ADNA FACİƏSİNİN ANIM MƏRASİMİNDƏ QARŞIDURMA OLDU

Fərda Qədirovun bibisi: «Qumaşyan heç yerə qaçmayıb»

Mayın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam edib.

«ADNA işindən şok işgəncə faktları açıqlandı»

Qəzetlər nədən yazır? 

NEFT AKADEMİYASI ƏTRAFINDA TIXAC

ADNA ətrafında tıxac yaranıb. Polis yolu açmağa çalışır, anım mərasiminə gəlməyən, sadəcə yoldan ötən vətəndaşları da ərazisən uzaqlaşdırır.

GƏNCLƏRDƏN BİRİ SAXLANIB
Polis anıma gələnlərdən- ADP gənclər təşkilatından Cəmil Hacıyevi saxlayıb. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verir.

«Cəmil Hacıyevi tutub taksiyə əyləşdirdilər ki, polis bölməsinə aparsınlar. Amma sürücü maşını sürməkdən imtina etdi. Bundan sonra gənci polis maşınına mindirdilər, maşının taksi kimi fəaliyyət göstərdiyi bildirilən nişanı əlindən alındı».

GƏNCLƏR ANIM YÜRÜŞÜ KEÇİRMƏYƏ CƏHD EDİB.  Polis ADNA faciəsini qeyd etmək istəyən gəncləri dağıdır. (Canlı yayımdan bir hissə. Polisin müdaxiləsi epizodları 3-cü dədqiqdən sonra) Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar gənclər anım yürüşü keçirirlər. Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından keçirilən yürüşdə hər hansı şüar səsləndirilməyəcək, aksiya keçirilməyəcəyi açıqlanıb. Gənclər qətliam vaxtı öldürülən həmyaşıdlarının fotolarını sinələrindən asıb, əllərində qərənfillərlə hərəkət edirlər. Polis və mülki geyimli şəxslər anıma gələn gəncləri akademiyanın qarşısından uzaqlaşdırır. Emil Bağırov, VHP Gənclər Təşkilatının üzvü:

«Biz öldürülmüş tələbə yoldaşlarımızı sakit bir şəkildə anmaq istəyirdik. Çiçəkləri akademiyanın qarşısına qoyub dağılışacaqdıq. Məqsəd bu idi. Amma ora çatmamış itələdilər bizi, zor tətbiq elədilər. Bir nəfər də saxlanılıb. Biz də məcburən gülləri yolun ortasına qoyduq. Bizi qovmağa başladılar. Arxadan gəlib bizi qovmağa başladılar».

«Nida» Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlı:

«Gördüyünüz kimi bizə imkan vermədilər. Hər şəkildə bizim toplaşmağımıza mane olurlar».

QƏTLİAMIN 3-CÜ İLDÖNÜMÜ

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamın üçüncü ildönümüdür.

Üç il əvvəl maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib. O, hadisəni törədəndən sonra özünü də öldürmüşdü.

Fərda Qədirovla əlbir olmaqda ittiham olunan Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov isə ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər. Onlar özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də deyiblər.

Bu işlə bağlı ittiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

(AzadlıqRadiosunun arxiv videosu ADNA faciəsi baş verən zaman hazırlanıb)

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER