MÜSAVAT 22 APREL MİTİNQİNƏ XÜSUSİ HAZIRLAŞIR (FOTOLAR)

Müsavat başqanı İsa Qəmbər: “Hədəfimiz 22 aprel mitinqinin daha möhtəşəm keçirilməsidir”

Aprelin 20-də Müsavat Partiyasının qərargahında bazar günündəki mitinqlə bağlı müşavirə keçirildi. Müşavirəni aparan Müsavat başqanının müavini Gülağa Aslanlı çıxışı zamanı bildirdi ki, ötən mitinqin dəyərləndirilməsi kifayət qədər aparılıb: “Ötən mitinqdə bizim gözlədiyimizdən də çox insan iştirak edirdi. Mitinqə apardığımız monitorinq zamanı məlum oldu ki, 10277 nəfər insan iştirak edib. Beynəlxalq qurumlar da iştirakçların monitorinqini aparan zaman həmin rəqəmi açıqlamışdı. Biz 22 aprel mitinqinin də izdihamlı keçməsini gözləyirik. Amma, arxaynlaşmamalı, hazırlıqlarımızı ən yüksək səviyyədə aparmalıyıq”.

 

G.Aslanlı çıxışı zamanı bir sıra təkliflər də səsləndirdi: “Xüsusi monitoq qrupu yadılacaq ki, bu da mitinqə gəlmək istəyən insanların avtobuslarda əngəl törədilməsini, avtobusların reysdən çıxarılma hallarını çəksin, sübut kimi saxlasın. Mitinqdə iştirakçıların mühafizə olunması məsələsinə isə ciddi hazırlıq gedir”.

Çıxış edən Musavat başqanı İsa Qəmbər 22 aprel mitinqinin ötən mitinqdən daha da izdihamlı keçiriləcəyini vurğuladı: “22 aprel mitinqi 8 aprel mitinqidən fərlənməməli, daha möhtəşəm keçməli və biz bunu təmin etməliyik. Vaxtımız var və biz istəsək mitiqin işçtirakçılarının sayını da çox ciddi şəkildə artıra bilərik. 8 Aprel mitinqi hakimiyyətdə ciddi şəkildə narahatlılıq yaradıb. Ölkə başçısı İlham Əliyevin son çıxışı da bunu açıq şəkildə göstərdi. Biz mitinqlərdə sayımızı, iştirakımızı, coşqunu artıra bilsək, dəyişikliklər mütləq olacaq. Son olaylar onu göstərdi ki, oyun qaydaları çox ciddi şəkildə dəyişilib. Mən dünən Avropa Birliyi komisarının çıxışını oxudum. O, deyir ki, Azərbaycanın neftinin, qazının olması insan haqlarının pozulmasına əsas ola bilməz. Hakimiyyət özü-özünü tələyə salıb. Çünki “Eurovision” musiqi yarışmasına görə 2 minə yaxın jurnalist Azərbaycana gələcək.  Hakimiyyət ciddi addım atmasa, sürprizlərdən qaça bilməyəcək. Hədəfimiz isə 22 aprel mitinqinin möhtəşəm keçirilməsidir”.

Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli çıxışı zamanı fikir, təklif  və tövsiyyələrini toplantı iştirakçılarına çatdırdı.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER