ŞÜŞANI GERİ, AZƏRBAYCANA QAYTARMALIYIQ!.

http://www.azadliq.org/flash__ver2_6.4.0.22993.2/MediaPlayer_r.swfx?cache=YükləAzərbaycan Şuşanın işğalının 20-ci ildönümünü yad edirƏlaqədar yazılarŞuşa niyə işğal olundu?

Prezident Administrasiyası 13 yaşlı erməni qızın İlham Əliyevə müraciətinə cavab verib

“The Washington Post”un müxbiri Xankəndində nə gördü?

«Şuşamız, Qarabağımız azad edilsin, mehribançılıq olsun»

Qarabağ – Şuşasız, Laçınsız?

Multimedia

Səs

20 il Şuşasız

Dinlə

Pleylistə əlavə et

Podkast

Abunə olGoogle reader

 ŞRIFTIN ÖLÇÜSÜNÜ DƏYIŞ

İlqar Rəsul

08.05.2012

«Xalqın tələbi lazımdır. Dünya ictimaiyyətindən tələb etməliyik ki, ya bizim ixtiyarımızı özümüzə versinlər, ya da bir dost kimi bizə köməklik göstərib bu işi yekunlaşdırsınlar».

7307 GÜN ŞUŞASIZBu, İkinci Dünya müharibəsinin veteranı, 78 yaşlı Şuşa sakini Məmməd Məmmədovun dedikləridir. 7307 gündür vətənsiz olduğunu bildirən Məmməd kişi deyir ki, faşistlərə qarşı müharibədə Macarıstanadək gedib qayıdıb, amma 20 ildir Ağdamdan Şuşaya gedə bilmir. O hesab edir ki, Şuşa fitnə-fəsadın qurbanı olub. O, işğal edilə biləcək şəhər deyildi.Mayın 8-də Şəhidlər Xiyabanında Şuşanın işğalının 20-ci ili yad edilib. Anım mərasiminə məcburi köçkünlər, bəzi deputatlar, ziyalılar, İctimai Palata və digər siyasi təşkilatların təmsilçiləri, QHT sektorunun üzvləri qatılıblar.Yenə də ötən ilki kimi hər kəs gələn ili Şuşada keçirmək arzusu ilə xiyabanı tərk edib.ONLAR NAXÇIVANA NİYƏ GETMİŞDİLƏR?Şuşanın işğalı vaxtı Azərbaycanın Müdafiə naziri olmuşRəhim Qazıyev isə deyir ki, bu işğalda xəyanət də, xəyanətkar da, cinayət də, cinayətkar da var. Amma gedən iki məhkəmə prosesinin heç birində Şuşa xəyanətinin üstü açılmayıb:«Şuşanın işğalından bir müddət əvvəl komandirlər Naxçıvana gedib Heydər Əliyevlə görüşüblər. Media nümayəndələri bunun şahidi olublar.

Rəhim Qazıyev 1992-ci il aprelin 29-da Elbrus Orucov (Şuşa Laçın qarnizonunun komandiri – İ.R.) Naxçıvanda olub. Ondan iki gün sonra isə Nizami Bəhmənov (Şuşanın keçmiş icra başçısı – İ.R.) Heydər Əliyevin yanında olub. Təəssüf ki, bu barədə heç nə deyilmir və heç yerdə də göstərilmir. Niyə getmişdilər ora? Bu gün həmin işlər də qalır. Bu boyda xəyanəti gizlətmək olmaz. Gəlsinlər, təzədən araşdırsınlar ki, kimin günahı olub bu işğalda. Mənim günahım varsa, gedib daha artıq çəkməyə hazıram. Amma kimin günahı var, cəzasını çəkməlidir. Eləcə də Xocalının ovaxtkı icra başçısı Elman Məmmədov Naxçıvana getmişdi. Faciədən sonra özü bəyan etdi. İndiyədək də deputatdır. Niyə getmişdilər Naxçıvana? Soruşan yoxdur. Bəllidir də niyə».

R.Qazıyev deyir ki, Şuşa ilə bağlı 11 min səhifəlik cinayət işi materialları var. Orada yetərincə ziddiyyətlər var. Amma heç kim onlara diqqət yetirmək istəmir. R.Qazıyev hesab edir ki, məqsəd bütün günahları onun üzərinə qoyub diqqəti əsl həqiqətdən yayındırmaqdır.NAXÇIVAN DA ÇƏTİN VƏZİYYƏTDƏ İDİ

Elman Məmmədov

Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat, YAP-ın parlamentdəki təmsilçilərindən biriElman Məmmədov isə deyir ki, Naxçıvan da o vaxt çətin vəziyyətdə idi. Həmrəylik nümayiş etdirmək, bir-birinə dayaq olduğunu göstərmək üçün Naxçıvanla Qarabağ arasında belə qarşılıqlı səfərlər olurdu:

«Rəhim Qazıyevin dedikləri şantaj xarakterli fikirlərdi».Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə əmindir ki, ölkənin inkişafı Azərbaycanı qələbəyə günbəgün yaxınlaşdırır:«İlk növbədə sülh danışıqları seçilib. Biz də istəmirik ki, müharibə olsun, qan tökülsün. Ali baş komandanın apardığı siyasət bütün qarabağlıları və Azərbaycan xalqını qane edir. Biz hamımız prezidentimizi dəstəkləyirik. Möhtərəm prezidentimiz hərb desə, hərbdir, sülh desə, sülhdür».MEDİA NİYƏ LAQEYDDİR?

Bəxtiyar Əliyev Deputat Bəxtiyar Əliyev isə Şuşaya qarşı medianın laqeydliyindən narazıdır. O, hesab edir ki, Azərbaycan mediası, heç olmasa, işğal günü ərəfəsində Şuşa mövzusuna geniş yer vermirsə, dünya mediasından, beynəlxalq ictimaiyyətdən nəsə gözləmək düz deyil:

«Bu yaxınlılarda Qarabağ icması bir tədbir keçirdi. Orada «Şuşaya azadlıq!» şüarı ilə kampaniya başladıldı. Mən düşünürdüm ki, bütün qəzetlər, televiziyalar bu kampaniyaya yer ayıracaqlar. Amma çox təəssüflər olsun ki. bu kampaniyaya heç bir KİV qoşulmadı. Və bu gün bu mübarizə aparılmır».BUNU BACARAN ONU DA BACARARMüharibə veteranı Nazim Hüseynov isə düşünür ki, «Eurovision 2012» mahnı müsabiqəsini Azərbaycana gətirən, onun keçirilməsi üçün nəhəng inşaat işləri aparan prezident Şuşanı da qaytaracaq. Deyir, bunu bacaran onu da bacarar:«Bu, «Eurovision»un işini görən, dənizin içində bunu yaradan adam Şuşanı dünyanın gözü edəcək».1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal olunub. 20 ildir ki, bu şəhərin əhalisi Bakıda və ölkənin digər yerlərində məskunlaşıb.

ERMƏNİSTAN PREZİDENTİ ŞUŞADA

Ermənistan prezidenti Serzh Sargsyan mayın 8-də Qarabağa gedib. Xankəndində olan Sargsyan həm də Şuşada bu şəhərin işğalının 20-ci ildönümünü qeyd edib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER