Azərbaycanla bağlı xaricdən televiziya layihəsi başlayır

“Azadlıq”ın baş redaktoru müstəqil proqramla efirə gəlir

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Almaniya telekanalı olan “Kanal Avropa”da həftədə iki dəfə 1 saatlıq “Azərbaycan saatı” adlı televiziya layihəsi ilə azərbaycanlı tamaşaçılar üçün proqram hazırlayır. Proqram ilk dəfə bu həftənin cümə günü, aprelin 6-ı saat 20:00-da efirə veriləcək. 
Azərbaycanlı tamaşaçılar üçün proqramı izləmək olduqca asandır. Belə ki. “Kanal Avropa” “Türksat” üzərindən translyasiya edilir. 
Verilişin sonrakı buraxılışları hər həftənin çərşənbə axşamı və şənbə günləri Bakı vaxtı ilə saat 19:00-dan 20:00-a qədər davam edəcək. 
Layihə ilə bağlı Qənimət Zahid azadliq.info-ya bunları bildirib: “Azərbaycan əhalisinin ciddi informasiya ehtiyacı var və çox təəssüf ki, ölkədə müstəqil telekanal olmadığına görə bu ehtiyacın təmin olunması mümkün deyil. Ölkədə müstəqil mövqeyi ilə seçilən bir-iki qəzet bu boşluğu doldurmağa çalışir, amma qəzetlərin tirajı və yayım imkanları çox məhdud olduğundan belə bir televiziya proqramının yaradılması olduqca zəruri idi. Biz kanalın rəhbərliyi ilə anlaşıb, Azərbaycan əhalisinin informasiya tələbatını azacıq da olsa qarşılaya biləcək bir verilişin efirə getməsinə nail ola bildik. Yəqin hamıya aydındır ki, bu, ilk təcrübədir və buna görə də ilk verilişlərdə qüsurlarımız bir qədər artıq ola bilər. Bu qüsurlara görə bəri başdan üzr istəyir və hər kəsi əmin edirəm ki, ən qısa müddətdə izləyicilərimiz mükəmməl bir proqramın şahidi olacaqlar. Başlıcası budur ki, alternativ bir informasiya mənbəyini yaratmaq üçün göstərdiyimiz cəhdlər müəyyən nəticə verir. Proqramın təbii ki, “Azadlıq” la hec bir əlaqəsi yoxdur və bu, bir növ müəllif verilişidir. Doğrudur, mənim televiziya təcrübəm yoxdur, amma tədricən hansısa vərdişlərə yiyələnmək çətin olmayacaq. Eyni zamanda, əminəm ki, Azərbaycanda və başqa ölkələrdəki müstəqil jurnalistlərimiz, blogerlərimiz, ayrı-ayrı vətəndaşlarımız mənə yardım edəcəklər. Buna görə də her kəsə öncədən minnətdarlıq edirəm”.

Kanalın yayım tezliyi: Türksat 12 562 25 000 5/6V

İnternet ünvanı: http://www.kanalavrupa.tv/pages/live/big.html

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER