İSA QƏMBƏR NÖVBƏTİ MİTİNQİN 22 APRELDƏ OLACAĞINI BİLDİRDİ! (YENİLƏNİR)

16.10 – İcitmai Palatanın mitinqi artıq başlayıb. 

Mitinqin aparısıcısı İbrahim İbrahimli bildirdi ki, mitinqin əsas hissəsinin başlanmasını yarım saat gecikdirirlər. Buna səbəb isə hakimiyyətin metronun “28 May” və “Sahil” metrosunun qarşısından mitinq meydanına tərəf gələn marçrut avtobuslardan insanları düşürərək, kütləviliyin qarşısını almaq cəhdləridir. İ.İbrahimli bildirdi ki, əgər bu işlərə son qoyulmasa, şəhərin mərgəzinə doğru yürüş edəcəklər.

16.14 – Müavat Partiyasının başqanı və AXCP sədri Əli Kərimli mitinqin keçirildiyi meydana gəliblər.

16.25 – AzadlıqRadiosunun əməkdaşı Vüsalə Əlibəyli xəbər verir ki, «Sahil» metrostansiyasından üzü Bayıla doğru bütün dayanacaqlarda çoxsaylı adamlar toplaşıb. Onlardan bəzisi 1 saat, bəzisi 30 dəqiqədir avtobus gözlədiklərini deyirlər.

16.30 – Yarım saatlıq fasilədən sonra təşkilat komitəsi mitinqin başlanmasını elan etdi. Və bu elandan sonra iştirakçılar “İstefa!” şüarları səsləndirməyə başladılar.

16.35 – Mitinqə gələnlərin dalanlarda döyülməsi ilə bağlı məlumat yayılsa da, BBPİ-nin rəis müavini Səhlab Bağırov bu faktı təsdiq etməyib.

16.37 – İbrahim İbrahimli çıxış edərək, hakimiyyətin uzun illərdir represiyalarına baxmayaraq, müxalifətin mübarizəsinin davam etdiyini, bu mübarizə nəticəsində dünyanın diqqətinin Azərbaycana yönəldiyini bildirdi. O, AXCP-nin ofisinin əlindən alınmasına baxmayaraq, hələ də güclü şəkildə fəaliyyətinə işarə edərək, bunun AXCP sədri Əli Kərimlinin gərgin əməyi ilə həyata keçirildiyini söylədi.

16.43 – AXCP sədri Əli Kərimliyə söz verilib: “Hökumət istəyirdi ki, Azərbaycan gəncliyinin müxalifət yolunu ayırsın. Onlar istyəirdilər ki, Azərbaycan gəncliyi mədaah, manqurt olsun. Ancaq gənclik müxalifətlə bir yerdə olaraq, demokratiya istədi, Rəsulzadə, Elçibəy yolunun yaşamasını istədi. Hakimiyyətin məqsədi budur ki, özünün korrupsiya siyasətindən diqqəti yayındırsın. Hakimiyyət özünün müxalifətini yaradıb cəmiyyətə təqdim etmək istədi. Mən burdan bəyan edirəm ki, alınmadı bu siyasət, İlham Əliyev!”.

16.54 – İbrahim İbrahimlinin bildirdiyinə görə, aksiya iştirakçılarına Sulutəpə qəsəbəsində evləri sökülən insanlar da qoşulublar.

16.58 – İbrahim bəy əlində hüquqları pozulan taksi sürücülərindən məktub olduğunu və məktubda sürücülərin mitinq iştirakçılarına dəstək ifadə olunduğunu bildirdi.

17.05 – AXCP üzvü Gözəl Bayramlı çıxış edir: “Uzun illərdir Azərbaycan rüşvətxor hakimiyyət tərəfindən idarə olunur, taksi sürücüləri günün-günorta vaxtı döyülür, insanların evləri sökülür. 18 ildir bu hakimiyyət vətəndaşlarının heç bir problemini həll etmir. Bu hakimiyyət bir dəfə də olsun vətəndaşlarının problemi barədə düşünmür. 2 milyona yaxın vətəndaşımız bir tikə çörək pulu dalınca mühacirət etmək məcburiyyətində qalıb. Bir milyon iş yerindən danışırlar, mən sual edirəm bu qəsər iş yeri olan ölkədə qul bazarı olarmı?”

17.11 – Verilən məlumata görə, polis mitinqin təşkilatçılarından “İstefa!” şarlarının sələndirilməməsini istəyiblər.

17.15 – İP-nın Koordinasiya şurasının üzvü Pənah Hüseyn: “Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının rəsmiləri mitinqdə 700-800 nəfərin iştirak edəcəyini söyləyirdilər. Amma onların gümanları doğrulmadı. Mitinqdən 10 mindən çox insan iştirak edir. Mitinqi müşahidə etməyə gələcəklərini söyləyən Mübariz Qurbanlı və Siyavuş Novruzov insanların sayının çoxluğunu görüb qaçıblar.”

17.38 – Müsavat Partiyasının başqanı İsa Qəmbərə çıxış edir.

17.45 – “Azərbaycan hər zaman müxtəlif dövlətlərin marağında olub. Hər zaman istəyiblər ki, bu xalqın başına xəyanətkar qüvvələr gətirilsin. 1993-cü ildə də iyun qiyamı ilə xəyanətkar qüvvələrin əli ilə Əliyevlər rejimi hakimiyyətə gətirildi.

Bu yaxınlarda avropalı nümayəndələrdən biri ilə söhbətdə o məndən sual etdi ki, nə vaxt ayağa qalxıb Əliyev hakimiyyətindən xilas olacaqsınız? Mən də sual etdim ki, 2003-cü ilin prezident seçkilərində, 2005-ci ilin parlament seçkilərində xalq qalib gələndə Qərb harda idi? Onda onlar bütün dünyada belə bir şüar arxasınca idilər ki, “demokratiyadan daha önəmli sabitlikdir.” Amma indi onlar deyirlər ki, siz onda ayağa qalxdız biz səhv etdik sizi dəstkləmədik, amma indi biz dəstəkləyirik Azərbaycan xalqı susur.”

17.47 – İsa Qəmbər növbəti mitinqin vaxtını elan etdi. O bildirdi ki, növbəti aksiya 22 aprel tarixində olacaq və onda bundan bir neçə dəfə artıq iştirakçı gözləyirlər.

17.50 – İsa Qəmbər: “”İstefa” şüarı mənim də 1988-ci ildən ən çox sevdiyim şüardır. Amma istefa o zaman reallaşacaq ki, bizim burada sayımız yüz minlər olsun.”

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER