Ölkənin 1-ci kanalı Azərbaycanda insan haqlarının bərbad durumundan reportaj verdi
“Azərbaydanda hakimiyyət atadan oğula ötürülüb; Parlamentdəkilərin hamısı İlham Əliyevin tərəfdarıdır”
Hollandiyanın “Netherland 1” dövlət kanalı Azərbaycanda insan haqlarının durumu haqqında reportaj yayımlayıb. Verilişdə Azərbaycanda keçiriləcək “Eurovision” musiqi yarışmasına hazırlıq, bununla bağlı insanların üzləşdikləri problemlər, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı aparılan çirkin kampaniya, gənclərin 17 mart mitinqində repçi Camal Əlinin həbsi və s. haqda məlumatlar əksini tapıb.
Reportajda Xədicə İsmayılın özünün də fikirlərinə yer verilir.
Bundan başqa, reportajda bildirilir ki, Azərbaycanda hakimiyyət atadan oğula ötürülüb, parlamentdə təmsil olunanların hamısı İlham Əliyevin tərəfdarları və hakim partiyanın üzvləridir.
Avropa Parlamentinin Hollandiyadan olan üzvü Qerben Yanın Azərbaycana səfər edəcəyi və burada siyasi məhbuslara baş çəkəcəyi, gənclərlə görüşəcəyi də reportajda bildirilir. Avropa Parlamentinin üzvü kanala açıqlamasında Əliyev rejiminin vətəndaşların təməl hüquqlarına ciddi problemlər yaratdığını deyərək, ölkədə demokratiya uğrunda mübarizə aparanlara, dinc mitinqçilərə qarşı zorakılıqların olmasını, insan haqlarının pozulmasını pisləyib. Qerben Yan səfəri zamanı bunları diqqətdə saxlayacağını deyib.
“Eurovision”un Hollandiya üzrə rəhbəri Sietse Bakker isə Bakıda olduqları zaman səhnədən siyasi məqsədlər üçün istifadə etməyəcəklərini, ancaq mətbuat konfranslarında və başqa toplantılarda insan haqları məsələlərini qaldıracaqlarını söyləyib.
Yorum bırakın
Henüz yorum yapılmamış.
Bir Cevap Yazın