GƏNCƏYƏ GƏLƏN KOMİSSİYA BAKIDA SAXTA RƏY VERDİ

Komissiya üzvü etirazımıza belə cavab verdi: «Onlar yazdılar, biz oxuduq» 

Burada bir daha geriyə bir ekskurs etmək istərdim. 1993-cü ilin mart-aprel aylarında millət vəkillərindən biri bir qrup yazıçı, şair və aktyorla Qərb regionuna səfər etmişdi. Onlar, təqdim edildiyi kimi, ərazidə vəziyyət, əhalinin və hərbçilərin mənəvi-psixoloji durumunu öyrənmək, onlara dəstək olmaq üçün gəlmişdilər.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

Şairin göz yaşları

Təbii ki, biz bu millət vəkilinə və onun başının dəstəsinə hərbçilərin yerləşdiyi yerləri, mövqeləri, avadanlıqları göstərdik, onlar şəxsi heyətin təlim keçdiyi poliqonda və s.-də də oldular. Qısa desək, tanış ola biləcəkləri hər şeylə onları tanış etdik. Sonra hərbi hissələrdən birinin komandiri bizi və qonaqların hamısını nahara dəvət etdi. Nahar bunkerdə olan hərbi hissələrin birinin yaxınlığında təşkil edilmişdi. Millət vəkili və onunla gələnlərdən bəziləri kövrələrək göz yaşlarını belə, saxlaya bilmədilər. Onlar inana bilmirdilər ki, Azərbaycanda belə hərbi hissələr ola bilər! Millət vəkili elə oradaca bir şeir yazdı, onu bizə oxumaq istədi, amma o, bunu çox çətinliklə etdi: şeiri başa vurana qədər qəhər onu boğaraq bir neçə dəfə yarıda kəsməyə məcbur etdi. O, bu şeiri Qazaxdakı briqadaya həsr etmişdi. Sonra o, buradakı əsgərlərlə dayanıb çoxlu şəkillər çəkdirdi.
Az müddət sonra isə, daha doğrusu, 1993-cü ilin iyununda, Imam Mustafayevin başçılığı ilə göndərilən komissiyanın tərkibində həmin deputat Gəncəyə, vəziyyətin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün göndərilənlərdən biri oldu.ÿ
Gəncədə bir müddət araşdırma apardıqdan sonra Bakıya dönən heyət parlamentdə komissiyanın gəldiyi nəticələr haqda məruzə etdi. Bu nəticələrdə belə qeyd edilirdi ki, başda Isa Sadıqov olmaqla Qazax korpusu səhər tezdən, əsgərlər hələ yuxuda olarkən, 709-cu briqadanın həyətinə girərək orada qırğın törədib, tankları da işə salmaqla 69 nəfər günahsız adamın ölümünə səbəb olub. Bu gurultulu açıqlamanı yayan komissiyanın üzvləri çox tanınmış adamlar idi. Mən həmin şairin bizim əsgərlərlə çəkdirdiyi şəkilləri cırıb onun özünə yollamaqdan ÿbaşqa bir şey edə bilmədim.ÿ
O, artıq nə mənim üçün, nə də şəxsi heyət üçün var idi, onun axıtdığı göz yaşlarının da dəyəri qalmamışdı.

“Surət məni kənara çəkib dilə tutdu…”

Təqribən bir il sonra Bakıda tanınmış bir xalq artisti ilə rastlaşdım və o məni həmin şairin yanına dəvət etdi. Mən rədd etdim və səbəbini də ətraflı aydınlaşdırdım. Xalq artisti təkidlə israr etdi və mən nəhayət, onun təkidləri qarşısında geri çəkilməyə məcbur oldum. Şair məni kabinetində görüncə xəcalət çəkdi və özünə bəraət qazandırmaq üçün: “Isa, Surət məni bir kənara çəkib dilə tutdu və israr etdi ki, biz onların dedikləri kimi yazıb parlamentdə oxumalıyıq. Onlar yazdılar, biz oxuduq”.
Bəli, həmin şairin və respublika əhəmiyyətli həmin ağsaqqalın başçılıq etdiyi heyət həmin hesabatı bu qaydada hazırlamışdı. Bir dövlətin taleyi belə həll edilirdi. Biz öz dövlətçiliyimizin taleyinə bu cür,- ona dəyər və hörmət qoymadan yanaşırıq.
Indi də həmin milli hökuməti ləkələməklə, ona qara yaxmaqla məşğul olanlar özlərinə də baxsalar, yaxşı olar: 1918-20-ci illərdə də milli hakimiyyətin devrilməsində və ölkənin işğal edilməsində vasitəçi olanlar məhz bu məntiqdən çıxış etmişdilər: “Onlar yazdılar, biz də oxuduq”…
Birinci milli hakimiyyət devriləndən sonra biz 70 il əsarət altına düşdük. Bu gün isə artıq 20 ildir ki, növbəti əsarətin buxovlarından azad ola bilmirik.
Bu əsarətdən qurtarmaq üçün hər kəs bildiyi həqiqətləri danışmalı, hər kəs yalnız və yalnız həqiqətə tapınmalıdır. Elə buna görə də mən ən mötəbər şəkildə əmin olduğum bu həqiqətləri oxucularla bölüşürəm. Ağsaqqal Imam Mustafayev həmin günlərdə oralarda nə baş verdiyini əla bilirdi, qvardiyaçıların faciəli ölümü barədə məlumatlı idi, amma bu ağsaqqal da bildiklərini danışmadı, “onlar yazdılar, bu da oxudu”.
Mən bilmirəm, bu komissiyaya hansı qızıl dağları vəd etmişdilər, amma onların millətin taleyini bir tərəfə tullayb öz şəxsi mənafeləri ilə uğraşdıqları şübhəsiz idi.

“Mənə necə əmr olunubsa…”

Çevrilişdən dərhal sonra parlamentdə milli hökuməti qəddarlıqda, qan tökülməsində və 69 nəfərin ölümünə bais olmaqda ittiham edənlərin şousu başlandı. Və təkrar olaraq deyirəm: 709-un əsgərləri hələ yuxuda ikən oraya yeridilən tanklar, heç bir günahı olmayan əsgərlərin ölümü barədə həyasız yalanlar baş alıb getməkdə idi.ÿ
Amma maraqlıdır ki, bu “tərəfsiz ziyalılardan” heç biri 1995-ci ilin mart ayında OMON hadisələrində fəryad etmədilər, orada millətin say-seçmə oğlanlarının qana bələnməsindən dəhşətə gəlmədilər. Ona görə ki, bu intelligentlər də artıq istifadə edilmiş və gərəksiz bir şey kimi kənara tullanmışdılar. Iyun hadisələri zamanı əvvəlcədən hazırlanan ssenari, rəqəmlər, “faktlar”, hətta bu saxta intelligentlər də indi bu ssenarini yazanlara lazım deyildi.
Ölkənin bütün yerlərində bu uydurma faktlar çox ilginc bənzərliklə səsləndirilirdi. Qeyri-adi bir operativlik hiss olunurdu. Amma heç kim əsl həqiqətləri dinləmək istəmirdi. O cümlədən də məni, 69 nəfəri öldürməkdə ittiham etdikləri adamı dinləmək istəyən yox idi. Mən dəfələrlə parlamentə zəng edərək israrla tələb etdim ki, məni hesabat vermək üçün oraya çağırsınlar. Amma kimsənin vecinə də deyildi; Gəncəyə göndərilmiş komissiya öz işini başa vurmuşdu və bundan artıq kimsəyə gərək deyildi.
Amma nəhayət, mənə Bakıya gəlmək, hesabat vermək üçün icazə verdilər və dalımca vertolyot göndərdilər. Vertolyotda iki nəfər də müşayiətçi vardı. Pilot rus idi. Nəyə görəsə, vertolyotu Gəncədən göndərmişdilər. Mən də öz mühafizəçilərimi yanıma aldım və birmənalı olaraq tam qətiyyətlə Bakıya gedərək orada hesabat vermək, bütün bu demoqogiyaya son qoymaq qərarına gəldim.
Pilot təkidlə bildirdi ki, o, yanacaq götürmək üçün Gəncəyə enməlidir. Mən ondan soruşdum ki, nə üçün yanacağı Gəncədən qalxanda götürməyib? Cavab olmadı. Əlavə etdim ki yanacağı Gəncədən yox, Şəmkirdən də götürmək olar, amma o, qəti olaraq boyun qaçıraraq “mənə necə əmr olunubsa, o cür də etməliyəm”, dedi.
Bu əmri ona görə vermişdilər ki, mən Bakıya gedib çıxa bilməyim…

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER