“ÜRƏYİNDƏ VƏTƏN EŞQİ OLAN HƏR KƏS MİTİNQDƏ İŞTİRAK ETMƏLİDİR”

Rəsul Quliyev: «Bu aksiya Azərbaycanı zəlil günə salan bir rejimlə vidalaşma mərasimidir»

KEÇMİŞ REKTORDAN RƏSUL QULİYEVƏ DƏSTƏK
Azərbaycan parlamentinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevinazpolitika.info-ya müsahibəsində əhalini İctimai Palatanın təşkil etdiyi 8 aprel mitinqində fəal iştiraka səsləyib.

“8 aprel mitinqini təkcə dəstəkləmirəm, insanları orada aktiv iştirak etməyə çağırıram! Kütlə üsyanının qarşısını alan yollardan biri də idarə olunan mitinqlərin keçirilməsidir. Məni hansı mitinqdə kiminsə, o cümlədən, özümün də siyasi kapital toplamağım qətiyyən maraqlandırmır, əsas məsələ ehtimal olunan faciələrin qarşısını almaqdır. Ona görə bir daha Bakı sakinlərini 3-4 saatlıq vaxtlarını ölkənin gələcəyi naminə mitinqə həsr etməyə çağırıram. Atdığınız hər bir addım bizləri arzuladığımız xoşbəxt həyata yaxınlaşdıracaq. Siz bu hərəkətinizlə hökumətə xalqın var olduğunu göstərməlisiniz. Kim istəmirsə, heç bir partiyanın bayrağı altında getməsin, sadəcə olaraq ölkənin gələcəyi naminə mitinqdə iştirak etsin. Özünüzün haqlarınız uğrunda mitinqə getməniz daha effektli olar, nəinki hansısa bir partiyanın dəstəkçisi kimi, inanın bu belədir. Mitinq seçkilərə həsr olunmayıb ki, kimisə dəstəkləyəsiniz. Bu aksiya Azərbaycanı zəlil günə salan bir rejimlə vidalaşma mərasimidir. Ürəyində Vətən eşqi olan hər kəs orada iştirak etməlidir”, – deyə o mitinqlə bağlı suala cavab verib.R.Quliyev Azərbaycanda kütlə inqilabı baş verəcəyindən nəyə görə ehtiyatlandığı ilə bağlı suala belə aydınlıq gətirib ki, bunu deyərkən həm öz vicdanı, həm xalq qarşısında, həm də indiki hökumətdə oturanlarla münasibətdə səmimidir: ”Mən düşünmürəm ki hökumətdə oturanların hamısının gözünü pul örtüb və manqurtlaşıblar, vətənlərinin dağılmasına göz yumacaqlar. Saysız-hesabsız haqsızlıqlara nə vaxtsa cavab verilməlidir, camaat nə qədər passiv olsa belə. Faktiki olaraq, Azərbaycanda klandan başqa haqsızlıqlara məruz qalmayan bir şəxs belə tapmaq mümkün deyil. Hətta camaatın qanını soran o nazirlər də haqsızlıqdan gileylənirlər. Rüşvət və korrupsiya ‘’qanunları’’ da dəyişir. Klandaxili imtiyazların birinin əlindən başqasına keçməsi hər dəfə cinayətkarlar dünyasından fərqli olaraq rüşvət ‘’qanunlarını’’ dəyişdirir və onları çaş-baş qoyur. Bu narazılıqlar fonunda istənilən güclü bir qığılcım alovlanıb görünməmiş bir yanğına çevrilə bilər. Kütlənin Abşeron yarımadasında xalqdan oğurlanan pullarla tikilən 100-lərlə, bütün ölkə üzrə minlərlə dəbdəbəli saraylara od vurub atəşfəşanlıq yaratmaq ehtimal var və heç bir qüvvə onun qarşısını ala bilməz”.ACP lideri deyib ki, bu siyasətin davamı ölkəni qarşısı alınmaz proseslərə doğru aparır: ”Xalq üsyanlarını zərurətə çevirir. Artıq bunun ilkin əlamətləri də nəzərə çarpır. İstər Qubada baş verən hadisələr, istər Bakı ətrafında binaları sökülən sakinlərin etirazları, istərsə də Sabirabadda və s. yerlərdə yüksələn protest səsləri bu ehtimalın ilkin əlamətləridir. Arzuolunmaz belə bir hadisə baş versə, bu həqiqətən realdır, vəziyyətin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətindir. Mən yalnız iki ehtimal üzərində dayanmaq istəyərdim. 
Variantların biri hələ axıra qədər inamını itirməmiş Azərbaycanın tanınmış adamlarının bir yerə toplaşıb (sözsüz, o adamların içərisində mən də olacağam) yaranmış vəziyyəti müzakirə edib, müəyyən bir fikr formalaşdırması və xalqa müraciət etməsidir. Əgər bunu həyata keçirmək mümkün olarsa, 10 gün müddətində hərəkatın məcrasını müsbət yöndə dəyişmək bəlkə reallaşa bilər. Bu, ağır nəticələrlə qurtaracaq ikinci variantla müqayisədə ən yaxşı variandır. İkinci varianda isə Rusiya şimaldan, İran cənubdan Azərbaycanı parçalamağa başlaya bilərlər. İki əldəqayırma dövlət yaradılar. Bu variantda sözsüz ki, ermənilərin işğal etdikləri torpaqların da bütövlüklə, onlara verilməsi ehtimalı var. Bax, bu dəhşətdir”.
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER