AZƏRBAYCAN 2014-CÜ ILDƏ QARABAĞDA HƏRBI ƏMƏLIYYATLARA BAŞLAYA BILƏR

Azərbaycan 2014-cü ildə Qarabağda hərbi əməliyyatlara başlaya bilər

Qabil Hüseynli: “Torpaqların işğaldan azad edilməsi əməliyyatına başlamağa Azərbaycanın həm mənəvi, həm də hüquqi haqqı çatır” 2013 və 2015-ci illərin siyasi reallıqları fərqlidir

“Biz müharibəyə başlasaq, Rusiya birmənalı şəkildə Ermənistanı müdafiə edəcək”

Son vaxtlar Azərbaycan özünün inkişaf dövrünü yaşasa da, qarşımızda həlli vacib olan bəzi problemlər də mövcuddur. Azərbaycan xalqı və Azərbaycan dövləti üçün ən ağrılı problem Ermənistanın Azərbaycana davam edən təcavüzü və bu təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasıdır.

   Münaqişə bölgədə sülhə və sabitliyə ən böyük təhlükədir. İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektləri, qədim tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılıb.

   Münaqişənin nizama salınması üçün güclü beynəlxalq hüquqi baza mövcuddur. Problemin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələr işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bildiyimiz kimi, bu qətnamələr ən yüksək səviyyədə qəbul olunan beynəlxalq qərarlardır, lakin bunlar icra olunmur. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm qərar və qətnamələr qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bunların da heç birinə məhəl qoymur.

   Uzun illərdir, ATƏT-in Minsk Qrupu bu münaqişənin həlli ilə məşğul olur. Həmsədr ölkələrin – Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında çoxlu sayda görüşlər keçirilib. Amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə həllini tapa bilmir. Azərbaycan tərəfi bu münaqişənin yalnız sülh yolu ilə, beynəlxalq prinsiplər əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınmasını istəyir.

   Ancaq Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin həllində hərbi yol da tətbiq oluna bilər. Hazırda Azərbaycanın qüdrətli ordusu var

   və biz torpaqlarımızı hərb yolu ilə də işğaldan azad etməyə qadirik. Münaqişənin həllində hərbi yol istisna olunmur. Artıq Azərbaycanda müharibə bəyanatları səsləndirən təşkilatların da sayı artıb.

   Azərbaycan tərəfi hərbi yolla torpaqlarının işğaldan azad edilməsi əməliyyatlarına nə vaxt başlaya bilər? Bu ilin artıq yarısını arxada qoymuşuq, o cümlədən Azərbaycan mötəbər bir sülh tədbirinə ev sahibliyi edəcək. Bu və bir sıra başqa səbəblərə görə Ermənistana qarşı hərbi əməliyyatların bu il başlaması real görünmür. Növbəti, 2013-cü il isə Azərbaycanda prezident seçkiləri ilidir. Hər halda, bu gərginlik fonunda Azərbaycan dövlətinin müharibəyə start verəcəyi də inandırıcı deyil. 2015-ci ildə isə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Seçki ilində hərbi əməliyyatların keçirilməsinin nəzərdə tutulmadığını önə çəksək, onda qalır 2014 -cü il.

   Bəzi ekspertlər müharibənin başlanması üçün 2014-cü ili daha məqbul sayır.

   Azərbaycan dövlətinin torpaqlarını işğaldan azad etmək üçün 2014-cü ildə hərbi əməliyyatlara başlayacağı nə dərəcədə realdır?

   Politoloq Qabil Hüseynli hesab edir ki, bu qlobal bir problem olduğundan, məsələyə bir qədər geniş rakursdan baxmaq lazımdır”:Konkret ildən söhbət açmazdan öncə problemin ətrafında olan geosiyasi vəziyyəti dəyişməyə çalışmaq lazımdır. Həmin şərtlər bizim xeyrimizə dəyişməsə müharibəyə başlamağa dəyməz. Rusiya bugünkü kimi Ermənistanın arxasında dayanacaqsa, Dağlıq Qarabağa ediləcək hücumu Ermənistana qarşı təcavüz kimi qəbul edəcəksə o zaman müharibənin başlanması üçün əlverişli siyasi mühitin olmadığından danışmaq lazımdır. Biz ilk əvvəl Rusiyanın proseslərə müdaxiləsinin qarşısını alan tədbirlər görməliyik. Məsələn, Qərblə daha da yaxınlaşma siyasətini həyata keçirə bilərik, NATO-ya üzv olmaq üçün müraciət etmək olar. Bir sözlə, Rusiyanı neytrallaşdıracaq addımlar atmaq lazımdır. Hesab edirəm ki, bu istiqamətdə aparılacaq işlərdə ilk olaraq Qəbələ RLS-in Azərbaycandan çıxarılması təmin edilməlidir. Çünki Qəbələ RLS təkcə Rusiyanın deyil, həm də Ermənistanın görən gözüdür”.

   Rusiyanın proseslərə müdaxiləsinin azaldılmasına nail olmağın təmkinlə mümkünlüyünü bildirən politoloqun qənaətincə, belə işlər sistemli şəkildə həyata keçməlidir”: İlk əvvəl Rusiyaya başa salınmalıdır ki, Dağlıq Qarabağın ətrafında olan rayonların işğaldan azad edilməsi əməliyyatına başlamağa Azərbaycanın həm mənəvi, həm də hüquqi haqqı çatır. Məsələ burasındadır ki, ermənilər yalnız Dağlıq Qarabağla kifayətlənmir. Onlar Dağlıq Qarabağın ətrafında olan rayonların da işğaldan azad edilməsində şərtlə danışır. Gedən danışıqlarda ermənilər heç həmin rayonlardan 2-nin qaytarılmasına razı olmadı.

   Bu səbəbdən də problem kənardan göründüyü qədər də asan deyil. Bəzi ekspertlər deyir ki, müharibəni başlayıb 15 günə hər şeyi həll etmək olar. Bu, qüvvələr nisbətini düzgün qiymətləndirmədən verilən proqnozlardır. Siyasi situasiyanı dəyişmədən biz müharibəyə başlasaq, Rusiya birmənalı şəkildə Ermənistanı müdafiə edəcək. Onda da biz uduza bilərik. Dediyim məsələlər öz həllini tapsa, istənilən vaxt hərbi əməliyyatlara başlamaq olar”.

   Məhəmmədəli QƏRİBLİ

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER