ELÇİBƏY BAKINI TƏRK ETMƏSİ HAQQINDA TÜRK DİPLOMATI NƏLƏR DANIŞDI?

Natiq

Turqut Ər: “Türkiyə Elçibəyi tiran və rus sevdalıları qarşısında yalnız buraxdı…” Elçibəy hakimiyyətinin süqutuna səbəb olan “4 iyun qiyamı”nın qaranlıqlarına bu dəfə daha bir mötəbər şəxs işıq salır. O, xeyli müddət Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış Turqut Ərdir. Onun açıqladığı faktlar bir çox oxucularımız üçün sensasiya sayıla biləcək səviyyədədir. Onun mövzu ətrafında söylədiklərini elə öz dilindən təqdim edirik:

Alparslan Türkeş “HƏ” deyir

Əliyev Bakıya enər-enməz Əbülfəz Elçibəyin yanına getdi. Elçibəy ölkəsinin ağır vəziyyətdən çıxması üçün hər cür güzəştə hazır idi. Türkiyə onun üçün məsləhət aldığı ilk ünvan, güvənəcəyi və inandığı tək ölkəydi. O zaman öncə fikirdaş olduğuna inandığı, sevib saydığı türkçü Alparslan Türkeşi aradı. Durumu olduğu kimi danışıb, hansı tövsiyələri olduğunu soruşdu. Türkeş baş nazir Dəmirəllə danışmağı məsləhət gördü. Bunları mənə 1998-ci ildə Elçibəy şəxsi söhbətlərində danışıb. Hə, Elçibəy Türkeşin məsləhətinə əməl edir, Dəmirələ zəng vurur. Dəmirəl də “sən dərhal Heydər Əliyevi Naxçıvandan Bakıya gətir, onunla anlaş” deyir. Elçibəy də Dəmirələ “Heydər bəy zatən yanımda” cavabını verir.

Dəmirəlin etirafı

Elçibəyin bu dediklərini 28 dekabr 2005-ci ildə “Kanal D”dəki “Gənc baxış” proqramında Dəmirəl də təsdiqlədi. Proqramda tələbələrdən biri Dəmirələ belə bir sual verdi: “Nə üçün demokratik yolla seçilən prezident Əbülfəz Elçibəyin devrilməməsinə yardım etmədiniz? Kommunist Heydər Əliyevi nədən dəstəklədiniz?”
Dəmirəlin cavabı belə oldu: “Elçibəyə qarşı çevriliş edilmədi. Özü qaçıb kəndinə getdi. Dörd il kənddə qaldı. Elçibəyi sevirəm, amma o, idarə edə bilmədi. Mənə zəng vurub ”nə edim?”, – deyə soruşdu, mən də “Əliyevi gətir” dedim. O, da “yanımda” dedi”.

Əliyev Surəti cürətləndirir

Elçibəy Türkiyədən aldığı məsləhət və təlqinlərin nəticəsində Əliyevlə istəməyə-istəməyə birlikdə çalışıb, ölkəni dalandan çıxarmaq, qan tökülməsinin qarşısını almaq üçün anlaşdı.
Əbülfəz bəyin Milli Məclis sədrliyi təklifinə Əliyev yalnız gedib Surətlə danışdıqdan sonra qəbul edə biləcəyi şərtini irəli sürmüşdü.
Heydər Əliyev proseslərin körükləyəci və vasitəçi aktyorları olan Rəsul Quliyev və Rəhim Qazıyevlə Gəncəyə gedərək Surətlə görüşdü. Həmin görüşə qədər Surət “Məclis sədri istefa versin” şərtini irəli sürürdü, amma görüşdən sonra prezidentin də istefasını tələb etdi.

Sevdiyi xalq da Elçibəydən küsmüşdü

Milli Azadlıq Hərəkatının əfsanəvi lideri, bir işarəsi ilə iki milyon insanla Azadlıq meydanını dolduran, böyük vətənsevər, türkçü, filosof, Atatürk əsgəri, ilk dəfə xalqın səsi ilə prezident seçilən Əbülfəz Elçibəyin ətrafı daralmışdı. Güvəndiyi, inandığı, bağlı olduğu insanlar onu yalnız buraxmışdılar. Ətrafında bir ovuc vətənsevər qalmışdı. Inanıb, etibar etdiyi Türkiyənin yetkililəri isə Heydər Əliyevin yanında yer almışdılar. Milli Azadlıq Hərəkatının bəzi iştirakçıları, Elçibəy hakimiyyətində önəmli yer alanlar arasında da xəyanət edənlər vardı. Çox sevdiyi, uğrunda zindanlara düşən Azərbaycan xalqı da ondan üz çevirməyə başlamışdı. Öz sözlərilə desək, xalq ondan küsmüşdü.

“Mən xalqıma güllə atmağa əmr vermərəm”

Elçibəyin qurmağa çalışdığı Silahlı Qüvvələri artıq Heydər Əliyev ələ keçirmişdi. Əliyev hərbi birləşmələri döyüş xəttindən geri çəkərək, Elçibəy iqtidarının üzərinə yürüdürdü. Təcrübəli Rusiya və Iranın gizli xidmətləri ölkədəki mafiya, xəyanət qrupları ilə birləşmiş, əllərindən gələni etmişdilər. Elçibəy bu gedişatı durdura bilərdi, ancaq bu yol inandığı millət-dövlət anlayışı ilə düz gəlmirdi. Iqtidarı qorumaq üçün güc tətbiq olunması haqda təklifləri o, əlinin arxası ilə itələmiş, “mən öz vətəndaşımı öldürməyi bacarmaram. Mən əsgərə, polisə əmr verib, ”vətəndaşları qırın” deyə bilmərəm” demişdi.

Bu təsirli səhnəni diqqətlə oxuyun!

“Sabah” qəzetinin yazarı, dostum Füsun Mutlu 1998-ci ilin sentyabrında Bakıya gəlmişdi. Onu Elçibəylə görüşə apardım. Füsun xanım da ona məşhur sualla müraciət etdi: “Niyə Gəncədəki olaylara mane olmadınız?”
Elçibəy də hər kəsə verdiyi cavabı Füsuna da verdi. Danışıq bitəndən sonra bizi otağının qapısından ötürəndə “Füsun xanım, bağışlayın, Turqut bəylə bir dəqiqə danışacağam” dedi. Ikimiz də ayaq üstəydik. Əlini çiynimə qoydu və dedi: “Bəy, bunu sənə deməliyəm… Bayaq danışdıqlarımdan əlavə, mən o zaman gedəcəyimi deyəndə arxama dönüb baxdım, bir-iki silahdaşım istisna olmaqla, heç kimsə mənə ”getmə” demədi”.
Elçibəyin gözlərinə baxdım, nəmlənmişdi. Gözlərini məndən qaçırmağa çalışırdı.
– Bəy, yaxşı, bəs Türkiyədəkilərin dəstəyi…
Heç cümləmi tamamlamağa imkan vermədi:
– Onları tarix yazacaq, əlbəttə… Füsun xanımı gözlətməyək…
Türkiyənin tarixi xətasını sanki mən etmişdim. Sanki mən bir ovuc türkçünü, azadlıq aşiqini, Türkiyəyə bağlı bu dövlətin sevdalısı olan insanları yalnız buraxıb, bir tiranın, bir rus sevdalısını gənc, çarəsiz Azərbaycanın başına bəla etmişdim. Xəcalətli, çiyinlərim sallaq, gözlərimdə nəm özümü küçəyə atdım. Füsun xanımla 50 metr uzaqlıqdakı Türkiyə səfirliyinə səssizcə, düşüncəli, başım önə əyilmiş, getdik…

Hakimiyyət naminə torpaq itkisi

1993-cü ilin ortalarında Heydər Əliyevin Bakıda Milli Məclis sədrliyinə və ardınca da prezident kürsüsünə əyləşməsilə erməni hücumları sehrli bir çubuqla dayandırıldı. O da borclu qalmadı. 19 iyul 1993-cü ildə 30 könüllü hərbi birliyi “AXC-nindir” deyib ləğv etməsinə dair xüsusi əmr imzaladı. Qüvvələr cəbhədən çəkilərək, erməni əsgərlərinin önü açıldı.
Əliyevin iqtidara gəlməsindən az sonra erməni qüvvələri qarşılarında heç bir əngəl olmadan Ağdam, Füzuli və Cəbrayılı işğal etdilər. Mühasirəyə alınan Qubadlı və Zəngilan rayonları da qısa vaxtda əldən çıxdı. Qarabağa birləşik altı rayon ermənilərə təslim edildi. Bunlar sonradan müzakirələrdə alış-veriş kimi, qarşılığında Dağlıq Qarabağın ermənilərə asanlıqla verilməsini təmin etmək üçün idi.

Əvvəli ötən sayımızda

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER