ANAR MAHMUDOĞLU :TÜRK BAŞIDAŞLIDAN NƏ İSTƏYİRSİZ,AXI!

  • Hərdən-bir cəmiyyətdəki xaosu bərpa etmək üçün öz dəyərli və misilsiz ideoloji tezislərini tirajlayan PA rəhbəri Ramiz Mehdiyevin son məqaləsinə də, ənənəvi olaraq, ciddi reaksiya görmədim. Halbuki ağsaqqal akademik yeni baxış ortaya qoymuşdu və mütləq dartışılmalıydı.
  • Təbii ki, ən ciddi mübahisəni “türkdilli azərbaycanlılar” istilahı doğururdu. Əcəba, akademikin son elmi nailiyyətlərinin təcəllası kimi zühur edən “türkdilli azərbaycanlılar” ifadəsinə ziyalıların münasibəti niyə yoxdur?..
  • Başlayaq ordan ki, Ramiz Mehdiyevin təhsilimizin acınacaqlı durumu ilə bağlı bir müddət öncə qələmə aldığı elmi-publisist məqaləsində təxminən belə bir cümlə vardı: “Azərbaycanlı valideynlər… öz övladlarının təhsil almasına çalışan millətdir”. Ilk dəfə “azərbaycanlı milləti” istilahını akademik qələmdən oxuyanda bunu “mirzə xətası” saymışdım. Zatən, o düşüncədəyəm ki, akademikin hazır tezislərini öz tövsiyyəsi ilə məqalə kimi işləyənlər mövcuddur. Çünki əvvəla, R.Mehdiyev bu ölkədə çox böyük vəzifə daşıyır: əgər elmi tədqiqatlarla məşğuldursa və durmadan araşdırmalar aparır, kitablar yazırsa, bəs, bu ölkəni kim idarə edir? Ikincisi, məqalələr arasında üslub fərqləri söz adamlarının gözündən qaça bilməz – eyni müəllifin bu qədər “rəngarəng üslub”u olmur, əzizlərim!
  • Qayət, normal bir zad: ölkədə vəzifə daşıyan hətta söz adamları da bəzən tezislərinin elmi qəlibə salınmasını kiməsə tapşırırlar – son variantı şəxsən redaktə etmək şərtilə.
  • “Ramiz Mehdiyevin də redaktədə ”azərbaycanlı milləti” ifadəsi gözündən qaça bilərdi” – düşündüm və bunu hallandırmağı lazım bilmədim.
  • Amma: Akademik son məqaləsində nəinki “Azərbaycan milləti”, “azərbaycanlı milləti” kimi “amerikan” təfəkkürünə uyğun bir nəzəriyyəni gündəmə gətirdi, hətta “türkdilli azərbaycanlılar” ifadəsi ilə ötən dəfə irəli sürdüyü tezisi inkişaf etdirdi. Demək, gözdən qaçan xəta deyilmiş.
  • Etnik baxımdan gözəl bir palitra yaradan Azərbaycan kimi kiçik ölkələrdə məkan adıyla xalq “formalaşdırmağı” hakim ideologiyaya çevirmək normal siyasi gedişdir. Və məhz siyasi gedişdir – elmə dəxli yoxdur.
  • Beləcə, məkan adıyla “vahid xalq”ı anlamış oluruq – hamının istifadə etdiyi mütərəqqi bir ideya; bəs, məkan adıyla vahid millət nəmənədir?
  • “Amerikan” kimi süni qurama ona görə “millət” ola bilir ki, ABŞ dövlətini aborigenlər yaratmayıb; ən azı üç qitədən “yeni həyat” axtarmağa gələn “rəngbərəng dərililər”in ingilis dominantlığı ilə qurduqları ölkədə “millət axtarmaq” gülüncdür və bu səbəbdən, onlar “amerikan milləti” olmağa məhkumdurlar. Ancaq eyni nümunəni Köhnə Dünyada – Avropada tətbiq etmək mümkünmü?
  • Qonşuların xəbiscəsinə qızışdırdıqları qondarma “etnik problemləri” birdəfəlik tarixin arxivinə gömmək üçün ABŞ-dan demokratiya idxal etmək lazımdır. Yalnız demokratiya: – daha belə mənasız ideya yox!
  • Uzun illər Sovet ideoloji sistemində çalışan akademik yaxşı bilir ki, dünyanın ən qüdrətli iki dövlətdən biri olan SSRI-nin “Sovet xalqı” ideyasını şüurlar qəbul etmədi. Çünki SSRI-yə hərə bir dərədən yığışıb gəlməmişdi; bu superdövlətdə birləşən xalqların hər birinin minillik ənənəsi, dövlət sistemi, xalq və millət təfəkkürü vardı.
  • Nəsə, bunlardan adlayaq; “dövlət ideologiyası”dır – ötüşdürək getsin. Amma “türkdilli azərbaycanlılar” – ötüşdürüləsi ifadə deyil, axı!
  • Bu ölkənin aparıcı etnosu türklərdir və bu bədbəxt, zavallı, miskin, ələbaxan hala salınmış Azər türklərindən tolerant millət təsəvvür etmirəm; bu xarabada hər kəsi öz milli kimliyi ilə adlandırmaq olur, təkcə türkə “türk” deyəndə dünya qopur…
  • “Türkdilli ölkə” – rus siyasi ideoloqlarının bizə sırıdığı və heç bir elmi əsası olmayan termindir. Necə yəni türkdilli? Yəni mən “türkdilliyəm”, amma ayrı millətə məxsusam?
  • Rusların onillərlə əlləşdiyi və türklərə sırıya bilmədiyi yanlış bir nəzəriyyəni bir ayrı biçimdə Ramiz Mehdiyev niyə təqdim etməlidir? “Türkdilli azərbaycanlıyamsa”, zəhmət çəkin, “ləzgidilli, talışdilli, kürdilli… azərbaycanlılar” istilahından da istifadə edin ki, heç olmasa, məntiqinizin ümumiyə şamil olunduğunu görüb, tezisinizi “fərdi yanaşma” sayaq.
  • Bu xarabada kimə “filandilli azərbaycanlı” deyirsiniz ki, ölkənin 90 faizini təşkil edən, əlindən hər şeyi alıb aşağıladığınız böyük bir etnosu “türkdilli azərbaycanlı” adıyla dübarə təhqir edirsiniz? Adımızı deyəndə yer dağılar, dünyanı sunami bürüyər, Apo küsər, Balayan inciyər, Pyotrun ruhumu narahat olar?
  • 70 il çalış, vuruş, əlləş, qan-can ver, dövlət qur ki, adını, şərəfini, tarixini özünə qaytarasan, bu da sənə – “ad”, “şərəf”, “tarix”…
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER