MÜXALİFƏTİN 22 APREL MİTİNQİ DAHA MÖHTƏŞƏM ALINDI (FOTOLAR)

Növbəti mitinq mayın 6-na təyin olundu (FOTOLAR)

Növbəti mitinq mayın 6-na təyin olundu (FOTOLAR/YENİLƏNİR)

AXCP sədrinin çıxışından sonra mitinqin qətnaməsi oxunub.Qətnamədə mitinq iştirakçılarının tələbləri ilə yanaşı növbəti mitinqin mayın 6-na təyin olunduğu əksini tapıb.

Mitinq dövlət himninin oxunması ilə başa çatıb. Mitinqdə sonuncu çıxışçı İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli olub: “Uca millətim yenidən sənin əzəmətin zalımları qorxudub. Hakimiyyət qorxu içərisindədir. İcazəli mitinqə maneələr yaratmaq onun nəticəsidir ki, artıq hökumət bu xalqdan qorxur. Əziz həmvətənlərim, biz azərbaycanlıların çox problemi var. Bizim eşidilməmək problemimiz var. Bizim millətimizi heç bir vəzifəli şəxs dövlət qurumu eşitmir. Eşidilməyən xalq biryerdə olmağa məhkumdur. Biz öz prblemlərimizi onminlərin, yüzminlərin səsiylə deyirik. Biz məhbus dostlarımıza, azərbaycanımıza azadlıq tələb istəyirik.

İlham Əliyev xalqı hədələyir. Bunların hamısını başa düşmək lazımdır. Qaçıb dağılmaqda olan komandasına ürək dirək vermək istəyir. Bütün məğlub olan avtoritarlar belə edir. Xalqı hədələyir, aşağılayır. Ancaq hamısı məğlub olublar. İlham Əliyev də məğlub olacaq. Azərbaycan xalqı böyük mübarizə yolu keçib, böyük mübarizələrdə bərkimiş xalqdır. Belə yollarla onun qarşısını almaq olmaz. Azərbaycan xalqı bu mübarizənin qələbə ilə başa vuracaq. 

Bu mübarizə davamlı oalcaq. Biz dostlarımızın azad olunmasını, yeni parlament seçkilərinin keçirilməsinin, rüşvətin korrupsiyanın kökünün kəsilməsinin tələb edirik. Hakimiyyət bizim tələblərimizi eşitməsə bu zaman xalqın qəzəbi daha ağır olacaq”.

Daha sonra həbs olunan gənclərin müdafiə komitəsi və həbs olunan gənclərin adından Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı çıxış edib. Növbəti çıxışçı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı olub.

 

F.Qəhrəmanlıdan sonra mülkiyyət hüququ pozulanlar adından Məryəm xanım çıxış edib. Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edib. Qəhrəmanlı bildirib ki, İ.Əliyevin xalqa nifrəti sonsuzdur. Mitinq üçün şəhərdən uzaq yerdə meydanın verilməsi də məhz bunun bir nümunəsidir: “İlham Əliyev, sənə yaraşan istefadır!”. Onun sözlərinə görə, izdihamın gücü qarşısında hakimiyyət acizdir: “Ölkədə dəyişikliklər olana qədər mübarizəmizi aparacağıq”.

İ.Qəmbərdan sonra İP üzvü, politoloq Ərəstun Oruclu çıxış edib. Ə.Oruclu bildirib ki, mitinq iştirakçılarını hakimiyyətin onlara layiq bildiyi meydanda salamlamaqdan qürur duyur: “Biz vətənimizin hər qarışını özümüzə layiq bilirik”. O, gənclərə üz tutaraq onları öz vətənlərinə sahib çıxmağa çağırıb: “Gəlin, vətəninizə sahib çıxın. Hakimiyyət nəinki bu ölkənin, xalqın gələcəyidir, heç bu günü də deyil, keçmişidir”.

Çıxış üçün ilk söz İP Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbərə verilib. İ.Qəmbər çıxışına belə başlayıb: “Bu meydana işıqlı insanlar toplaşıb. Hakimiyyət meydanın işıqlarını söndürüb. Onlar bütün ölkəni qaranlığa çevirib. Biz izə Azərbaycanı işıqlığa çıxarmaq istəyirik. Bizim yolumuz Rəsulzadə-Elçibəy yoludur. Ancaq onların yolu Lenin-Stalin yoluyla gedirlər. Hakimiyyətin sözçülərindən biri bizim aprelin 22-də aksiya keçirməyimizi Leninin doğum günü ilə əlaqələndirir. Mən deyirəm ki, bu gün milli qəhrəman Allahverdi Bağırovun doğum günüdür. Allahverdi Bağırov vətənimizin bötüvlüyü uğrunda öz canını qurban verib. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlər ölməz vətən bölünməz!”

Müsavat başqanı İlham Əliyev hakimiyyətinin demokratik qüvvələr qarşısında məğlub olacağını deyib. O, hazırda beynəlxalq birliyin və dünyanın 10 il əvvəlkindən fərqli olaraq Azərbaycan xalqına, onun demokratiya uğrunda mübarizəsin dəstək verdiyini bildirib.

“Bu gün Azərbaycan hakimiyyətinin yanında qalan yoxdur. Hakimiyyətlə xalq arasında böyük uçurum yaranıb. Əvvəllər hakimiyyətlə müxalifət arasında dialoq qurmağa çalışan ziyalılarımız da artıq hakimiyyətin dialoqa hazır olmadığını gördüyü üçün bizim yanımızdadırlar. İlham Əliyev hakimiyyəti məhvə məhkumdur”, – deyə o, bildirib.

İ.Qəmbər ölkədə mülkiyyət hüquqlarının pozulmasından danışaraq deyib ki, hakimiyyət başında dayananlar o qədər acgöz olub ki, öz ətrafındakı məmur-oliqarxların milyonluq mülklərini də əlindən alır, sadə insanların kasıbyana evlərini də. O, vətəndaşların mülkiyyətinə təcavüz etməklə hakimiyyətin özünə gələcək baxımından ciddi problem yaratdığını deyib. İ.Qəmbər bu zaman hakimiyyətdəkilərin xaricdə və ölkə daxilində çoxlu sayda mülklərə sahib olduğunu xatırladıb. Müsavat başqanı hakimiyyətin son dövrlərini yaşadığını deyib və bu dövrü “görməmişlik dövrü” adlandırıb.

16:30 – Mitinqin aparıcısı İ.İbrahimli aksiyanı açıq elan edib, dövlət himni səslənib. Saat 16:25 radələrindəİctimai Palatanın liderləri meydana daxil olub. İştirakçılar onları alqışlarla qarşılayıblar. Mitinqin aparıcısı İbramim İbrahimli aksiyanı bir qədər gec başlamaq məcburiyyətində qaldıqlarını deyib. O, bildirib ki, mitinqə gələnlərin qarşısı yollarda kəsilib, nəqliyyatın hərəkəti dayandırılıb, buna görə də insanlar aksiyaya piyada gəlir. Odur ki, bir qədər gözləməyə məcburdurlar. 

16:05 – İctimai Palatanın 20-ci Sahədə, sürücülük məktəbinin meydanında təşkil etdiyi mitinq indilərdə başlamalıdır. İnsanlar axın-axın meydana toplaşmaqdadır. Polislər meydana insanları yoxlayıb buraxır. Onlar süni sıxlıq və gərginlik yaratmağa çalışırlar.Bundan başqa yaşı 18-ə çatmayanları meydana buraxmamağa çalışırlar ki, bu da əlavə gərginlik yaradır. Ətrafda avtomobil və avtobuslarla çoxlu sayda polislər cəmlənib. İnsanların mitinqə getməsinə ciddi maneələr yaradılır. 20-ci Sahəyə doğru avtobus və taksilərin hərəkəti mitinqin başlamasına 30-40 dəqiqə qalmışdan dayandırılıb. Bununla belə meydana insanlar piyada yürüş edərək gəlməkdədirlər. Mitinqin şüarlarında 8 aprel mitinqinə nisbətən elə bir dəyişiklik olmayıb. Artıq meydana toplaşan insanlar, xüsusən də gənclər “Azadlıq”, “İstefa” və hakimiyyət əleyhinə başqa şüarlar səsləndirirlər.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER