CAVİD HUTƏNİKİYAN:”AYIQ VİCDANLAR, MƏNİM HAQQ TƏLƏB EDƏN SƏSİMİ EŞİTMƏDİNİZ DEMƏYİN!”

Təbrizli vəkil Cavid Hutənikiyan Təbrizin mərkəzi həbsxanasında çəkdiyi işkəncələr barədə məktub yazıb. Bu məktub digər təbrizli vəkil Nağı Məhmudi vasitəsilə bir sıra vebsaytlarda nəşr olunub.
“Vicdanı ayıq” insanlara xitabən yazdığı məktubda Hutənkiyan onlardan kömək istəyərək bildirir. “Ayıq vicdanlar, mənim haqq tələb edən səsimi eşitmədiniz deməyin!” başlıqlı məktubunda o, 20 ay həbsdə qalmasından söz açır və tutulan andan bəri özünün və ailəsinin müxtəlif tohinlərə və təhqirlərə məruz qalmasına işarə edərək, bunları belə təsvir edir: “qeyri-insani, cismi və ruhi işkəncələrə məruz qaldım, məmurların ayaqında bir top kimi oldum və ömrüm buyu eşitmədiyim tohinlərə məruz qaldım”.

Cavid Hutənikiyan Səkinə Məhəmmədi Aştiyaninin ikinci vəkilidir. O, iki alman jurnalistlə müsahibə zamanı İttilaat məmurları tərəfindən tutulub. Səkinə Aştiyaninin oğlu və iki jurnalistin azad olmasına baxmayarax, Cavid Hutənikiyan 20 aydan sonra hələ də həbsdə saxlanır və onun həbsdən azad ediləcəyinə ümid azdır. O, məktubda yazır: “hər gün dəfələrcə ölümü arzulayıram, amma gəlmir. İttilaat İdarəsi və zindanın məsulları məni yavaş yavaş öldürmək istiyirlər.”
Cavid Hutənikiyan işkəncələrin kabusundan qurtarmadığını deyərək yazır: “Hər gecə yuxuda görürəm ki, siqar közü ilə mənim cinsi orqanlarımı yandırmaq istəyirlər. Qorxumdan, nərə çəkirəm və hamını ayıldıram.”
Cavid Hutənikiyan keçən yeddi ay Təbrizin mərkəzi həbsxanasının”Metadon” və ya narkotik maddələri bölümündə saxlanır. O bu bölümdə, necə saxlanılmasına işarə edirərək yazır ki, məhbuslar qorxudulduğu üçün onunla yemək yeməkdən və danışmaqdan çəkinir və yalnız siyasi məhbuslar onunla gizli əlaqə qurur.
Cavid Hutənikiyan dəfələrlə ədliyyə orqanlarına yazdığı məktublardan və onların cavabsız qaldığından söz açır. “Məni elə bir günə salıblar ki, balaca qızımı görməyi daha arzu etmirəm, amma ayıq vicdanlardan istəyirəm ki, məni xatırlasınlar”.
Səkinə Aştiyanının vəkili altı ildir həbsdə qaldığını qeyd edir və azad olana qədər sağ qala biləcəyinə şübhə etdiyini deyir. O, məktubu “həbsim qurtaranadək, məni diri-diri öldürəcəklər” sözlərilə bitirir.
İnsafəli Hidayət

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER