təşkili üçün addımların atılmasını tələb etdi. Nazir ümidvar olduğunu bildirdi ki, İranın atacağı addımlar 2 ölkə arasındakı münasibətlərin ruhuna uyğun olacaq». İranın Azərbaycandakı səfirliyi isə bu barədə açıqlama verməyib (azadlıq. org).

Kamal Abdulla: «İrana qarşı sərt fikirlər səsləndirmək olmaz»

“Şəhriyar və Fərid onlara qarşı səsləndirilən ittihamlara layiq insanlar deyillər. Mən hər iki gənci yaxşı tanıyıram. Onlar çox təmiz, dürüst insanlardır”. İyulun 6-da Bakı Slavyan Universitetində İranda saxlanan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Geraninin müdafiəsi ilə bağlı keçirilən tədbirdə rektor Kamal Abdulla belə deyib. “Kulis.az” saytının məlumatına görə, Kamal Abdulla Fəridlə Şəhriyarın müdafiəsi işi aparılarkən İran əleyhinə çox sərt fikirlər səsləndirilməsinə qarşı çıxıb. O bildirib ki, belə sərt fikirlər gənc şairlərin vəziyyətini bir az da ağırlaşdıra bilər: “Bizim əsas məqsədimiz şairlərə kömək etməkdir. Həm də unutmamalıyıq ki, bu, iki dövlət arasında həll olunası məsələlərdir. Biz ziyalılar kimi müəyyən dəstək verə bilərik. Bu, çox həssas məqamdır. Ehtiyatlı davranmaq lazımdır”. Rektor deyib ki, lazım gələrsə, bu məsələ ilə bağlı İrana getməyə də hazırdır.

Anar İranın dini lideri Xamneyiyə müraciət etdi

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da İranının dini rəhbəri ayətullah Xamneyiyə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli ağayi Xamneyi! İki gənc şairimizin – Yazıçılar Birliyinin üzvü Fərid Hüseynin və Şəhriyar Del Geraninin İranda həbs edilməsi bizi çox narahat edir. Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta “Heydər babaya salam” şeirindən bir neçə beyt oxudunuz. Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz”. (apa)

AXCP: «Sıravi azərbaycanlılar hakim rejimlərin kaprizlərinin qurbanına çevrilib»

Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyası da şairlərimizin İranda saxlanmasına etiraz olaraq bəyanat verib. Bəyanatda deyilir:

«AXCP baş verən hadisədə kriminal element görməyərək, təəssüflə bildirir ki, İranda və Azərbaycanda yaşayan sıravi azərbaycanlılar hakim rejimlərin kaprizlərinin qurbanına çevrilib. İki dövlət arasında anlaşılmazlıq yaranan kimi sıravi vətəndaşlar qondarma ittihamlarla həbsə salınır». AXCP İran hakimiyyətindən şairləri azad etməsini, iki dövlət arasında yaranan problemi sadə insanları qisas obyektinə çevirmədən, sivil danışıqlar yolu ilə həll etməyə çağırır. Dünən 20-dək Azərbaycan yazarı Təbriz yazıçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, onların hər hansı bir casusluqla, yaxud narkotiklə məşğul olmalarına inanmırlar və onların taleyindən narahatdırlar. Məhbus şairin anası: «Artıq dözməyə nə gücüm var, nə də səhhətim buna yol verir» Şair Fərid Hüseynin anası Tahirə Hüseynova oğlu ilə yarım ay əvvəl danışıb. Ondan sonra oğlundan xəbər ala bilməyib: «Bir onu dedi ki, İran tərəfi bizi bağışlayıb, Azərbaycan tərəf bizi burdan qurtarsın. Casusluq da 3 günün içində çıxıb. Şairdən casus olar? Onlar casus yetişmişdi bəyəm? Onlar ancaq deyirlər ki, bizi Azərbaycan qurtarsın, İran bizi bağışlayıb. Əlbəttə onlar bağışlanası səhv iş görməyiblər. Bu gün yayılanlar şayiədir. Mən onun gəlişini gözləyirəm, mən onu qonaq kimi yola salmışdım. Hər ikisini gözləyirəm. Onlar casus deyillər. Ana kimi buna inanmıram. Onlar şairdirlər». Şəkər xəstəsi olan Tahirə Hüseynova deyir ki, daha artıq yol gözləməyə tabı da qalmayıb: «Artıq dözməyə nə gücüm var, nə də səhhətim buna yol verir. Nə oyuna düşüblər, mən də bilmirəm. İnşallah, onları vətənə qaytararlar. Bu əgər elin gücüdürsə… Nə bilim. Bu gün 2 aydır övladımı görmürəm. Bu həyəcanla iki aydır yaşayıram… Ana kimi bu günü ona arzulamırdı. Yəqin, bu da bir imtahandır, sınaqdır… İnşallah, qayıdar, anasının intizarda qoymaz Fərid».

Şəhriyarın atası «belə ittihamlar bizə» yaraşmır deyir

Şəhriyar Hacızadənin hər zaman nikbin danışan atası Mail Hacızadə isə deyir ki, vaxt uzandıqca darıxır: «Yoruldum. Darıxıram. Tənhayam. Həyat yoldaşım 9 ay əvvəl rəhmətə gedib. Şəhriyardır, bir də mən. Onun yolunu gözləyirəm». Mail Hacızadə də oğlunun casus olmasına və ya narkotik qaçaqmalçılığı ilə məşğul olmasına inanmır. «Mən axundam, babalarım hamısı dindar olub. Belə ittihamlar bizə yaraşmır», – deyə o, söhbətə yekun vurur.

Elmar

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER