TÜRKİYƏDƏ AZƏRBAYCAN TÜRKLƏRİNİN AÇIQ TOPLANTISINA MANEÇİLİKDƏN SONRAKI VƏZİİYYƏT…

ANKARADA GİZLİ AZƏRBAYCAN TOPLANTISI

İran Türkiyə iqtidarına Güney Azərbaycanla bağlı tədbirə yer verməməyi tələb edib. Mayın 12-də Ankarada Uluslararası Güney Azərbaycan Türklərinin I Forumu keçirilməliydi. Toplantıya dünyanın bir çox ölkəsindən 700-ə qədər Azərbaycan türkü dəvət edilmişdi. Ancaq konfransdan bir neçə saat öncə Türkiyə hökuməti konfransı yasaqladı.

Konfransın təşkilatçısı Camal Mehmethanoğlu mediaya açıqlamasında bildirdi ki, Ankara Valiliyi təşkilatın təşkilatçılarına məktub göndərərək yığıncağın ləğv edilməsini tələb edib. Səbəblər haqqında heç bir rəsmi açıqlama verilməsə də Tehranın rəsmi Ankaraya ciddi təzyiq göstərdiyi anlaşılan idi.

Bunun ardınca forumun təşkilatçıları bildirdilər ki, mümkün imkanlar dəyərləndirilərək toplantının keçirilməsinə çalışılacaq.
Onu da vurğulayaq ki, forumun keçirilməsini nəzərdə tutulan “Sürməli” otel polisin nəzarəti altında idi. Bu səbəbdən iştirakçılara olduqca gizli şəkildə toplantının keçiriləcəyi ünvan haqqında bilgi verildi və iştirakçılar 2-2, 3-3 “Sürməli” oteldən ayrılaraq yeni ünvana yollandı.
Yeni məkanda toplantının keçirilməsinə ciddi əngəl yaradılmadı. Sadəcə otel rəhbərliyi təşkilatçılara forum üçün yalnız 1 gün ayıra biləcəklərini bildirdilər. Bu səbəbdən 2 günlük forumun işində müəyyən dəyişiklik edildi.

Sonucda təxminən 300-dən artıq insanın qatıldığı toplantı baş tutdu. Çıxışların çoxu rəsmi Ankaranın foruma soyuq münasibətini tənqidlə başladı. Xüsusi olaraq vurğulandı ki, Ankara 35 milyon türkün problemini görməzdən gələ bilməz.
Ciddi və qızğın müzakirələrin sonunda Güney Azərbaycanla bağlı bütün qurumların təmsil olunduğu təxminən 50 nəfərlik Konsey yaradılması qərara alındı. Konseydə Güney Azərbaycanla bağlı qurumların rəhbərləri deyil, üzvləri təmsil olunacaq. Bir neçə saat sonra Konseyin İdarə Heyətinin seçilməsi üçün üzvlərin toplantısı keçirildi. Bununla yanaşı səsvermə ilə İH üzvlərinə beynəlxalq qurumlarda Konsey adından təmsilçilik hüququ verildi.

Konseydən geniş reportajı sabah musavat.com-dan və “Yeni Müsavatın” 14 may tarixli sayından oxuya bilərsiniz.

Aygün MURADXANLI, Ankara

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER