Bir Azərbaycan məktəbindən təəssüratlar

Iş elə gətirdi ki, Almaniyada hərbi xidmətdən sonra mən Zaqafqaziya Hərbi Dairəsində, konkret olaraq, Gəncədə, o zaman Kirovabad adlandırılan şəhərdə xidmət etməli oldum. Bu, 1984-cü il idi. Həmin il idi ki, Qazax, Ağstafa və Tovuz rayonlarına daxil olan 5 min hektar ərazi ermənilərə verildi. Bu rayonların əhalisinin sərt etirazına baxmayaraq, bu torpaqların ermənilərə verilməsi sənədləşdirildi. 90-cı illərdə ermənilərlə konflikt başlayanda isə biz o zamankı rəhbərlərin bu xəyanətkar əməllərinin əvəzini çox baha ödəməli olduq. Faktiki olaraq, münaqişə zonasının bütün strateji yüksəklikləri düşmənin əlində idi.
Bu, həmin zamanlar idi ki, Heydər Əliyev Moskvada işləyirdi və “Politbüro”nun üzvü idi. Bu gün bu hadisələrin ətrafında gedən polemikalarda ermənilər belə təqdim etməyə çalışırlar ki, Xocalı Sumqayıt hadisələrinə cavab idi. Amma mən qətiyyən bununla razı deyiləm və ermənilərin Azərbaycan ərazilərini işğal etmələrinin Sumqayıt hadisələrindən çox-çox əvvəl başladığını da hər kəs bilir. Ermənilər inadla, davamlı olaraq öz ərazilərini genişləndirmək üçün planlar qurublar və həm də yalnız Azərbaycanın deyil, Türkiyə və Gürcüstanın da torpaqlarına göz dikərək… Sadəcə, bizim rəhbərlərimizin cinayətkar sükutu onlara imkan verib ki, bu planlarını bizim hesabımıza həyata keçirsinlər.SSRI erməniləri 5 il əvvəldən silahlandırmağa başlamışdı1984-cü ildə Stepanakertdə yalnız bir hərbi hissənin dislokasiyası vardı, bu da kimya batalyonu idi. Amma bu hərbi hissədə şəxsi heyət yox idi. Konservasiya üçün orada dayanan bir neçə hərbi texnika vardı. 1958-ci ildə Gəncədə yerləşən 23-cü motoatıcı diviziyadan 366-cı məhdud tərkibli alay ayrılaraq Stepanakertdə yerləşdirildi. Hərbi hissənin bu yerdəyişməsinə 4-cü ordunun qərargah rəisi, general leytenant Aslanyan rəhbərlik edirdi. Tədricən bu alayın döyüş texnikası da zənginləşdirildi, ora tanklar, BMP-lər, artilleriya qurğuları verildi. Batalyonun ştatı da tam tərkibə qədər genişləndirildi. Hansı meqsədlə? Guya, Əfqanıstana göndəriləcək mütəxəssisləri hazırlamaq üçün… Həm də guya, yerli şərait orada bu mütəxəssisləri hazırlamaq üçün daha əlverişli imiş deyə… Hərçənd, bunun üçün ideal şərait Gəncədəki Seyfəli hərbi poliqonunda vardı. Amma təəssüf ki, respublika rəhbərliyi bu prosesə müdaxilə və heç bir etiraz etmədi.
Beləliklə, münaqişənin başlandığı zamana qədər artıq ermənilərin nəzarətində tam təchiz edilmiş 366-cı alay vardı ki, bu hərbi hissə bütün konflikt boyu ermənilər tərəfdən iştirak etdi. Orada 160-dan artıq texnika – tanklar, BMP-lər, artilleriya qurğuları vardı. Baxmayaraq ki, Köçəryan onların əlində yalnız Azərbaycandan alınmış 9 tankın olduğu haqda danışır, amma o, tamamilə yalan deyir.Qorbaçovlarla bağlı ilginc xəbərHələ bu münaqişə odlu qarşıdurmaya çevrilməmişdən əvvəl belə xəbərlər dolaşırdı ki, ermənilər Amerikada Qorbaçovla Dağlıq Qarabağ haqqında danışıblar, hətta onun həyat yoldaşı Raisa Qorbaçovaya verilən hansısa çox bahalı hədiyyə haqqında da söhbətlər gedirdi.
Bir çox illər keçəndən sonra bu xəbərlərin həqiqətdən uzaq olmadığı özünü göstərməyə başladı. SSRI-nin siyasi rəhbərliyinin susqun razılığı altında ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün fəal əməliyyatlara başladılar.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Bir Cevap Yazın