MİLYONLARIN ŞƏRƏF GÜNÜ – 8 APREL

Hamılıqla meydanlarda olaq ki, həyatımız zindan olmasın!

Böyük mitinqə günlər, hətta saatlar qalır. Son yeddi ilin ilk razılaşdırılmış aksiyası baş tutacaq. Bu vaxta qədər müxalifətin yalnız bir çoxminli etiraz aksiyası (2 aprel 2011) olub. 2005-ci ilin misilsiz seçki saxtakarlığından sonra ölkədə təkcə siyasi azadlıqlar alınmadı, təkcə müxalifətin hərəkat imkanları məhdudlaşdırılmadı. Bütün təbəqədən insanların həyatı sözün əsl mənasında öz yerindən kürünüb atıldı. Hər kateqoriyadan insanın evi başına uçuruldu. Azərbaycanda son yeddi ildə zülm ərşə dirəndi. Böyük korrupsionerlər “beş-on manat”a möhtac xırda məmurları rüşvətxorluğa qarşı mübarizə adı altında türməyə basdırdılar, intihara məcbur etdilər. Evləri sahibsiz, ailələri başsız qoydular. Ilham Əliyev xalqı tam məğlub etdiyini düşünüb “Dağlıq Qarabağda referendum” məsələsini müzakirəyə çıxardı. Konstitusiya quruluşumuza arxa çevirdi, qanunları istəklərinə uyğunlaşdırdı. Nəhayət, bütün bu olanların hamısına dinc etiraz etmək imkanı yarandı. Aprelin 8-də Bakıda dinc mitinq üçün razılaşma əldə olundu. Azərbaycan xalqı gərək bu fürsəti lazımınca dəyərləndirsin.

Rayonlarımızı xilas edək…

Ölkə əvvəllər bir diktatora tabe idi, sonralar hər region bir oliqarxın payı oldu. Indi isə xırda məmurlar özlərini hansısa rayonun atası, xilaskarı elan edirlər. Azərbaycan rayonları şahların cəngavərlərinə hədiyyə etdiyi kənizlərdən də pis statusdadır. Hər kəs bu üfunətli siyasətə rəftara son qoymaq üçün ayağa qalxmalıdır.

Cinayətkarlar cəza verir

Bu ölkədə cinayətkarların cəza verməsi, günahsız insanların məhkəmələrdə, türmələrdə süründürülməsi, istintaq orqanlarında işgəncə görməsi adi hala çevrilib. Indi hakimiyyət təkcə siyasi opponentlərinin üzünə durmur, sadə insanları da ağır cinayətlərdə ittiham edir, şərlətdirir, damlatdırır. Nəinki hakimiyyətin başını, xırda məmurlarını da tənqid eləmək, onların qanunsuz əməllərindən danışmaq sözün həqiqi mənasında insanların ocağını söndürür. Ilham Əliyev nə ümid yeridir, nə qorxu. Bu ölkədə açıq bir sahibsizlik problemi var və hər kəs aprelin 8-də özünə, ölkəsinə sahib çıxmaq, bu ölkəni cinayətkarlardan xilas etmək, yeni cinayətlərin yolunu kəsmək üçün meydanlara çıxmalıdır.

Sakit yaşamaq da olmur

Əvvəllər mitinqə gəlməyənlərin belə bir bəhanəsi var idi ki, siyasətə qarışmıram, sakit yaşayıram. Amma indi nəinki siyasətə qarışmayıb sakit yaşayanların, hətta rejimin xidmətçilərinin də evi başına uçurdulur. Azərbaycan zabiti xidmətdə ikən ailəsini, uşağını polis sürüyüb bayıra atır, yurdunu viran qoyur. O zabit yurd qoruyarmı? Yaxud da yurdu qoruyanın yurdunu dağıdarlarmı? Körpə uşaqlar bu soyuq havalarda evsiz-eşiksiz qalır, küçələrə atılır, onlardamı siyasətə qarışır, müxalifətçilik edirlər? Xeyr! Indi müxalifətçi Ilham Əliyevi hakimiyyətdən salmaq istəyən adamlara demirlər. Belə adamlar artıq düşmən sayılırlar. Ilham Əliyevin qaydalarına görə müxalifətçi bu qədər zülmdən, zillətdən sonra bu ölkəni qoyub qaçmayan adamlardır, onları da evdən çıxardırlar. Azərbaycanı artıq “adam yoxdur, problem yoxdur” prinsipi ilə idarə edirlər. Bu ölkədə yaşamaq istəyiriksə, deməli, bu hakimiyyətə qarşı çıxırıq, ona görə də haqqımız tapdanır.
8 aprel bu ölkədə yaşamaq haqqımızı tələb etmək günümüz olmalıdır. Övladı şərlənən, yaxınları polisdə döyülüb öldürülən, evi başına uçan, rüşvət almadığı, vermədiyi üçün işdən qovulan, taksi sürməyə imkan verilməyən, bir sözlə, bir tikə çörəyə möhtac qoyulan yurddaşlarım, bu, sizin etiraz gününüzdür. Hələ itirməyə bir şeyi olan, mülkünü və ləyaqətini, ya da ikisindən birini hələ itirməyən yurddaşlarım, siz də qoşulun ki, əlinizdəkini də almasınlar. Bu rejimə “yox” deyək ki, varlığımızı davam etdirə bilək. Hamılıqla 8 apreldə meydanlarda olaq ki, həyatımız zindan olmasın!

Seymur Həzi

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER