BEYNƏLXALQ JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ AZƏRBAYCANIN HƏBSİNDƏ OLAN JURNALİSTLƏRİ AZAD ETMƏYƏ ÇAGIRIB.

Azərbaycanda altı jurnalist həbsdədir. Təşkilat hesab edir ki, bu, dünya üzrə ən böyük göstəricidir.

 “Eurovision” müsabiqəsi ərəfəsində Azərbaycanda altı jurnalist həbsdədir. Bu, dünya üzrə ən böyük göstəricidir. Bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (BJMK) bəyanatında deyilir.

“Bu jurnalistlər uydurma, siyasi motivli ittihamlarla həbs olunub”, – sənəddə vurğulanır.

BJMK Azərbaycan prezidenti İlham Əliyevə müraciətində bildirir. “Biz sizi mətbuat azadlığına dair beynəlxalq standartların təmin olunması ilə bağlı götürdüyünüz öhdəliklərə əməl etməyə, dərhal və heç bir şərt olmadan jurnalistləri azad etməyə çağırırıq”, – BJMK-nın direktoru Coel Saymonun məktubunda qeyd edilir.

O həmçinin prezident Əliyevi sistematik olaraq islahatlar aparmağa, Azərbaycanda mətbuat azadlığının pisləşməsinin səbəblərini araşdırmağa çağırıb. “Eurovision” ərəfəsində Azərbaycan hakimiyyəti ölkənin imicini yaxşılaşdırmaq üçün böyük pullar xərcləyir, eyni zamanda hakimiyyət tənqidi səsləri boğur. Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Koalisiyasının bu yaxınlardakı hesabatı göstərir ki, ölkədə ciddi problemlər var. Bura söz azadlığının məhdudlaşdırılması, jurnalistlərə qarşı zorakılıq halları, onları təqib edənlərin cəzasız qalması daxildir. KİV dövlətin tam nəzarəti altındadır”.

Həbsdə olan “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı “Baltika-Bakı” MMC-nin “Eurovision-2012” müsabiqəsinin rəsmi sponsoru olmasına etiraz edir. Turan Agentliyinin məlumatına görə, jurnalist etirazı əks olunan müraciətini Avropa Yayım Birliyinə (AYB) göndərib.

Cənab Zeynallı “Baltika-Bakı” MMC-ni söz və mətbuat azadlığını boğmaqda ittiham edir. Əsas kimi redaktoru olduğu qəzetin bu MMC tərəfindən 50 min manat cərimə edilməsini göstərir. Bu şirkətin rəsmi Bakının əlində “alət”ə döndüyünü iddia edir.

“Hesab edirəm ki, AYB söz azadlığına qənim kəsilən bir şirkətin “Eurovision” müsabiqəsinə sponsorluq etməsinə imkan verməyəcək”, – deyə redaktor bildirib.

2011-ci ildə “Xural” qəzeti şirkət fəhlələrinin müraciətləri əsasında “Baltika-Bakı” MMC-də istehsal qaydalarının pozulmasına dair məqalə hazırlayıb. Bununla bağlı şirkət qəzeti məhkəməyə verərək 150 min manat təzminat tələb edib. 2011-ci il oktyabrın sonlarında redaktor Ə.Zeynallı həbs edilənə kimi məhkəmə qərar çıxara bilməyib. 2012-ci ilin yanvarında isə məhkəmə redaksiyaya və vəkilə xəbər vermədən artıq fəaliyyəti dayandırılmış qəzetin 50 min manat cərimə olunması haqda qərar çıxarıb.

 Tapdıq Fərhadoğlu | Bakı

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER