RUS GENRALI SURƏTƏ HƏRBİ TEXNİKANI NİYƏ HƏDİYYƏ ETMİŞDİ?

Surət Hüseynov ermənilərə şərait yaratdı ki.

Həmin ərəfədə əldə olunan qələbələri möhkəmləndirmək və müharibəni başa vurmaq lazım idi. Biz bunu edə bilərdik, çünki yeni, milli hakimiyyət çox enerjili və operativ idi. Əldə olunan hərbi-siyasi qələbələrlə razılaşmayan Surət Hüseynov müharibənin davam etdirilməsini tələb edir və danışıqlarla bağlı əmrləri eşitmək belə istəmirdi. Təəssüf ki, həmin vaxt onu susdurmaq mümkün olmadı. O günlərdə həqiqətən də belə ümidlər vardı ki, müharibəni davam etdirməyə və Azərbaycan torpaqlarını erməni quldur dəstələrindən tamamilə təmizləməyə yetərli güc və imkanlar var.

İsa Sadıqov

Buna görə də eyni zamanda, 1992-1993-cü illərin qış kampaniyasına hazırlıq işləri də aparılırdı: axı, Xankəndiyə cəmi 10-15 kilometr qalmışdı və hətta ən sərt qış gerçəkliyində də bu 10-15 kilometri dəf etmək real görünürdü. O zaman düşmən də müqavimət göstərəcək qüvvə sahibi deyildi, əksinə, özünün vəziyyətinin çıxılmazlığını dərk edirdi.

Surət Hüseynovun əmri ermənilərin yolunu açdı

Amma qış kampaniyasının başlanğıcında inanılmaz bir şey baş verdi. Həmin günə qədər Qarabağın ermənilərdən tamamilə təmizlənməsinə təkid edən və hər cür danışıqları rədd edən Surət Hüseynov gözlənilmədən 108 saylı əmr imzaladı. Bu əmr hərbi birləşmələrin və hərbi hissələrin ön cəbhədən çıxarılması və daimi dislokasiya yerinə dönməsi haqqında əmr idi. Bu o demək idi ki, Xankəndiyə sıxışdırılmış və oradan da qovulmaq anlarını gözləyən erməni birləşmələrinin Azərbaycanın içərilərinə doğru yolu açıq elan edilirdi.  Əmrdə göstərilirdi ki, hərbi hissələr bir sutka ərzində öz yerini təhvil verməli və geriyə dönməlidirlər. Bu, faktiki və fiziki baxımdan mümkün olmayan bir əməliyyat idi. Bu cinayəti kimsə ağlına gətirə bilməzdi və bu, əsl xəyanət idi. Necə ola bilərdi?! Bu qədər uğurlar, qələbələr əldə edilib, bu qədər insanlar qurban gedib və birdən-birə bütün bunların hamısının üstündən xətt çəkərək son qələbə təminatından imtina edilirdi! Bu, həmin döyüş mövqelərinin düşmənə təhvil verilməsi demək idi və bunun başqa adı yoxdur.
Hər şeydən əvvəl, bu, qanunsuz əmr idi. Ona görə ki, hərbi birləşmə komandirinin belə bir əmr vermək səlahiyyəti yox idi. Müharibə zamanı hərbi hissə və orduların hər cür yerdəyişməsi ilə bağlı əmrləri yalnız Ali Baş Komandan verə bilər. Hərbi hissə komandirinin bu ağlagəlməz dərəcədə qısa müddət ərzində hərbi hissələrin dislokasiya yerini dəyişməsi ilə bağlı əmrinin heç bir hüquqi əsası olmadığı kimi, əməliyyat perspektivi də yox idi. Bu müddətdə yeni hərbi hissənin əməliyyat vəzifələrini öyrənməsi, hədəfləri, situasiyanı mənimsəməsi mümkün deyildi.

Dadaş Rzayev ortaya çıxıb həqiqəti deməyə borcludur!

Ikincisi, ön cəbhədən çıxarılan hərbi hissələrin mövqeyi heç kimə təhvil verilmədi və heç bir əsasnamə qaydalarına əməl olunmadı. Surət Hüseynov sadəcə olaraq, bir əmr imzalayıb, özünə tabe olan hərbi hissələri döyüşdən çıxarıb apardı və bununla da ermənilərə imkan yaratdı ki, heç bir əlavə qüvvə və resurs cəlb etmədən əks-hücum üçün tələb olunan bütün üstünlükləri əldə etsinlər.
Surət Hüseynovun bu cinayəti hərbi əməliyyatların və bütövlükdə müharibənin gedişində əsaslı dönüş yaratdı. Əgər bu vaxta qədər biz düşməni sıxışdırmaqla hücum edərək ciddi qələbələr qazanmaqda davam edirdiksə, qoşunlar ön cəbhədən çıxarıldıqdan sonra biz sürətlə geri çəkilməklə və əld etdiyimiz əraziləri düşmənə buraxmaqla müdafiə olunmağa başlamışdıq. Cəmi ay yarım ərzində ermənilər bizim hərbi qüvvələrimizi ta Ağdərəyə qədər geri oturda bildilər. Kəlbəcərin işğalı üçün şərait yarandı, çünki Kəlbəcər faktiki olaraq, mühasirə vəziyyətinə düşürdü. Ora gedən bütün yollar ermənilərin nəzarəti altına düşmüşdü, yalnız çətin keçilən Murovdağ yolu bizim əlimizdə idi.
Kəlbəcərin işğalı ilə bağlı məsələləri təsvir etməyə başlarkən bəzi mühüm detalların üzərində dayanmaq istəyirəm. Daha dəqiq desəm, həmin dövrdə Müdafiə Nazirliyində, hərbi birləşmələrdə bəzi kadr təyinatları ilə bağlı detalların…
Məlum olduğu kimi, 1993-cü ilin fevralında müdafiə naziri Rəhim Qazıyev vəzifəsindən kənarlaşdırıldı və bu vəzifəyə Dadaş Rzayev gətirildi. Etiraf etməliyəm ki, bu, ən doğru seçim deyildi və bunu hadisələrin sonrakı inkişafı da sübut etdi. Dadaş Rzayev həmin vaxt Qərb hərbi birləşmələrindən birinin komandiri idi. Onun yerinə də Nəcməddin Sadıqov gətirildi. Bu təyinat da bir çoxlarını təəccübləndirdi və məyus etdi. O cümlədən də Zaur Rzayevi. Zaur Rzayev Kəlbəcər istiqamətindəki qoşunların komandiri idi və Nəcməddin Sadıqovun bu təyinatını ədalətli hesab etmədi. O düşünürdü ki, bu vəzifəyə daha çox onun özü layiqdir. Onların arasında qapalı bir rəqabət başlamışdı və bu, az qala, hamıya məlum idi. Zaur Rzayev müdafiə nazirinin sərəncamında idi, ona hansısa yüksək vəzifə verilməli idi və bu, artıq Dadaş Rzayevin görəvi idi ki, onu layiq olduğu bir posta təyin etsin. Bu yerdə bir sıra demoqoqların iddiasına son qoymaq istəyirəm ki, guya, Zaur Rzayevi Elçibəy qəsdən kənarda saxlayırdı və s. Bunlar həqiqətdən xəbəri olmayan bir sıra məlumatsız adamların uydurmalarından başqa heç nə deyildi. Bu məsələlərlə Dadaş Rzayev məşğul olurdu və nəhayət, ortalığa çıxıb həqiqətləri söyləmək onun borcudur. Zabit olmağın asan olmadığını başa düşürəm, amma ya zabit olurlar, ya da olmurlar.
Zaur Rzayevin yerinə Kəlbəcərə döyüş zabiti, Əfqanıstandakı döyüşlərinə görə “Qırmızı Bayraq” ordeni ilə təltif edilən və yüksək hərbi təcrübəsi olan Qənizadə göndərildi. Kimsə onun döyüş təcrübəsinə və bacarıqlarına şübhə etməməlidir. O, bizim hamımızdan daha artıq təcrübə sahibi idi: Əfqanıstanda boş yerə heç kimi belə yüksək mükafatlarla təltif etmirdilər.
Həmin ərəfədə şərait müharibənin gedişində sərt dönüş yaratmaq üçün əlverişli deyildi. Birincisi, həmin şəraitdə bu qədər kadr dəyişiklikləri etmək lazım deyildi. Ikincisi isə Müdafiə Nazirliyi müharibənin gedişində dönüşü təmin etmək üçün bütün zəruri addımları atmalı, Ağdərə istiqamətində düşməni saxlamalı idi. Axı, Kəlbəcər üzərində təhlükə yaranmışdı, o, faktiki, mühasirə vəziyyətində idi.
Bu tərəfdə də Surət Hüseynov… Hərbi hissələri ön xətdən çıxarandan sonra, o, Gəncəyə qayıtdı və sanki ölkədə heç nə baş vermirmiş kimi, sakitcə orada oturmaqda davam etdi. Əlində çoxlu sayda hərbi texnika və döyüş sursatı saxlayan Surət Hüseynov, üstəlik rus generalı Şerbakdan da əlavə hərbi texnika hədiyyəsi aldı. Nəyə görə?..

(ardı var)

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER