“İRAN 3 YERƏ BÖLÜNƏCƏK”


Mahmudəli Çöhrəqanlı Güney Azərbaycana görə rəsmi Bakının məsuliyyət daşıdığını dedi

“Elə etməyin ki, sabah Güney Azərbaycan türkləri İraq türkmənləri kimi kürd yaraqlıları qarşısında əliyalın qalsın”
“Yaxın bir il ərzində İranda rejimin ya beynəlxalq müdaxilə, ya inqilab yolu ilə dəyişəcəyi yəqindir”. Bunu ABŞ-da yaşayan Güney Azərbaycan dissidenti Mahmudəli Çöhrəqanlı aprelin 26-da internet vasitəsilə qatıldığı mətbuat konfransında deyib.
DAK-ın XII qurultayının nəticələrinə dair mətbuat konfransına qatılan DAK Məşvərət Məclisinin sədri M.Çöhrəqanlı İrandakı durumu kritik adlandırıb.
“İranın üç bölgəyə ayrılacağı deyilib. Belə ki, Pakistandakı Belucistan ərazisilə İrandakı Belucistan ərazilərinin vahid dövlət tərkibində birləşdiriləcəyi qeyd olunub. İraqətrafı İran ərazilərinin kürd dövləti ərazisi olması nəzərdə tutulur.
İran neftinin 75%-nin cəmləşdiyi ərəblər yaşayan ərazilərə muxtariyyət hüququ verilməsin nəzərdə tutulur. “İrana beynəlxalq baxış budur, buna görə Azərbaycan nə qədər gec deyil, Güney Azərbaycan türklərinə sahib çıxmalıdır”, – deyə M.Çöhrəqanlı rəsmi Bakıya mesaj ünvanlayıb.
Onun fikrincə, rəsmi Bakı Güney Azərbaycan türklərinə ya qardaş kimi, ya qonşu kimi, bunları bacarmırsa haqları tapdanan insanlar kimi sahib çıxmalıdır. İranda proseslər başladıqda Güney Azərbaycan türkləri haqlarını ala bilməsə buna görə rəsmi Bakının da məsuliyyət daşıyacağını söyləyib. “Elə etməyin ki, sabah Güney Azərbaycan türkləri İraq türkmənləri kimi kürd yaraqlıları qarşısında əliyalın qalsın”, – deyə M.Çöhrəqanlı xəbərdarlıq edib.
O, artıq Güney Azərbaycanın Urmiya vilayəti torpaqlarına kürdlərin iddialarının başladığını bəyan edib. Türkiyə parlamentində kürd əslli deputatın “biz kürd dövlətini quracağıq, paytaxtımız da Urmidir” bəyanatı verməsini xatırladıb.
Azərbaycana nə zaman gələcəyi sualına M.Çöhrəqanlı “rəsmi Bakı yasaqlarını nə zaman aradan qaldırsa, o zaman” cavabı verib. Bu yasağı o, ədalətsiz adlandırıb və eyni yasağı Türkiyə hökumətinin də tətbiq etməsini yada salıb: “İndi bu yasaqları qaldırmaq vaxtıdır, İranda, Güney Azərbaycanda durum ağırlaşır, bizlər millətə və topluma daha yaxın məsafədə olmalıyıq ki, problemlərinə çarə qıla bilək”.
DAK həmsədri Sabir Rüstəmxanlı M.Çöhrəqanlıya tətbiq edilən yasağın qaldırılması üçün parlamentdə məsələ qaldıracağını deyib. S.Rüstəmxanlıya görə, Türkiyənin Milli Hərəkat partiyasından olan deputat, DAK İdarə Heyətinin üzvü Atilla Kaya eyni məsələni Türkiyə parlamentində səsləndirəcəyi bəyanatı verib (contact.az).

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER