MƏN HEYDƏR ƏLİYEVLƏ NƏ ÜÇÜN GÖRÜŞMƏLİ İDİM?

Əliyevin kadrları və milli bölücülüyün yaratdığı faciələr…

Mənə dedilər ki, Heydər Əliyev baş prokuror Eldar Həsənova məni dərhal azad etmək və mənimlə birlikdə mayın 5-də onun qəbulunda olmaq əmrini verib (1998). Mən bununla bağlı heç nə demədən bildirdim ki, Gürcüstana gedəcəyəm. O, təkidlə xahiş etdi, çünki bu, Əliyevin tələbi idi. Həbsxanadan məni Habil Qurbanov öz maşınında götürdü və yolüstü “təsadüfən” Abbas Abbasovla rastlaşdıq. Məni onun maşınına dəvət etdilər və Abbasovun sürücüsü məni evimizə apardı. Yalnız evə çatanda mənə bəlli oldu ki, bunların mənim cibimə qoyduğu 100 dollarlıq əskinas imiş… Dərhal bildim ki, anamın başına hansı işlər gəlib. Gürcü televiziya kanalından bir jurnalist çağırdım və onlar valideynlərimin öz dillərindən onların başına hansı oyunlar gətirildiyini, onları necə silahlı adamların qabağına qatıb Azərbaycandan qovduqlarını çəkdilər. Mən kaseti götürüb Habil Qurbanovun yanına gəldim, ona dedim ki, mənim valideynlərimə bu zülmləri edənlər ilk növbədə mənim anamdan üzr istəməlidirlər, o zamana qədər də sizin prezidentinizlə danışacaq heç bir sözüm yoxdur.

İsa Sadıqov

Əvvəli ötən saylarımızda

Onun əqrəbası ölkəni əmlak kimi bölməklə məşğul olurdu
Əliyevin təyin etdiyi kadrlar anlaşılmazlıq, təəccüb və gülüş doğururdular. Onlardan bir neçəsini xatırlamaq kifayətdir: XX – Vasif Talıbov, Lissabonun sammit şəhəri – Rasim Daşdəmirov, Gədəbəyin icra başçısı təyin olunan və qəribə bir ayaması olan Ramiz adlı adam, daha şübhəli ləqəblə tanınan və Qazaxa icra başçısı qoyulan Əsəd adlı başqa bir adam, Hacıbala Abutalıbov və başqaları…
Və daha ilginc bir detal: hakimiyyət ilk növbədə Əliyevin ən yaxın qohumlarının müstəsna mülkiyyəti hesab edilirdi. Hər şey onların arasında bölünür və hər kəsin öz sferası müəyyən edilirdi. Bütün bunlar isə olduqca saymazyana, milləti eybəcər şəkildə təhqir etməklə aparılırdı. Öz həyatını bu ölkə uğrunda fəda edən insanlar lazımsız bir əşya kimi bir kənara tullanır, “xalq düşməni” adı ilə həbsxanalarda çürüdülür, bir parça çörəkdən məhrum edilir, amma onun yaxınları və qohumları ölkənin bütün resurslarının sahiblərinə çevrilirdilər. Ölkəni ata mülkü hesab etməyə onun hansı haqqı vardı – anlamaq olmurdu.
Əlbəttə, onun Azərbaycan haqqında, mənim dəfələrlə vurğuladığım kimi, müstəsna təsəvvürləri vardı və bu təsəvvürlər ondan ibarət idi ki, Azərbaycan onun əmlakıdır. Burada yaşayan milləti isə o, heç zaman vecinə almayıb, onların nə düşündükləri onun üçün zərrə qədər də maraqlı olmayıb. O, bütün mümkün vasitələrlə milləti aşağılayırdı ki, özünün əzəmətini sübut edə bilsin.

Parçala və… ye

Onun iş metodu da insanların parçalanması üzərində qurulmuşdu: praktik olaraq, bütün nazirliklərdə, idarələrdə rəhbərliyə daxil olanlar bir-birinə düşmən olmalıydılar. Isa Nəcəfovla Eldar Həsənovun, Nəcməddin Sadıqovla Səfər Əbiyevin,.. nümunəsində olduğu kimi ikinci şəxslərin birinci şəxslərlə müharibəsi alovlandırılırdı. Bütün mərhələlərdə adamların bir-birinə etimadsızlığı və inamsızlığı təlqin edilirdi. Və bu şəraitdə hansısa uğurlardan danışmaq, ölkənin inkişafı barədə söhbət açmaq, sadəcə olaraq, riyakarlıq ola bilərdi.
Və bu zamanlarda paralel olaraq, adamların vəzifələrə rüşvətlə təyin edilməsi mexanizmi mükəmmel şəkildə işə düşdü. Orduda hətta sıravilər belə, pul verib vəzifə almağın mümkünlüyü haqda düşünürdülər. Bu, millətin bütün perspektivini məhv edə biləcək bir miqyasda idi. Rüşvət bazarı genişləndikcə, insanlar hətta bütün dəyərlərin pulla tədavülünün mümkünlüyünü dərk etməyə başladıqca, çox az adam işğal edilən torpaqlar, cəbhədəki vəziyyət haqda düşünməyə başladı, hakimiyyət ailələri isə birmənalı şəkildə şövq və ehtirasla azərbaycanlıların son 100 ildə əldə etdiyi bütün mülk və sərvətləri ələ keçirməyə, özəlləşdirməyə girişmişdilər.
Mən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olan zaman icra hakimiyyəti başçılarının necə işlədiklərini görmüşdüm. Bunları Əliyevin vaxtında da görürdüm. Əliyevin icra başçılarını müharibə, döyüş, bu prosesdə yaranan ən müxtəlif problemlərə qətiyyən cəlb etmək mümkün deyildi. Onları yalnız bir şey maraqlandırırdı – daha harada və daha necə oğurlamaq, ələ keçirmək, satmaq, qazanmaq olar ki, vəzifəyə gəlmək üçün verdikləri pulu çıxarsınlar və gəlir əldə edə bilsinlər. Axı, onların heç biri bu vəzifələrə rüşvətsiz təyin edilmirlər. Ölkə ən qısa müddətdə tanınmaz hala gəldi. Şərəf və ləyaqət vətəndaşın ictimai təqdimatı olmaq funksiyasını itirdi və tamam başqa dəyərlər dövriyyəyə girdi.

“Qraz” nə deməkdir?

Azərbaycan xalqı bir millət olmaqdan çıxıb regional mənsubiyyət üzrə bölünməyə başladı. Mən çox yaxşı xatırlayıram ki, əsl ziyalı və vətəndaş dəyərlərilə alışıb yanan Naxçıvanlılar və Ermənistanlılar hakimiyyətin bu bölücü daxili siyasətindən necə ürək ağrısı ilə danışırdılar. Adamlar Naxçıvan və ya Ermənistan pasportu ələ keçirmək üçün nələrə əl atmırdılar?! Hətta hansısa regional partiyalar belə, yaratmaq təşəbbüsləri vardı. Əliyev epoxasının çiçəklənməyə başladığı zamanlarda “Qrazlar” – biz Gürcüstanlıları da belə adlandırırdılar axı – belə bir avantüraya getmək həvəsinə düşmüşdülər. O zamanlar yüksək post tutan Gürcüstanlılardan biri mənimlə söhbətində bu cür təkliflər verməyə başlamışdı: bizim cavanların arasında yaymaq lazımdır ki, Naxçıvanlı və ya Ermənistanlı qızlarla evlənsinlər, irəli çəkilsinlər. Mən “o zaman biz də öz qızlarımızı gürcülərəmi verək?” deyə, bu adamı başımdan rədd etdim.
Bəli, hakim siyasətin təlqin etdiyi dəyər bu idi ki, insanlar öz ailəsini belə, siyasi konyunktura üzrə qurmalıdırlar.

Rəsulzadə, Mütəllibov və Heydərizm

Tamamilə təsadüfən Heydər Əliyevin bir çıxışı əlimə keçdi. Bu sözləri o, hələ ikinci dəfə hakimiyyyətə gelməmişdən əvvəl demişdi. O, auditoriyaya müraciət edərək gileylənirdi ki, Rəsulzadənin adı, abidəsi heç yerdə yoxdur, ədəbiyyatda adı çəkilmir və hər yerdə Mütəllibovun plakatları, şəkilləri asılıb. O, Mütəllibovu ittiham edirdi ki, dövlətin əsasını qoyan bu adama qarşı qərəz və haqsızlıq edir. Özümü gülməkdən güclə saxladım. Bu, əsl komediya idi. Təkcə ona görə yox ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Rəsulzadənin adını çəkmək, onu anmaq rəsmən qadağan edilib, həm də ona görə ki, bu məsələ ilə bağlı daha bir xatirə yadıma düşmüşdü.
1995-ci ilin may ayında Heydər Əliyev bir qrup müharibə veteranını Moskvaya, qələbənin ildönümü münasibətilə yola düşməmişdən əvvəl qəbul etmişdi. O, müharibə veteranları qarşısında çıxış edərək onların bu nəhəng qələbə naminə göstərdikləri şücaətlər barədə danışırdı və aydın idi ki, bunlar onun Sovet dönəmindən xatirəsində ilişib qalmış ənənəvi frazalar idi. Və birdən Əliyev belə bir ifadə işlətdi: “Siz orada qan tökəndə, vuruşanda bəziləri gedib oralarda Hitlerlə görüşürdülər”.
Bəli, o əvvəlki çıxışından cəmi 3-4 il sonra dediyi bu sözlərlə məhz Rəsulzadəni nəzərdə tuturdu və əvvəlki ilə daban-dabana zidd olan ifadələr işlədirdi. Məhz bu ifadələr də onun əlaltıları üçün siqnal oldu. Bu siqnal onu müəyyən edirdi ki, Azərbaycan tarixində Heydər Əliyevin avtoritetinin qarşısında dayana biləcək kimsə qalmamalıdır. Məhz bundan sonra Azərbaycan xalqının bu böyük oğluna qarşı saymazyana münasibət göstərməyə başladılar. Onun büstlərini götürdülər, portretlərini çıxardılar, bir sözlə, bütün vasitələrlə unutdurmağa çalışdılar. O, Əliyev bütünü və Heydərizm adlı dini yaratmaq siqnalını verdi və əlaltıları da bu istiqamətdə “quruculuq” işlərinə başladılar. Və o, bu prosesə birbaşa özü rəhbərlik edirdi.

Xanış siyasəti

Heydər Əliyev hansısa çoban Xanışla çay süfrəsi ətrafında saatlarla siyasət haqqında, ölkənin problemləri barədə danışardı, amma ciddi bir siyasətçi ilə danışmazdı. Yalnız ona görə yox ki, bunu istəmirdi və ya onları saya salmırdı. Əsasən ona görə ki, bunun üçün hazırlığı yox idi. Bir var çobanla danışıb onun ləbbeykini müşahidə edəsən, bir də var, opponentinlə danışıb onun iradlarına, arqumentlərinə cavab verməli olasan.
Əliyev hakimiyyətdə və ətrafında savadlı, intellektli, ruhən xalqa yaxın olan insanları görməyi xoşlamırdı. O, belələrini dərhal sıradan çıxarır, məhv edirdi. Çünki belələrindən qorxurdu…

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER