“DEMOKRATİK CÜMHURİYYƏTİ BƏRPA EDƏCƏYİK”


28may-novxaniMüxalifət istiqlal bayramını Novxanıda izdihamla qeyd etdi (FOTO/VİDEO). Mayın 28-də İctimai Palata Respublika Günü münasibəti ilə Novxanıda, Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirib. Tədbiri İP Koordinasiya Şurasının üzvü Rahim Hacıyev aparıb. Bayram münasibətilə toplaşanları təbrik edən Hacıyev bildirib ki, Cümhuriyyətin qurulması Azərbaycan xalqının qürur duyduğu hadisədir. Açılış nitqindən sonra ilk söz Müsavat başqanı İsa Qəmbərə verilib.

İsa Qəmbər çıxışında Azərbaycan demokratik qüvvələrinin Rəsulzadə ideyaları uğrunda mübarizəsindən, müxalifətin İctimai Palatada birləşməsindən danışıb, aparılan mübarizənin tezliklə qələbə ilə bitəcəyinə inamını ifadə edib: Bu, Azərbaycan xalqının tarixində ən şərəfli günlərin yəqin ki, birincisidir. 94 il əvvəl Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yoxdan bir bayraq  yaradıllaraq Azərbaycan xalqına və dünyaya təqdim edildi. Bu dövlət günəş kimi doğdu.  Bu dövlət bir xalqın yüz illərlə yaşamasına, azadlıq. Demokratiya uğrunda mübarizəyə davam etməsinə gərəkən nümunə oldu. Azərbaycnın hər bir vətəndaşı  xaricilərlə görüşündə ölkəmizi tanıtmaq üçün şərq xalqaları arasında ilk  demokratik cümhuriyyət yaratdığımızı bildirir, həmin cümhuriyyətin insan haqları sahəsində atdığı addımları, qadınlara səsvermə hüququ verməsini  sadalayır, bununla da Azərbaycanın müasirliyini göstərməyə çalışır. Hakimiyət nümayəndələri bunalrı kimlərin etdiyini deməyi unudurlar. Müsavatın, Rəsulzadənin adını çəkmirlər. Rəsulzadə xalqımıza azadlıq dadızdırdı. Bunlar isə istəyirlər ki, xalq azadlığın da dadını bilməsin. Bu iki zümrə arasında fərq bundan ibarətdir: Xalq üçün və özləri üçün çalışanlar.
Döstlarımızın bir qismi bu bayramı növbəti dəfə zindanda qarşılayırlar. Arif Hacılı başda olmaqla onların hamısını salamlayıram və bayram münasibətilə təbrik edirəm.  Olar zindanda da azadlıq uğrunda mübarizələrini davam etdirirlər.
Bu 28 may fərqli bir 28 maydır. Adətən parlament sekiçlərindən bir iki il sönra fərqli bir sükut yaşanırdı.  İnsanlar inamlarını itirib gözləyirdilər ki. görəsən nə olacaq. Bu iki ildə Azərbaycanda demokratiya uğrnda mübarizənin çox önəmli səhifələri yazılmış oldu. İctimai Palata yaradıldı, hakimiyyətə təkliflərini bildirdi, Azərbaycan xalqını dünyaya bir daha təqdim etdi. Bunun nəticəsidir ki, bu gün dünya gözünü Azərbaycana dikib. Azərbaycanın demokratik qüvvələrinin mübarizəsi dünya mediasının diqqətini Azərbaycana çəkdi. Bu xalq azadlığa layiq xalqdır.
Yüz ildə Azərbaycan xalqı böyük nümunələr ortaya qoyub. Borcumuz bu böyük insanların yolunu davam etdirməkdir. Həqiqi demokratik cəmiyyət qurmaq, torpaqlarımızı işğaldan azad etmək, Azərbaycanı bu quldur, görməmiş hakimiyyətdən azad etməkdir, Azərbaycan vətəndaşını dünyanın ən qürurlu vətəndaşı halına gətirməkdir. İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir çıxışında Rəsulzadənin “heçdən bir bayraq” yaratdığını, Sovetlərin işğalı ilə endirilən o bayrağın müstəqillik uğrunda mübarizə nəticəsində yenidən ucaldıldığını xatırladıb, “Respublikamızı geri qaytaracağıq” deyə bildirib.Qarabağ Bloku adından çıxış edən ADP sədri Sərdar Cəlaloğlu hakimiyyəti Respublika Gününü onun adına, mahiyyətinə uyğun keçirmədiyi üçün ittiham edib. Bildirib ki, vaxtilə Rəsulzadə xalqa müstəqilliyin şirin dadını dadızdırdıqlarını bildirirdi, indiki iqtidar isə onun acı dadırmaqla məşğuldur. “Iqtidar xalqı dövlətə yadlaşdırmaqla məşğuldur. Azərbaycan xalqına layiq iqtidarı bərqərar etməliyik” – deyə Cəlaloğlu çıxışında qeyd edib.Sonrakı çıxışçılar İP Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn və İbrahim İbrahimli olub. Sonda AXCP sədri Əli Kərimli çıxış edib. Əli Kərimli bu günün əhəmiyyətindən danışıb və bildirib ki, indi Azərbaycanda xalqının dəyərlərini bölüşməyən iqtidar olduğuna görə bu günə layiq olduğu qiymət verilməyib. Respublika Gününün tariximizdə və təqvimimizdəki xüsusi yeri olmasından bəhs edən AXCP sədri onu qutsal adlandırıb və bildirib ki, bu gün Azərbaycan xalqı üçün təkcə müqəddəs deyil, həm də sabaha istiqamətdir. Əli Kərimli deyib:Azərbaycanda  xalqın seçmədiyi, bu xalqın dəyərlərini bölüşməyən hakimiyyət olduğuna görə bu günə layiq olduğu qiymət hələ də verilməyib. Ona görə də mən diqqəti bu günün nə qədər qutsal olmasına cəlb etmək istəyirəm. Bizim bir çox bayramlalımız var, biz böyük sevinclə tək bizim yox, bir çox şərq xalqlarının qeyd etdiyi Novruzu qeyd edirik. Biz bəşəriyyətin böyük çoxluğuna qoşulub Yeni İli sevinclə, coşqu ilə  keçiririk. Biz dini bayramlarımızı bütün müsəlman dünyası  ilə qeyd edirik. Bir də xalqımıza sırınan süni bayramlar var. Onların da ömürü indiki rejiminki qədərdir, ona görə də biz onları saymırıq, baykot edirik. Amma biz azərbaycanlıların bir gerçək milli bayramı var. O bu gündür – istiqlalımızın elan edildiyi, qürurlu bir gün.Əziz həmvətənlərim, bu gün bizim üçün yalnız müqəddəs bir tarix deyil. Bu gün bizim üçün həm də sabaha istiqamətdir. Baxın, hazırda millət olaraq nə qədər məhrumiyyət içindəyik. Sərvətlərimiz bir qrup acğöz talançı tərəfindən məhv edilir, mənimsənilir. Azərbaycan vətəndaşlarının hüquqları, azadlıqları əllərindən alınır və ölkəmiz dünyada 25 azad olmayan dövlətlər sırasındadır. Torpaqlarımızın 20 faizini 20 ildir düşməndən ala bilmirik. Azərbaycan hakimiyyətini isə 40 ildir bir ailə əsir götürüb, onu da azad edə bilmirik. Bütün bu baş verənlərə görə əslində bizdə bir özündən bədgümanlıq yaranardı, düşünərdik ki, yəqin bu, bizim millət olaraq keyfiyyətimizə dəlalət edir. Amma yox, bu işıqlı nümunə bizdə natamamlıq kompleksi yaranmağa qoymur. Hər dəfə xatırlayırıq ki, yaşadığımız məhrumiyyətlər millətimizin təbii halı deyil. Millətimiz süni şəkildə bu vəziyyətə salınıb. Çünki bu millət 94 il əvvəl 25 ən qabaqcıl millətin biri olubsa, 94 il sonra düşdüyü vəziyyətə görə millət yox, onun içindən çıxan bu acgözlər, nadanlar, feodal düşüncəlilər məsuliyyət daşıyır. Bu nümunə – AXC bizim hamımızı çağırır ki, Azərbaycanəımızı xilas edək. Ona görə mən dedim ki AXC dünənki şərəfli tarix olmaqla yanaşı, sabaha yönələn hədəfdir, mayakdır. Biz o hədəfə yetişib millətimizi azad edəcəyik.Biz hər il həm də bura böyük Məhəmməd Əmin Rəsulzadəyə hörmətimizi ifadə etməyə gəlirik. Bu böyük insan çox təzadlı tale yaşayıb. Allah ona böyük istedad vermişdi. O gözəl siyasətçi, tarixçi, ədəbiyyatçı, yazar idi. Təpədən dırnağa qədər Azərbaycan sevdalısı mübariz idi. Onun bəxtinə çox çətinliklər də düşmüşdü. Rəsulzadə həyatı boyunca nə qədər haqsızlıqlar, məhrumiyyətlər yaşadı…Ona olan bu haqsızlıqlar nə yazıq ki, o dünyasını dəyişəndən sonra da davam elədi. Bu gün natamamlıq kompleksi ilə yaşayan Azərbaycan yönəlticiləri hələ də Rəsulzadəyə qısqanclıqla yanaşırlar, onun böyük kimliyini etiraf etmək istəmirlər. Lazım olanda onun böyüklüyünə sığınırlar, beynəlxalq tədbirlərdə öyünürlər ki, bəli, 94 il öncə ilk dəfə şərqdə, müsəlman dünyasında Azərbaycanda demokratik respublika qurulub. Buna baxmayaraq yenə də əllərinə fürsət düşən kimi Rəsulzadəni aşağılamaq vərdişlərindən əl götürmürlər. Ona görə də biz bu böyük insana layiq olduğu qiyməti vermək istəyirik. Burda bildirirk ki, başqa böyük öndərimizin Əbülfəz Elçibəyin dediyi kimi, zaman hər şeyi yerbəyer edir. Nə 70 illik Sovetlər Məhəmməd Əmini xalqın gözündən sala bildi, nə də 20 illik sülalə rejiminin yalanı onun tarixdəki rolunu kiçildəcək. Bu  millət Rəsdulzadəyə rəğbətini, sevgilsini günü gündən artıracaq. Mən bu bayram günüdə deyirəm ki, ey böyük İnsan, sənin yolundayıq, sənin başlatdığın bu müqəddəs yolu davam etdirəcəyik. Bizlərə əmanət qoyduğun demokratik cümhuriyyəti təzədən bərpa edəcəyik, bu yolda optimizmimiz azalsa, səndən güc alacağıq, səndən dözüm, mətnlik alacağıq, səndən Azərbaycanı sevməyi öyrənəcəyik.İndi isə hamının diqqəti məndə olsun; Bu böyük insana, bu millətə, bu dövlətə sevgimizi ifadə etmək üçün hamımız səsimizi o böyük öndərin səsinə qoşub deyəcəyik:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan!AXCP sədrinin çıxışndan sonra bayram tədbiri dövlət himninin oxunması ilə başa çatıb.Tədbirdən daha geniş reportaj “Azadlıq” qəzetinin sabahkı sayında.
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER