ZİYALILAR HAMINI MİTİNQƏ CAĞIRDI

İctimai Palataya daxil olmayanlardan böyük həmrəylik 

Aksiyanın izdihamlı olması ölkədə situasiyanın dəyişməsini istəyən vətəndaşlar üçün ciddi başlanğıc sayıla bilər. Bu gün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada Ictimai Palatanın aksiyası keçiriləcək. Tədbir saat 16.00-dan 18.00-dək davam edəcək. Mitinqdə “Yeni parlament seçkiləri!”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Korrupsiyaya və rüşvətə son!”, “Mülkiyyət hüququ təmin edilsin” şüarları səsləndiriləcək. 
Ictimai Palatanın aksiyadan əvvəl demokratik qüvvələrə aksiyada iştirak etməklə bağlı çağırışına cavab olaraq bir çox siyasi və ictimai təşkilatlar aksiyaya qatılacaqlarını bəyan ediblər.
Mitinqə Ictimai Palatada partiya şəklində təmsil olunmayan, lakin üzvləri fərdi şəkildə iştirak edən partiyalardan KXCP-nin, VHP-nin, ADP-nin, ALP, ACP, AMIP-in üzvlərinin, eyni zamanda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının, Islam Partiyasının üzvlərinin də dəstəklərini ifadə edəcəyi gözlənilir.Həsrət Rüstəmov: “Bu cür rejimdə yaşamaq istəməyən hər kəsi aksiyada iştirak etməyə çağırıram”Həsrət Rüstəmov “Toyota” avtomobil şirkətinin menenceri ilə görüşübBugünkü aksiyaya şəxsən qatılacağını deyən ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirdi ki, ADP-nin Ictimai Palatada olan digər üzvləri və onların tərəfdarları da mitinqdə iştirak edəcək: “ADP də insanların sərbəst toplaşmaq azadlığına hörmət edərək Ictimai Palatanın 8 aprel mitinqində iştiraka heç bir qadağa qoymayıb. Partiya üzvləri o aksiyada iştirakda sərbəstdir. Baxmayaraq ki, mən hakimiyyətin verdiyi həmin yerdə aksiya keçirilməsinin tərəfdarı deyildim, lakin bir halda ki, Ictimai Palata qərar verib, şəxsən mən özüm 8 aprel mitinqində iştirak edəcəyəm. Bütün tərəfdarlarımızı da həmin mitinqə qatılmağa çağırıram və çağıracağam. Mənə müraciət edənlərə də demişəm ki, mitinqə getmək lazımdır. Yəqin ki, biz kifayət qədər böyük sayda orada olacağıq. Bu, Azərbaycan xalqı üçün bir fürsətdir. Azərbaycan xalqı hakimiyyətin yanlış siyasətinə qarşı dirənişini nümayiş etdirmək üçün bir fürsət qazanıb”.
Hökumətdə heç kimin xalqın səsini eşitmək istəmədyini deyən H.Rüstəmov vurğuladı ki, ona görə etirazın bildirilməsi üçün yeganə yol aksiyalardır. “Bu cür rejimdə yaşamaq istəməyən hər kəsi aksiyada iştirak etməyə çağırıram. Bu aksiyanın izdihamlı olması ölkədə situasiyanın kökündən dəyişməsini istəyən vətəndaşlar üçün ciddi başlanğıc sayıla bilər. Vətəndaşlarımızın sadəcə olaraq gəlib bu aksiyada iştirak etməsi kifayətdir”, deyə H.Rüstəmov söylədi.Yusif Bağırzadə: “Vətəndaşlırımız aksiyanın möhtəşəmliyinə töhfələrini verməlidirlər”AMİP TƏDBİR KEÇİRDİAMIP sədri Yusif Bağırzadə isə bildirdi ki, təşkilat sədri kimi o, IP-nin 8 aprel aksiyasını dəstəkləyir. Partiyanın Siyasi Şurasının qərarı ilə aksiyaya qatılmaqla bağlı təşkilat üzvlərinə sərbəstlik verdiyini deyən Y.Bağırzadə eyni zamanda vətəndaşlara çağırış edərək onların aksiyaya qatılmasının vacib olduğunu söylədi: “Vətəndaşlarımız gəlib aksiyada iştirak edərək bu tədbirin möhtəşəmliyinə töhfələrini verməlidirlər. Xeyli sayda AMIP-çi sabahkı aksiyaya qatılmaq istəyir”.Qulamhüseyn Əlibəyli: “Aksiyanın şüarlarını haqlı sayır və dəstəkləyirik”Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli də mətbuata açıqlamasında bildirib ki, mitinqlə bağlı partiyada müzakirələr aparılıb. Q.Əlibəyli vurğulayıb ki, rəhbərlik etdiyi partiya mitinqin təşkilində iştirak etməsə də onlar aksiyanın şüarlarını haqlı sayırlar və dəstəkləyirlər: “Biz təşkilat komitəsinin mitinq şüarlarını müdafiə edirik. Partiyanın istənilən üzvü mitinqdə iştirak edə bilər. Partiya üzvlərinə bu məsələdə tam sərbəstlik verilib. Ümid edirəm ki, partiya üzvlərimiz də sözügedən aksiyada iştirak edəcək”.Eldar Namazov: “Aksiyada səslənəcək tələblər bütün demokratik düşərgənin mövqeyidir”Ziyalılar Forumunun üzvü, Azərbaycan Naminə Ictimai Forumun prezidenti Eldar Namazov bildirdi ki, Ziyalılar Forumunun IP-nin tədbirlərinə münasibəti artıq bəllidir. E.Namazov vurğuladı ki, Ziyalılar Forumu eyni zamanda IP-nin keçən il aprelin 2-də keçirdiyi aksiyalar zamanı həbs olunanların azadlığa buraxılması ilə də bağlı müraciətlər edib. Ziyalılar Forumunun aksiya ilə bağlı da IP-yə dəstək verdiyini deyən E.Namazov bildirdi ki, son illər bu hüquq Azərbaycanda məhdudlaşdırılıb və təmin edilmir: “Aprelin 8-dəki aksiyada səslənəcək tələblər bütün demokratik düşərgənin mövqeyidir. Biz demokratiya, insan haqları, haqq və ədalət uğrunda mübarizə aparan hər bir təşkilatın fəaliyyətinə dəstək verir və onun uğurlu olmasını arzulayırıq”.Rafiq Əliyev: “Azad sözü, azad fikri söyləmək insanın təməl hüquqlarından biridir”Ziyalılar Forumunun digər üzvləri tanınmış ziyalılar da IP-in keçirəcəyi mitinqə münasibət bildiriblər. Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, azad sözü, azad fikri söyləmək insanın təməl hüquqlarından biridir: “Mitinqin razılaşdırılmış olması müsbət haldır. Insanlar mitinqdə rahat şəkildə iştirak edib öz sözlərini rahatlıqla deyə biləcəklər”.Seyran Səxavət: “Mitinq insanın sözünü çatdırması üçün bir vasitədir”Yaçıçı Seyran Səxavətin ailəsinə ağır itki üz verib  Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət isə deyib ki, mitinq keçirmək, azad fikir söyləmək konstitusiya ilə tənzimlənir: “Dünyanın heç yerində mitinq keçirmək qadağan deyil. Mövqeyini ortaya qoyacaq mitinq iştirakçılarına uğurlar arzu edirəm. Mitinqə mənim münasibətim birmənalıdır. Mitinq insanın sözünü çatdırması üçün bir vasitədir. IP də artıq icazə alıb. Qanun-qayda ilə sözünü deyəcək. Yalnız uğurlar arzu edə bilərəm”.Əkrəm Əylisli: “Mitinqlər tədricən bizim həyat tərzimizə çevrilməlidir”Əkrəm ƏylisliZiyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli də mitinqə münasibətinin çox yaxşı olduğunu bildirdi. Ə.Əylislinin sözlərinə görə, insanlar çıxıb öz sözünü deməlidir: “Mənə elə gəlir ki, bu mitinqlər tədricən bizim həyat tərzimizə çevrilməlidir. Kim istəsə, meydanlara çıxmalı və öz sözünü xalqa çatdırmalıdır. Mitinqlər heç kimi qorxutmamalı, polislər buna insanların qanuni haqqı kimi baxmalı və heç bir maneə yaratmamalıdır”. Mehriban Vəzir:  “Kim Azərbaycanı problemlərsiz, firavan görmək istəyir, sabahkı aksiyaya qatılsın” IP üzvü, tanınmış ziyalı Mehriban Vəzir hesab edir ki, mitinq keçirmək, aksiyada iştirak etmək, aksiyada səslənən fikirlərə münasibət bildirmək bir mədəniyyətdir, ənənədir. Demokratik ölkələrdə hakimiyyətlərə çağırışların, cəmiyyətdəki narazılıqların aksiyalar yolu ilə bildirildiyini deyən M.Vəzir bildirdi ki, bunu cəmiyyət də, hakimiyyət də öyrənməlidir: “Azərbaycan cəmiyyətini hazırda ciddi problemlər narahat edir. Kim Azərbaycanı bu problemlərsiz, firavan görmək istəyir, sabahkı aksiyaya qatılsın. Mən xüsusilə xanımlarımıza və gənclərimizə müraciət edirəm. Onlar sabah meydanda ön sıralarda olmalıdırlar”. Eldəniz Quliyev: “Insanların mübarizəyə başlaması situasiyanı dəyişmək üçün gözəl başlanğıc ola bilər”Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyevin də fikrincə, bu aksiyada gələcəyinə biganə olmayan hər bir vətəndaş iştirak etməlidir. Çünki insan haqlarının pozulması bir atom partlayışı kimidir və gec-tez bu qanunsuzluqlar hamıya təsirini göstərəcək: “Düşünürəm ki, Azərbaycan cəmiyyətindəki ətalət sona çatmalıdır. Insanların hüquqları uğrunda mübarizəyə başlaması situasiyanı dəyişmək üçün gözəl başlanğıc ola bilər. Yoxsa ölkə bu gedişlə uçuruma yuvarlanır”.Vaqif Bayatlı Odər: “Vətənin xoş gələcəyi uğrunda hamı mübarizə aparmalıdır”Tanınmış ziyalı Vaqif Bayatlı Odər də bildirdi ki, IP-nin keçirdiyi aksiya sərbəst toplaşmaq hüququndan istifadə etməli və haqqını tələb etməlidir. “Bu torpaq və vətən hamınındır. Ona görə də onun xoş gələcəyi uğrunda hamı mübarizə aparmalıdır”, – deyə V.Odər vurğuladı.Mirvari Qəhrəmanlı: “Ölkənin gələcəyi hamımızı narahat etməlidir”Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı diqqəti son zamanlar neft sektorunda çalışanların hüquqlarının pozulmasına yönəltdi. M.Qəhrəmanlı bildirdi ki, bu baxımdan Azərbaycanda əmək qanunvericiliyinin qorunmaması bu cür nəticələr yaradır. Ona görə neftçilər də gəlib bu aksiyada iştirak edərək hüquqlarının qorunmasını tələb etməlidirlər: “Nəzərə almaq lazımdır ki, aksiyanın keçirildiyi məkan neftçilərin ən çox yaşadığı ərazilərdən biridir. Düşünürəm ki, onlar fürsətdən istifadə edərək aksiyaya qatılmalıdırlar. Çünki biz, demək olar, hər gün haqqı pozulan bir neftçini qəbul edirik. Baş verənlərə biganə qalmaq olmaz. Bu ölkə hamımızındır. Onun gələcəyi də hamımızı narahat etməlidir”.
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER