AZƏRBAYCAN HAZIRDA TƏKLƏNMİŞ VƏZİYYƏTDƏDİR”

İsa Qəmbər: “Vəziyyətdən çıxış yolu yanlış xarici siyasətdən imtina edib dövlətin, xalqın maraqlarına əsaslanan kursu qəbul etməkdir”
“Ermənistanın torpaqlarımızı işğal etməsi bu ölkədə hər hansı siyasi təşkilatla əməkdaşlığa imkan vermir”

““Avronest” Parlament Assambleyası Avropa Birliyinin “Şərq Tərəfdaşlığı proqramı” çərçivəsində yaradılan yeni bir formatdır. Burada Avropa

Bu sözləri “Yeni Müsavat”a verdiyi açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər dedi. Müsavat başqanı qeyd etdi ki, burada istər əməkdaşlıqla, istər Avropa Birliyinə inteqrasiya, istərsə də bu ölkələrdəki siyasi-iqtisadi vəziyyətlə və zəruri islahatlarla bağlı müxtəlif məsələlər müzakirə olunur: “Bunlar mühüm məsələlərdir. Eyni zamanda burada təbii ki, müəyyən gərginliklər də olur. Bu da demokratiya, islahatlar istəyən Avropa Birliyi ilə, bu islahatlara qarşı dirəniş göstərən avtoritar ölkələrin hakimiyyətləri arasındadır. Digər bir çətinlik isə Azərbaycan və Ermənistanla bağlıdır, çünki Ermənistan bizim torpaqlarımızı işğal edib. Təbii olaraq belə bir şəraitdə problemlər ortaya çıxır. Amma bütün bu problemlərə rəğmən “Avronest”in sessiyalarını müsbət qiymətləndirirəm, eyni zamanda buradakı real problemləri də görürük”. Parlamentinin deputatları və eyni zamanda Şərq Tərəfdaşlığı layihəsində iştirak edən dövlətlərin nümayəndə heyətləri bir araya gəlib. Bu, maraqlı bir formatdır, həm Avropa ölkələrinin, həm də Şərq Tərəfdaşlığı layihəsində olan dövlətlərin paytaxtlarında bu cür forumlar təşkil edilir. Bu prosesi bütövlükdə müsbət qiymətləndirirəm”.

Bu tədbir çərçivəsində Bakıya gələn erməni deputatlardan biri – Stepan Safaryan çıxışında Azərbaycanda insan haqları və demokratiyanın pozulmasından narahat olmalarına dair fikirlər işlədib. Eyni zamanda o, belə bir ifadə işlədib: “Müsavata və sosialist blokuna daxil olan digər partiyalara erməni QHT-ləri ilə əməkdaşlıq etmək qadağan olunub”.
Bu açıqlamaya dair sualımıza cavab verən İsa Qəmbər dedi: “Bu məsələnin iki tərəfi var. Birincisi odur ki, həm Azərbaycanda, həm də Ermənistanda avtoritar rejimlər hakimiyyətdədir. İnsan haqları və demokratiya ilə bağlı hər iki ölkədə çoxsaylı ciddi problemlər mövcuddur. Və hər iki dövlətin siyasi dairələri beynəlxalq tədbirlərdə, müxtəlif çıxışlarında digər ölkədəki problemləri önə çəkməklə üstünlük əldə etməyə çalışırlar. Əslində hər iki ölkədə bu problemlərin olduğu sirr deyil. O ki qaldı Müsavatla bağlı deyilənlərə, biz ümumiyyətlə, əməkdaşlıq edəndə bir qayda olaraq siyasi partiyalarla edirik. Amma Ermənistanla Azərbaycan arasında mövcud olan münaqişə, daha dəqiqi torpaqlarımızın onlar tərəfindən işğal olunması bu ölkədə hər hansı siyasi təşkilatla əməkdaşlığa imkan vermir. Beynəlxalq platformada, beynəlxalq tədbirlərdə ermənilərin də qatıldığı tədbirlərdə iştirak edirik, istər Qarabağ, istər digər məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. Biz Müsavat Partiyası olaraq Cənubi Qafqazın demokratikləşməsi istiqamətində addımlar da atmışıq. 2010-cu ildə biz məşhur ”Potsdam bəyannaməsi”ni də imzalamışıq. Amma Müsavatın hər hansı bir erməni QHT-si ilə əməkdaşlığı mümkün deyil. Amma təbii ki, bizə bununla bağlı rəsmi qadağa da qoyula bilməz. Bəzən səmimi və ya qeyri-səmimi müxtəlif fikirlər, iradlar da olur. Amma Azərbaycanda bu yöndə Müsavata heç kim qadağa qoymayıb, qoya da bilməz”.
Hazırda regionda yaranmış mürəkkəb vəziyyəti şərh edən İsa Qəmbər bildirdi ki, dünyada çox ciddi bir dəyişiklik prosesi gedir: “Bu dalğa bizim regionda özünü daha mürəkkəb şəkildə büruzə verir. Çünki regionda vəziyyət mürəkkəbdir; müəyyən qarşıdurmalar, problemlər, maraqların toqquşması var. Bu baxımdan qeyd etdiyim proses bu bölgədə daha çətin gedir. İndiki mərhələdə müxtəlif dövlətlər öz maraqlarını daha da gücləndirmək, öz mənafelərinə ziyan olan prosesləri neytrallaşdırmaq üçün səylər göstərirlər. Son vaxtlar Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərində baş verənlər, gediş-gəlişin artması, müxtəlif bəyanatların intensivləşməsi bayaq dediyim yeni dalğa ilə bağlıdır. Təəssüf ki, Azərbaycan hakimiyyətinin real xarici siyasət doktrinası olmaması səbəbindən Azərbaycan hazırda təklənmiş vəziyyətdədir, dünyadakı əksər güclərlə, o cümlədən qonşuları ilə ciddi problemlər yaşadığı bir mərhələdədir. Bu vəziyyətdən çıxış yolu yanlış xarici siyasətdən imtina edib, dövlətin, xalqın maraqlarına, mövqeyinə əsaslanan kursu qəbul edib azad bu istiqamətdə dəqiq addımlar atmaqda və köklü siyasi-iqtisadi islahatlar həyata keçirməkdir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Əgər bu baş verməyəcəksə, hakimiyyət öz dövrünü daha da məhdudlaşdırmış olacaq. Eyni zamanda təbii ki, ölkəmiz üçün də ciddi problemlər yarana bilər. Bu problemlərin yaranmasının qarşısının alınması üçün ölkə mətbuatı, müxalifəti, o cümlədən İctimai Palata, ciddi ekspertlər məsələni diqqətdə saxlamalıdır”.

Elşad MƏMMƏDLİ

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER