ONUN BÜTÜN AİLƏSİNİ DİRİ-DİRİ YANDIRMIŞDILAR

Millətin bədbəxtliyi üzərində xaniman yaratmaq ləyaqətsiz hərəkətdir

Əlbəttə, mən ölkənin daxili həyatı haqqında xatirələrimi davam etdirirəm. Amma bu arada Xocalı hadisələrini ona görə qələmə aldım ki, xarici təhlükələrin həm də daxildəki sahmansızlıq üzündən başımıza gəldiyini bir daha xatırladım.

İsa Sadıqov

Əvvəli ötən saylarımızda

Beləliklə, 1991-ci ilin dekabrında Hərbi Dairənin Qərargahına 366-cı alayın rus zabitləri və onların ailə üzvlərindən məktub gəldi. Məktubda onlar şikayətlənirdilər ki, burada sutka boyu atışmalar gedir, millətlərarası savaş gerçəkləşməkdədir və belə bir şəraitdə onların burada qalması, xidməti davam etdirməsi mümkünsüzdür. Əgər ciddi tədbirlər görülməsə, onlar xidməti yerlərini buraxıb, öz vətənlərinə qayıtmalı olacaqlar.
Bu məktub Qərargahda müzakirəyə çıxarıldı, uzun sürən debatlardan sonra qərara alındı ki, ora bir komissiya göndərilsin. Komissiyaya sədrlik isə Hərbi Dairə komandirinin müavini, general-leytenant Ohanyana həvalə edildi. Bu komissiya 366-cı alayın yerləşdiyi ərazidə bir neçə həftə işlədi. Və məhz bu komissiyanın fəaliyyətinin nəticəsi olaraq, Xocalıda həmin dəhşətli hadisələr baş verdi.

Xocalıda qətliam törədənlərə külli miqdarda pul verilmişdi

Bəli, məhz 366-cı alay erməni hərbi birləşmələri ilə birlikdə Xocalının dinc sakinlərini qanına qəltan elədi. Onlar cəzasız qalacaqlarına əmin olduqları və Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi aşkar göründüyü üçün bu qəddar əməliyyatı həyata keçirdilər. Bu qanlı olaylara qərar verən ermənilər eyni zamanda, ona da əmin idilər ki, erməni lobbisi və diaspora onların bu vəhşiliklərini bütün dünyada fərqli şəkildə təqdim etməyi bacaracaq.
1992-ci ilin mart ayında 366-cı alayın hərbi qulluqçularını vertolyotla Gürcüstandakı Hərbi Təlim Mərkəzinə gətirdilər. Mən onların bir qrupu ilə görüşə bildim və onların arasında bir zamanlar eyni hərbi hissədə qulluq etdiyim adamlar da vardı. Mən hər şey haqqında soruşub çox şeyi aydınlaşdıra bildim. Məlum oldu ki, az qala, bütün BMP-lərin sürücüləri və mexanikləri Orta Asiya mənşəli adamlardır. Bəli, bu, belə idi. Mənim yaşadığım ağrıları təsvir etməyim mümkün deyil. Mən öz millətimi öldürən insanlarla söhbət edir, onlarla nəyi isə aydınlaşdırmağa çalışırdım – özü də mənim millətimə ermənilərdən qat-qat yaxın olan adamlarla…
Bu əməliyyata görə onlara çoxlu pullar verilmişdi, zabit şərəfini, əsgər ləyaqətini itirən bu adamlar həmin pulları əşya çantalarına doldurub özlərilə hərləyirdilər. O dövrlərin inflyasiyasını yəqin ki, xatırlayırsınız və bu çantalardakı əskinaslar əməlli-başlı böyük yük qədər idi. Atılmış hər bir mərmi, öldürülmüş hər bir insan üçün böyük pullar alınmışdı.
Bu hadisə məni sarsıtdı, eyni zamanda, kökündən dəyişdi: dünyagörüşümü, millətimə, onun tarixinə, dəyərlərinə, mövcudluğuna duyduğum sevgi məni tamamilə başqa bir adama çevirdi. Mən orada öldürülən hər bir adamı bacım, qardaşım, atam qədər sevdim və bu faciə məni başqa bir adama çevirdi. Tam qətiyyətlə öz millətimə xidmət etmək qərarı verdim və bir daha mənim millətimlə bu sayaq rəftar olunmasının qarşısını ala bilmək üçün ora – Vətənə yollandım.

Elə eləyin ki, onlar bir daha heç kimin balasını yandıra bilməsinlər…

1992-ci ilin payızında mən artıq Qazaxdakı hərbi hissələrdən birinin komandiri idim. Hərdən burada erməni nümayəndə heyətlərilə görüş, danışıqlar keçirilirdi və mən də orada iştirak etməli olurdum. Bir dəfə Xocalıdan qaçqın düşmüş orta yaşlı bir adam mənim yanıma gəldi və öz ailə üzvləri haqqında nəsə öyrənməyi xahiş etdi. O, çox da yaşlı deyildi, amma saç-saqqalı tamamilə ağarmış və dərd belini bükmüşdü. Onun qızı və 3 nəvəsi orada yox olmuşdu. O, hətta ya Gürcüstan, ya da Rusiya üzərindən Ermənistana keçərək ailəsi haqqında bir şeylər öyrənməyə də cəhd etmişdi, amma heç nə alınmamışdı. Nəhayət, Qazaxdakı tanışının evində qalaraq, mənim ona bir xəbər verəcəyimi gözləməyə qərar vermişdi. Mən ona söz verdim ki, nəsə bir şey öyrənməyə çalışaram və növbəti görüşdə Ermənistan Daxili Işlər Nazirliyinin yüksək rütbəli bir zabitindən bu adamlar haqqında bir xəbər öyrənməsini xahiş etdim. Bir sonrakı görüşdə isə o, məni və Qazax polisinin rəisi Isaxan Aşurovu bir kənara çəkərək bildirdi ki, həmin uşaqlar və onların anası diri-diri yandırılanların siyahısında olub. Bu adama inanmamaq üçün əlimdə heç bir əsasım yox idi. Amma xəbər məni elə bir vəziyyətə saldı ki, mən görüşün sonunu gözləmədən oranı tərk etdim və hərbi hissəyə qayıtdım. Baxmayaraq ki, özümü ələ almalı idim, amma bacarmadım. Eyni zamanda, dərk etdim ki, bu xəbəri həmin ailənin başçısına çatdıra bilməyəcəyəm. Köməkçimə dedim ki, kişini birtəhər yola versin, görüşün baş tutmadığını desin və s. Amma adam israr eləyib ki, komandir gəlsin, onun gözlərinə baxım və gedim. Nəhayət, məcbur olub onu qəbul etdim. Kişi gözlərimə baxdı, kövrələrək dedi: “Komandir, səndən xahiş edirəm, mənə doğrusunu söylə, mənim balalarıma nə olub? Ən pis xəbərə də hazıram və söz verirəm ki, ən pis xəbəri də təmkinlə qarşılayacağam”.
Mən özümü ələ alıb həqiqəti ona dedim. O, sanki şoka düşdü, amma özünü toparlayıb ayağa qalxdı və mənə sarıldı. Qəhər qarışıq pıçıltı ilə dedi: “Sizə qurban olum, komandir, elə eləyin ki, onlar bir daha heç kimin balasını yandıra bilməsinlər…”.
Bunu deyib, sürətlə otaqdan çıxdı. Ağlamağa getdi, yəqin ki…

Bunu millətimin duası kimi qəbul etdim

Onun dediklərini isə mən komandir kimi, fəaliyyətim üçün bir millətin duası olaraq qəbul etdim.
Bu adamın surəti heç zaman gözlərimin önündən getmədi və bütün fəaliyyətim boyu öz xidməti borcumu namusla, şərəflə yerinə yetirməyə çalışdım. Adı Əli və ya Əbdül olan o Xocalı qaçqınının faciəsini öz faciəm olaraq yaşadım. Bu, çox dəhşətli faciə idi və onu yaşamamaq mümkün deyildi.
Bu millət bu faciəni yaşayıb, amma toxdamağı da bacarıb. Belə bir milləti fəlakətlərə soxub, onun bədbəxtliyi üzərində öz xanimanını yaratmaq çox ləyaqətsiz hərəkətdir. Buna yol vermək olmaz. Buna yol verməməliyik!..

Davamı var

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER