CARL BİLDT “AZƏRBAYCAN BİZİMÇÜN DƏYƏRLİ ÖLKƏDİR”

Isveç XİN Carl Bildt.”Azərbaycan bizimçün vacib ölkədir”CB1

Dünən İsveçin Xarici İşlər Deportamentinin mətbuat evində Xarici İşlər Naziri Carl Bildtin (Karl Bild kimi oxunur) İsveçdə qeydiyyatda olan xarici jurnalistlər üçün brifinqi oldu.  Nazır son vaxtlardakı ölkənin xarici siyasəti ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Bildt bir jurnalistin terror təşkilatı PKK ilə Türk dövləti arasında yeni bir dialoqun başladılıb başladılmadığı sualına verdiyi cavabda bunları söylədi:

“Mən bu mövzuda bir şey bilmirəm. Bilsəm də söyləməzdim. PKK bilindiyi kimi terrorist təşkilatdır. Bu təşkilatın şiddətə və terrora müraciət etməsi hər bir Avropa ölkəsini narahat edir. Onlarla hər hansı bir əlaqəmiz yoxdur. Ancaq BDP, Türk parlamentində təmsil edilir. Xalq tərəfindən seçilmişlər. BDP Türkiyədəki siyasi mübarizənin əhəmiyyətli bir qüvvəsidir.”

İsveçdə uzun müddətdir gündəmi məşğul edən, Səudiyyə ərəbistanı və diktatorluqla idarə olunan ölkələrə silah satışı ilə bağlı olan sualları şərh edən  nazir  bunları söylədi: “Bizim bir ticarət siyasətimiz var. Amma bu bizim insan haqqları siyasətimizə təsir etmir. Biz Səudiyyə Ərəbistanına silah satmasaydıq, Norveç ya da Danimarka satacaqdı. Ya da Çin və ya İngiltərə. O zaman Səudiyyə Ərəbistanıdakı insan haqqları daha yaxşı olacaqdımı… Bu heç bir şəkildə oradakı vəziyyətə təsir edə bilməyəcəkdi. Bizim Səudiyyə Ərəbistanıyla yaxşı əlaqələrimiz var. Onlarla Suriyadakı vəziyyət barədə və eləcə də Ərəb Barış Təşəbbüsü və İran mövzusunda müzakirələrimiz olur. Ticarət və müzakirələri qanunlara uyğun olaraq icra edirik”…

Bildt, başqa bir jurnalistin Səudiyyə Ərəbistanında silah fabriki qurulması planlarının İsveçin dünyadakı imicinə mənfi təsir edib etməyəcəyi sualını da, “Xeyr, təsir etməz” deyərək cavablandırdı.

Bizim sualımız isə təbii ki, Azərbaycan barədə idi.

”Rahim Sadıqbəyli- Mənim sualım bir az şən mövzuya Azərbaycanda keçiriləcək Euroviziona aiddir.

Carl Bildt(gülür)Əgər İsveç qalib gəlməsə bu çox kədərli olacaq.

Rahim Sadıqbəyli -İsveç qalib gələcək. Mən söz verirəm…

Carl Bildt-Əla

Rahim Sadıqbəyli– son aylar həm ayrı-ayrı bloglarda və həm də Facebookda Eurovisionu Beynəlxalq baykot kampaniyası gedir. Səbəb də bu gətirilir ki, Amnesty İnternationall təşkilatının raportlarına görə ölkə insan haqqlarına hörmət etmir. Siz keçən il Kavkazda və həm də Bakıda oldunuz. İndiki vəziyyəti necə dəyərləndirirsiniz?

Carl Bildt- Mən Azərbaycanın hökumət rəhbərləri ilə dəfələrlə görüşmüşlərimdə hər zaman bunları vurğulamışam. Düzdür bu sahədə sözsüz ki, çətinliklər var. Amma mən hesab edirəm ki, Eurovisionun Azərbaycanda keçirilməsi çox gözəl bir hadisədir. Baxın bu müsabiqə zamanı ora bir çox jurnalistlər gedəcəklər və sizin verdiyiniz sualı da onlara verəcəklər. Məsələlərə aydınlıq gətirməkçün bu çox gözəl bir şansdır.İki il öncə həbsə atılmış bloggerlər artıq azadlıqdadırlar. Ölkədə internet azadlığı var. Bu çox böyük bir məsələdir. Çatışmamazlıqlara və çətinliklərə baxmayaraq Azərbaycan bizimçün çox vacib bir ölkədir.

Rahim Sadıqbəyli- Vacibdir ona görə ki, orda neft və qaz var?

Carl Bildt– Təkcə ona görə yox. Bu ölkə həm Rusiyanın və həm də İranın sərhədində yerləşir.Mən daha başqa bir söz demək istəmirəm…” 

Aşağıda videomateriala baxa bilərsiniz.

Rahim Sadıqbəyli
http://www.swedenaz.se

metin

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER