«BAKİ İNQİLAB ÜÇÜN GÖZƏL MƏKANDIR»

Vigenin Kristian: «Deyəsən, burada inqilab olacaq, buradakı vəziyyət hamıya aydındır»“Avronest” Parlament Assambleyasının iclası işinə başlayıb. Dünən Milli Məclisin binasında keçirilən iclasda quruma üzv olan ölkələrin parlamentariləri bir sıra məsələləri müzakirə ediblər. Iclas başlamazdan öncə isə maraqlı hadisə baş verib. “Avronest” PA-nın prezidenti Bolqarıstanlı deputat Vigenin Kristian Bakını inqilab üçün gözəl məkan kimi dəyərləndirib. Sədarət kürsüsündə ətrafına çoxsaylı insanların yığışdığını görən, Vigenin Kristian deyib: “Burada nə baş verir? Deyəsən, burada inqilab olacaq. Bakı inqilab üçün gözəl məkandır. Buradakı vəziyyət dünyada hamıya aydındır”. 20-yə yaxın deputat bu sözlərinə görə, Vigenin Kristianini alqışlayıb.

Bundan sonra Vigenin Kristian gündəliyi elan edib. Bəlli olub ki, gündəlikdə quruma üzv dövlətlərdə ifadə azadlığının təmininə dəstək adlı hesabat və vətəndaş cəmiyyəti qurumlarının inkişafı, hökumətlə vətəndaş cəmiyyəti qurumlarının münasibətlərinə dair hesabatların müzakirəsi dayanır.
Birinci məsələ ilə bağlı qonaq qismində çıxış edən QHT nümayəndəsi Qubad Ibadoğlu təklif edib ki, quruma qoşulan ölkələrdə seçkilərə nəzarət, seçkilərin ədalətliliyinin təmini məsələsinə də önəm verilməlidir.Erməni nümayəndə heyətinin rəhbəri Vahan Ovnesiyan isə  Azərbaycanı tənqid edib. Erməni deputat iddia edib ki, Bakıda onlara qarşı çıxışlarda sui-istifadə hallarına yol verilib: “Azərbaycan rəsmiləri bizi faşistlərə bənzətdi. Bizim ölkəmizi faşistlər ölkəsi adlandırıblar. Burada gözlədiyimiz münasibətlə qarşılaşdıq. Ermənistana qarşı nifrət hisslərini gördük”. 
Erməni nümayəndə heyətinin adından yayılan bu bəyanat onların özü tərəfindən yazılı şəkildə iclasda paylanıb. 
Iclasın spikeri Vigenin Kristian isə bəyanatın protokola daxil edildiyini deyib. 
Ermənistan nümayəndə heyətinin digər üzvü Lilit Qalstyan da Bakıda erməni xalqının faşist kimi qələmə verilmə cəhdindən danışıb. O, iddia edib ki, Ilham Əliyevin çıxışı qurum daxilindəki əməkdaşlığa kölgə salır: “Burada Azərbaycan prezidentinin və digər rəsmilərin çıxışları münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərən amillərdir”. 
Azərbaycanlı deputatların bu iddialara cavabı gecikməyib.
Deputat Fuad Muradov iclasın rəhbərliyinə müraciət edərək ermənilərin sessiyanın işini pozmağa çalışdığını bildirib: “Dünən ayrı-ayrı komitələrin iclası keçirilib və hər bir tərəf öz fikrini orada ifadə edib. Biz Avropa Şurasında, NATO-da, ATƏT-də dediklərimizdən başqa bir söz deməmişik. Torpaqlarımızın işğal olunduğu faktdır. Sadəcə belə çıxışlarla ermənilər sessiyanı pozmaq istəyirlər”. 
Deputat Məlahət Ibrahimqızı isə erməniləri təmkinli olmağa çağırıb: “Burada emosiyalarla danışmağa ehtiyac yoxdur. Azərbaycan nümayəndə heyəti burada BMT-nin, ATƏT-in və başqa beynəlxalq qurumların Qarabağın işğalını özündə əks etdirən sənədlərə istinad edib danışıblar. Ona görə də BMT sənədlərinə istinadən danışılan fikirlərə belə emosiyalarla reaksiya vermək lazım deyil”. 
Avropalı nümayəndə Sivik Morek bildirib ki, demokratiya üçün azad seçkilər  mütləq şərtdir: “Şərq tərəfdaşlığı ölkələri insanların öz hakimiyyətlərini azad seçki yolu ilə dəyişməsinə nail olmalıdırlar”. 
Daha sonra gündəlikdəki növbəti məsələnin – vətəndaş cəmiyyəti qurumlarının inkişafı və hökumətlə vətəndaş cəmiyyəti qurumları arasında münasibətlərə dair hesabatın müzakirəsinə başlanılıb.
Avropa Parlamentinin üzvü Laima Licia çıxış edərək diqqəti Azərbaycandakı vəziyyətə çəkib. O, bildirib ki, QHT nümayəndələri (Leyla Yunusu nəzərdə tutur) Azərbaycandakı vəziyyətin pis olduğunu deyib: “Məlumat verildi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. 2009-cu ildə QHT-lərin fəaliyyətini əngəlləyən qanun qəbul olunub. Venesiya Komissiyası bunu tənqid edib. Həbsxanalarda vəziyyət pisdir”.
Sonra ermənistanlı deputat Styopa Safaryan Azərbaycan hakimiyyətini müxalifətə qarşı repressiya siyasəti həyata keçirməkdə günahlandırıb: “Insan hüquqlarının durumu Azərbaycanda çox pisdir. Azərbaycan ”Avronest”ə üzvdürsə, Şərq tərəfdaşlığına qoşulubsa, vəziyyəti dəyişməlidir”. 
Avropa Parlamentinin üzvü Zita Gürmai şərq tərəfdaşlığı ölkələrinin sənədlərdə əks olunanlara hörmətlə yanaşmalı olduğunu deyib. O, hər bir ölkədə vəziyyətin müsbətə doğru dəyişməsinin Avropaya gedən yol üçün lazımlı olduğunu bildirib.
Sonda hər iki sənəd səsə qoyularaq qəbul edilib.
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER