NƏHAYƏT Kİ XARİCİ ÖLKƏ QƏZETLƏRİNİN BİRİ ERMƏNİSTANI İŞĞALCI ÖLKƏ KİMİ TANIDI

İtaliya mətbuatı Ermənistanı işğalçı adlandırdı.

“L Occidentale”: “Ermənistan Dağlıq Qarabağı işğal etməklə öz ərazisini genişləndirib” Italiyanın, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarından biri “L Occidentale” qəzetində Qarabağ münaqişəsi haqqında məqalə dərc olunub. Məqalədə deyilir ki, son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması beynəlxalq ictimaiyyəti narahat edir. Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanması bütün Qafqaz regionu üçün böyük təhlükə törədir.

“Dağlıq Qarabağ münaqişəsi 20 ildir ki, dondurulmuş vəziyyətdədir. Qərbin və Rusiyanın 20 illik vasitəçilik missiyasına və ciddi cəhdlərinə baxmayaraq münaqişə tərəflərini razı salan həll variantı tapılmayıb. Hazırkı status-kvo isə 1994-cü ildə əldə olunmuş sülh razılaşması nəticəsində meydana gəlib. Ermənistan ordusu Sovet Ittifaqının və erməni lobbisinin dəstəyi ilə Azərbaycanın böyük bir ərazisini işğal edib. Nəticədə həmin ərazidə yaşayan azərbaycanlılar doğma torpaqlarından didərgin düşüblər. Bundan sonra Dağlıq Qarabağ birtərəfli qaydada öz müstəqilliyini elan etmişdir. Lakin onun müstəqilliyi dünyada heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmır. Bu isə o deməkdir ki, Ermənistan faktiki olaraq Dağlıq Qarabağı işğal etməklə öz ərazisini genişləndirib”, – deyə italyan qəzetində dərc olunmuş məqalədə vurğulanır.
“L Occidentale” yazır ki, siyasi, hərbi və iqtisadi kömək olmasaydı, Ermənistan nəinki Azərbaycanın ərazilərini işğal edə, hətta müstəqil dövlət kimi özünü təsdiq edə bilməzdi. Münaqişə başlayanda Avropa Ittifaqı bir sıra ziddiyyətlər səbəbindən ehtiyatlı davranaraq münaqişənin həll olunmasına dair konkret mövqe tutmayıb. Türkiyə isə Azərbaycana müəyyən dəstək versə də, qardaş ölkənin torpaqlarının işğalının qarşısını ala bilməyib.
Məqalədə Azərbaycanın ərazi bütövlyünün BMT kimi nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən tanınması da bildirilir: “Bu gün Azərbaycan haqlı olaraq tələb edir ki, onun suverenliyinə və BMT tərəfindən tanınmış ərazi bütövlüyünə hörmətlə yanaşılsın və işğal edilmiş əraziləri geri qaytarılsın. Beynəlxalq qanunların Azərbaycanın tərəfində olmasına baxmayaraq, əraziləri hələ də Ermənistanın işğalı altındadır”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER