MİRZƏ SAKİT: YALANDIRSA, SÖYÜN MƏNİ..

Hörmətli Azərbaycan Xalqı

imza 4 hh mirze sakit

Bu gün mən bir vətəndaş olaraq, üzərimə düşən bir öhdəliyi sizlərlə bölüşmək istəyirəm. Hesab edirəm ki, Xalqımızın övladlarının hər biri öz üzərinə düşən bu öhdəliyi bir-biri ilə bölüşmək məcburiyyətindədir. Bu gün bizim yaşadığımız tarix heç vaxt bir də keçmişə doğru qayıtmayacaq. Üzümüzü gələcəyə doğru istiqamətləndirib işıqlı bir yol həsrətilə addımlamaqda davam edirik. Yetəcəyimiz gələcəkdə bizi hansı suallarla qarşılayacaqlar, bunu hamımız gözəl dərk edirik. Yeni nəsilin bizə verəcəyi ilk sual “BİZLƏR ÜÇÜN NƏ ETMİSİNİZ” sualı olmasına qətiyyən şübhəmiz olmasın. Həmin sualın cavabını bizlər alnı açıq, üzü ağ şəkildə cavablandırmağımız bu günümüzdən asılıdır. Bu gün nəinki Azərbaycan Xalqına eləcə də bütün dünyanın tərəqqipərvər xalqlarına Azərbaycanda gedən proseslər gün kimi aydındır. Düz 20 ildir ki, Azərbaycan xalqı və Azərbaycan adlı məmləkət bütün hüquqi haqlarında və vətəndaşlıq statuslarından məhrum vəziyyətdə yaşayırlar. Düz 20 ildir ki, ölkəmiz Prezidentsiz, məmursuz şəraitində yaşamağına davam edir. Düz 20 il bundan əvvəl Sovet İmperiyasının sadiq nökərlərindən biri olan Heydər Əliyev qiyam yolu ilə yenidən hakimiyyətə gələrək və gələrkən də Sovetlər dönəmində ətrafında olan quldur dəstəsini də özü ilə gətirdi. Yenicə müstəqilliyə qədəm qoyan Azərbaycan Pespublikası bununla da Avtoritar bir rejimin əlinə keçdi. Hakimiyyətə gəlişinin ilk addımında Heydər Əliyev  dərhal 5 rayonumuzu…Ağdam, Füzili, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını  hədiyyə olaraq, erməni və rus həmkarlarına hədiyyə etdi. Bununla kifayətlənməyən bu Xalq işğalçısı, muharibə gedən bir ölkədə neşə-neçə özünümüdafiə batalyonlarını və ermənilərin bağrını yaran xüsusi təyyinatlı polis birləşmələrindən ibarət olan OMON-u ləğv etdi. Ləğv edərkən də əfsanəvi Qəhrəman Rövşən Cavadovu qətlə yetirtdi. Az sonra öz mənfur proqramı əsasında ermənilərlə satqıncasına danışığa gedərək, təslimçi sülh sazişi adlanan Atəşkəs elan etdi. Bununla da Heydər Əliyevin uzun illər ermənilərlə işbirliyi açıq şəkildə hamıya bəlli oldu. Bir tərəfdən də öz quldur dəstələrini artırmaqla Azərbaycan Xalqını xofda saxlamağa göstəriş verdi. Xalqa qarşı ona görə elan olunmamış müharibəyə başladı ki, bir zamanlar rus KQB-sində aldığı təlimatların həyata keçməsinə nail olsun. 2003-cü ildə Heydər Əliyevin müəmmalı ölümündən sonra onun quldur dəstəsi öz baş cəlladlarından aldıqları təlimata əsasən, onun oğlu, bir-çox önəmli dairələrdə qumarbaz kimi tanınan İlham Əliyevi  hakimiyyətə gətirdilər. Hakimiyyətə gələn gündən atasının götürdüyü qanlı öhdəliklərin davamını daha da sərtləşdirmək yolunu tutan İlham Əliyev dünyada analoqu olmayan vəhşi bir rejimə başçılıq etməyə başladı. 2003-cü ildən bu günə kimi Azərbaycan xalqı tarixdə görünməmiş hüquqsuz bir cəmiyyətə çevrildi. Bu illər ərzində İlham və onun quldurları ölkənin sərvətini total şəkildə talamaqla yanaşı həm də ölkəmizin vətəndaşlarına sözün əsl mənasında ən qatı düşmənçilik siyasətini yeritdilər. Ermənilərlə müqayisədə bu rejim xalqımıza daha da  qorxulu bir həyat yaşatdı. Ölkənin Ali orqanları sayılan Milli Məclisi, MTN-ni, DİN-i, Təhsil idarələri, Səhiyyə müəssələri və hətta Dini idarələr də xalqın müqəddaratının həll olunması məsələlərini unudub, bu quldur rejimlə əl-ələ verib, Xalqımıza misli görünməmiş zülm etməyə başladılar. Bu quldurlara qarşı çıxanları isə müxtəlif fitnəkarlıqlarla həbsxanalara doldurdular. Təsadüfü deyil ki, muharibə vəziyyətində olan bir ölkənin Mudafiə naziri postuna Səfər Əbiyev kimi bir satqını təyin etməklə, Ordudakı bespredelliyi yaratdılar. Gənc nəslə muharibəyə və vətənə sevgi aşılamaq təbliğatını gücləndirmək əvəzinə öz ailə tele kanallarında şərəfsizcəsinə  şou proqramlar düzənləməklə, xalqın başını qatmaqla məşğul oldular. Atəşkəs dövründə erməni snayperlərinin atrığı güllələrdən şəhid olan Azərbaycan əsgərlərinin sayı gerçək müharibə vaxtı şəhid olanların sayını ötdü. İlham Əliyev xalqdan oğurladığı pullarla dünyanın müxtəlif ölkələrində özünə və övladlarına qəsrlər, saraylar almağa başladı. Onun tabeçiliyində olan quldur məmurlar da bundan istifadə edərək, millətə divan tutmağa başladılar. Minlərlə insanları öz yaşadıqları evlərindən zorla çıxardaraq, küçələrə tökdülər. Şikayət etmək üçün isə heç bir müstəqil məhkəmə tapılmadı ki, insanlar öz haqqlarına çatsınlar. Təsəvvür edin ki, ölkənin Ombudsman deyilən bir qadın heç də erməni qadınlarından seçilməyəcək bir tərzdə hüquqi pozulan insanların harayına çatmadı. Azərbaycan torpaqlarının 20 faizini erməni-rus ordusunun birləşmələri, dövlətçiliyimizi və bayrağımızı isə Heydərizm deyilən quldur bir tayfanın mənsubları işğala məruz qoydular. Azərbaycanın 70 rayonunda və Bakı şəhərində təkcə Heydər Əliyevin heykəllərinə, onun adına olan muzeylərə, parklara, büdcədən xərclənən pulları hesablasaq, Qarabağda hərbi əməliyyatlar keçirtmək üçün kifayət qədər uğurlar əldə etmək olardı. Bu pulların milyonda birinə həsrət qalan sıravi azərbaycanlıların bu gün 90 faiz üzvünün dükanlarda ərzaqa olan borcları yazılan dəftərlərin sayı-hesabı yoxdur. Eyni zamanda harın və xalq düşmənləri olan quldur məmurların xalqdan oğurladıqları pulları dünyanın müxtəlif banklarında yerləşdirməsinin siyahısı yazılan dəftərlərin də sayı-hesabı yoxdur. Əziz həmvətənlər, bu gün özünü ziyalı və bu xalqın düşünən beyni adlandıran əksəriyyət ziyalıların, alimlərin, yazıçıların, şairlərin çoxları əliyevlər tayfasının çirkin əməllərinin qurbanına çevriliblər. Ola bilər ki, indiki bu anlaşılmaz vəziyyətdə sizlər bu yaramazların əməllərinə laqeydliklə yanaşasınız, lakin yuxarıda söylədiyim kimi, zaman gələcək və hər bir kəs öz əməlinə görə gələcək nəsillər qarşısında öz layiqli qiymətini alacaqdır. Tarix yaxşını da pisi də unutmayıb. Gəlin bizlər Tarixin yaddaşında yaxşılar sırasında qalaq. Onsuz da vətənə qarşı bu laqeydlikdə hər birimizin az da olsa günahlarımız yazılıb. Nə qədər ki, gec deyil, yaxşı fürsətlərdən yararlanıb, Azərbaycan dövlətçiliyinə, onun xalqına bağışlanmaz xəyanətlər edən əliyevlər rejiminə qarşı hamımız ayağa qalxaq. Bilin ki, Qarabağın işğaldan azad olunması əliyevlərin süqutundan asılıdır. Öz növbəmdə deməliyəm ki, arelin 8-ində keçiriləcək mitinqin məhz Bayıldakı 20-ci sahənin idman meydançasında keçirilməsinin əleyhinə olanlardanam. Ancaq neyləmək olar ki, bəzən quldurların da tələsindən çıxmaq üçün onların öz yaramaz beyin məhsullarından da istifadə etmək lazım gəlir. Bununçun da aprel ayının 8-ində keçiriləcək mitinqdə hər bir Azərbaycan vətəndaşının iştirakı imandandır. Gəlin ayın 8-ini Kərbala, Məşhəd, Məkkə ziyarətinə bərabər tutağın. Vətənin bu günkü gününü quldurlardan azad etməyə çalışmayan insan öz vicdanı qarşısında ölənə qədər günahkar sayılmalıdır. Üstündə gəzdiyi torpağı Heydərizm kimi bəşəriyyət düşmənindən azad etməyə çalışmayan möminin qıldığı namaz da İlham Əliyevin keçirtdiyi seçkilər kimi saxta qiymətləndirilməlidir. 100 illər boyu babalarınızın yaşadığı evlərdən sizləri küçələrə atırlar və evlərinizi yerlə-yeksan edirlər. Bunun davamlı olmasını istəmirsinizsə, erməni cəlladlarından da betər Xalqımıza düşmən kəsilən bu rejimə qarşı ayağa qalxın. Bilin ki, bizim Xalqımızın yaxın keçmişdəki tarixi şanlı olub və bu şanlı tarixi daha da şanlı etmək üçün hamının 8 aprel mitinqində iştirakı şəhidlərimizin ruhunun sevinməsinə xidmət etmiş olacaq. Vətən naminə, Dövlətçiliyimiz naminə, bayrağımız naminə quldur əliyevlər rejiminə qarşı savaş üçün meydanlar bizi gözləyir, ey müqəddəs Azərbaycan xalqı !!

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER