İYUN QİYAMI VƏ AZƏRBAYCANIN FƏLAKƏTLƏRİNİN BAŞLANĞICI

Mühacir polkovnik qeydlərinə davam edir: Bütün bunların arxasında O dayanırdı…

1993-cü ildən başlayaraq hər kəs, o cümlədən mən də bir çox illər ərzində Gəncə qiyamı haqda çox danışmışıq və bu məşum hadisəni dəyərləndirmişik. Ancaq 1993-cü ilin iyununda Gəncədə silahlı üsyan şəklində başlayan və Bakıda xalq hakimiyyətinin devrilməsilə nəticələnən həmin hadisələr haqqında hər şeyin aşkar olduğu, bütün faktların üzərinə işıq salındığına dair mülahizələrlə, təbii ki, razılaşmıram. Ona görə də mənə məlum olan bir çox faktları “Azadlıq”ın oxucuları ilə bölüşəcəyəm.

İsa Sadıqov

(əvvəli ötən saylarımızda)

Diktaturanın ayaq səsləri

Təbii ki, bu hadisələr silahlı dövlət çevrilişi idi. Ona görə ki, hələ 1992-ci ilin axırlarından başlayaraq, hərbi və siyasi müxalifət bütün imkanlarını birləşdirərək, qanuni hakimiyyəti devirmək üçün ciddi hərbi-siyasi planlar qurmuşdu. O zaman şiddətlə davam edən müharibəyə, torpaqların itirilmə təhlükəsinin real olmasına baxmayaraq, ölkə və millət üçün yarana biləcək heç bir dəhşətli təhlükə sui-qəsdçilərə hakimiyyət və sərvət əldə etmək naminə öz məkrli niyyətlərini həyata keçirməyə mane olmadı. Bu hakimiyyət və sərvət hərisliyi həm həmin ərəfədə, həm də ondan sonrakı illərdə Azərbaycan xalqının əbədi-əzəli haqqı olan torpaqların əldən gətməsinə, azərbaycanlıların hüquq və azadlıqlarının itirilməsinə, Əliyevçi diktaturanın yaradılmasına gətirib çıxardı.
Hadisələrin sonrakı mərhələsində isə hətta bu silahlı üsyanın iştirakçılarının özləri də ya həbsxanalara atıldılar, ya öldürüldülər, ya da ölkədən qaçıb getməyə məcbur oldular. Azərbaycan isə bir neçə on il geriyə atıldı…

Ermənilərin tam məğlubiyyəti

Elçibəyin hakimiyyətə gəlməsi hansı əhəmiyyətli dəyişiklikləri yaratmışdı? Millətin mənəvi-psixoloji ruhu yüksəlmiş, milli ordu yaradılmış və uğurlu yay kampaniyası nəticəsində Qarabağ ərazisinin aşağı-yuxarı 70 faizi erməni quldur birləşmələrindən azad edilmişdi, ölkədə demokratik dəyişikliklərin əsası qoyulmuşdu. Ötən yazılarda qeyd etdiyim kimi, müharibə qalibiyyətli sonluğa doğru yaxınlaşmaqdaydı. Ermənilər isə həmin ərəfədə hərbi və mənəvi baxımdan tam məğlubiyyətə uğradılmış, Azərbaycanın bütün şərtlərini qəbul etməklə savaşı dayandırmaq üçün vasitəçilər axtarışındaydılar. Onlar bunun üçün həm beynəlxalq təşkilatların, həm xalq diplomatiyasının, həm də o zamanlarda Azərbaycana səfər edən deputatların vasitəçiliyi də daxil olmaqla, bütün mümkün imkanlara baş vururdular. Onlar atəşkəs müqaviləsinin imzalanmasını, Azərbaycanın irəli sürdüyü bütün şərtlərin əsasında sülh danışıqlarının başlanmasını israrla təklif edirdilər.
Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın özü də etiraf edir ki, o vaxtlar vəziyyət həddən artıq ümidsiz idi və Azərbaycanın bütün şərtlərini qəbul etmək ərəfəsindəydilər. Qonşu dövlətlərin, əsasən də Iran və Rusiyanın vəziyyəti ermənilərin xeyrinə dəyişmək üçün göstərdikləri bütün səylərə baxmayaraq, Azərbaycan ordusu inadla irəliləməkdə və işğal edilmiş torpaqları son santimetrinə qədər azad etmək üzrə idi. 12 iyun 1992-ci ildə başlayan və həmin ilin oktyabr ayında başa çatan yay kampaniyası uğurla yekunlaşdırıldı və Azərbaycan milli ordusunun ön hissələri Xankəndinin 10-15 kilometrliyində möhkəmləndi. Biz hərbi əməliyyatların ən qısa zamanda ən uğurlu nəticələrlə başa çatacağına heç bir şübhə etmirdik, Çünki bu şübhəni yaradacaq heç bir faktor, demək olar ki, yox idi. Bu inam həm də onunla möhkəmlənirdi ki, ermənilər, artıq oktyabr ayında sülh danışıqlarına başlamağa və Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazır olduqlarını bildirdilər. O cümlədən Azərbaycanın Dağlıq Qarabağ üzərində mübahisəsiz hakimliyini də qəbul etməyə hazır idilər. Onlar sadəcə, bir təklif (şərt yox) irəli sürürdülər ki, Dağlıq Qarabağın Sovet dövründə olduğu kimi, muxtariyyəti saxlanılsın. Azərbaycan üçün bundan daha yaxşı nə ola bilərdi? Məhz, oktyabr ayında bütün cəbhə xətti boyunca atəşkəsin təmin edilməsi üçün ilkin hazırlıqların görülməsinə başlanıldı. Bunun üçün də həmin vaxt təmas xəttinə ilk müşahidəçilər qrupu göndərildi. Bütün bunlar haqda mən əvvəlki yazılarımda qeyd etmişdim.

Yay və qış kampaniyalarının müqayisəsi

Burada isə bir mühüm detalı ayrıca qeyd etmək istəyirəm: yay kampaniyasının müddətinə xüsusi fikir verin. Bu kampaniya 1992-ci ilin may ayının ortalarından iyulun 12-nə qədər olan müddətdə başlanmışdı. Həmin günlərdə xalq hakimiyyəti təsəvvürə gəlməz dərəcədə böyük işlər görərək, bütün resursları səfərbər etməyi və uğurlu bir kampaniyanı başlamağı bacarmışdı. Bu anı ona görə xüsusi qeyd edirəm ki, bir qədər sonra 1993-1994-cü illərin qış kampaniyası barədə fraqmentləri də yazaraq, onların müqayisə olunması üçün imkan verən bütün təfərrüatları təsvir edəcəyəm. Məsələ burasındadır ki, həmin qış kampaniyası üçün Əliyevin bütün resursları birləşdirmək və ən uğurlu əməliyyata başlamaq imkan vardı, amma onun başladığı hərbi avantüra heç bir pozitiv nəticə ilə yekunlaşmayaraq, əksinə, tam məğlubiyyət və böyük faciələrlə başa çatdı.

Iddialı piyada…

Xalq hakimiyyətinin bu uğurları, demokratik dəyişikliklərin uğurla dərinləşdirilməsi, əlbəttə, Azərbaycanı sevməyən qonşu dövlətlərin və onların daxildəki əlaltılarının yaratdığı koalisiyanın heç xoşuna gəlmirdi. Onların hər ikisi Azərbaycandakı bu ağır proseslərin belə uğurlu nəticələrlə başa çatmasını heç istəmirdilər. Qonşu dövlətlərin məkrli planlarına bağlı olan bu çevrələr sanki güclü, inkişaf etmiş, qalib bir Azərbaycanın mövcudluğunda maraqlı deyildilər və bütün niyyətlərini həmin məkrli planlarla birləşdirmişdilər. Məhz buna görə də yay kampaniyasının uğurlu nəticələri açıq-aşkar bəlli olandan sonra həmin daxildəki siyasi və hərbi qüvvələr səylərini birləşdirərək koalisiya yaratdılar və fəallaşdılar. Onlar bu fəaliyyətin nəticələrini hesablaya bilməyəcək qədər sadəlövh deyildilər, amma bu cinayətə hazır idilər. Və biz bu gün həmin cinayətlərin hansı nəticələrə gətirib çıxardığını daha aşkar və daha ağrılı şəkildə müşahidə edə bilirik: itirilmiş torpaqlar, müharibədə tam məğlubiyyət, milyonlarla qaçqın və nəhayət, diktatura… Bəli, məhz diktatura və ailə hakimiyyəti həmin hərbi-siyasi qiyamın nəzərdə tutduğu, əldə etmək istədiyi nəticə idi. Sadəcə, xırda bir nüansla: binəva Surət Hüseynov, o cümlədən, bir çox başqaları bu məkrli oyunların arxasında kimin, kimlərin və hansı hoqqaların planlaşdırıldığını anlayacaq qədər ağıllı deyildilər. Surət Hüseynova elə gəlirdi ki, bu “müzəffər” yürüşün favoriti və mərkəzi fiquru odur, amma qısa zamanda bəlli oldu ki, bu adam sadəcə, “peşka”dır. Bütün proseslərin arxasında dayanaraq, ən inamlı şəkildə onları idarə edən rejissor isə o idi – cənab Heydər Əliyev!

(davamı var)

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER