HEYDƏR ƏLİYEV SƏNİ GÖZLƏYİR

Aministiya haqqında qanunu barmaqlarına dolamışdılar

Bir qədər də dustaqlıq həyatımdan bəhs etmək istərdim. Əslində həbsə alındığım zamandan 1 il sonra mənim şərti olaraq azadlığa çıxmaq hüququm vardı. Amma mənə dedilər ki, Gürcüstan vətəndaşı olduğuma görə il yarımdan sonra çıxa bilərəm. Oturub gözləməkdən başqa çarəm yox idi. Həbsxanada müntəzəm idmanla məşğul olurdum: ordu həyatından qalma bir vərdişim idi ki, hər səhər və axşam idmana vaxt ayırırdım. Eyni zamanda müşahidə edirdim ki, bu, həbsxana rəhbərliyinin xoşuna gəlmir. Onların səbri çatmadı və nəhayət, günün birində məni rəisin yanına çağırdılar. Rəis dedi ki, rəhbərlik sənin həbsxanadan qaçmaq planlarının olduğu haqda məlumat əldə edib və idmana da buna görə xüsusi fikir verdiyini bilirik. Buna görə də idmanı buraxmamı tələb etdi. Mən onun üzünə baxdım və heç nə demədən çıxdım. Bundan sonra idmanla barakda, çarpayıların arasında məşğul olmağa başladım.

İsa Sadıqov

əvvəli ötən saylarımızda

Buranın yayı əsl cəhənnəm istisi idi. Üstünə bir şey atıb yatmaq mümkün deyildi. Buna görə də dustaqların çoxu öz çarpayılarında miçətkənə bənzər bir şey düzəldib yatırdılar ki, həm də nəhəng ağcaqanad qoşunlarının hücumlarından özlərini qorusunlar. Amma mənə bunu da etmək yasaq edilmişdi. Mən boğazıma qədər odeyala bürünüb sadəcə üzümü tənziflə örtərək yatmağa məcbur idim. Hətta bunu da hamı yatandan ve nəzarətçiler ortalıqdan çəkiləndən sonra edirdim.

Bir parça kətan və daha 6 ay

Qanunla nəzərdə tutulan qaydaya görə, buradan çıxmağıma ikicə gün qalmış məni rəisin yanına çağırdılar. Rəis dedi ki, sənin bütün sənədlərin hazırdır, amma islah olunmadığına görə səni azadlığa buraxa bilmərik. Mən islah olunmadığımın nədə ifadə edildiyini soruşanda isə o dedi ki, gecələr yatanda üzünü tənziflə örtürsən. Bəli, məhz, belə! Rəis izah etdi ki, bu qayda pozuntusuna görə mən daha 6 ay həbsdə qalmalıyam. Həbsxananın öz qaydaları var və onların məni nəyə təhrik etdiklərini anlayırdım. Amma bu xırda insanlarla bu məsələlər üzərində mübahisə yaratmağı özümə sığışdıra bilməzdim. Və mən bu balaca tənzif parçasından ötrü daha 6 ay həbsdə qalmalı oldum. Bu müddətdə bəzi deputatlar mənimlə görüşə gəldilər. Əlbəttə, yuxarıların razılığı ilə. Məqsəd bu idi ki, məni əfv ərizəsi yazmağa razı salsınlar. Mən narahatlıq üçün onlara təşəkkür etdim və əlbəttə, müsbət cavab vermədən onlardan ayrıldım.
1997-ci ilin oktyabrında aministiya qanunu çıxdı və təsadüfən mənim maddəm də həmin qanuna düşdü. Məni yenə rəisin yanına dəvət etdilər, təbrik etdilər və bildirdilər ki, Əliyevə əfv ərizəsi yazıb getməliyəm. Mən isə kəskin etirazımı bildirdim. Bundan sonra daha 6 ay məni orada saxladılar. Hər dəfə ailəm mənimlə görüşə gələndə də təbii ki, onları da təlimatlandırırdılar ki, məni yola gətirsinlər. Onlara deyirdilər ki, baxın, bütün sənədlər hazırdır, adam sadəcə olaraq, ərizə yazıb buradan çıxmalıdır. Xatırlayıram ki, bir dəfə azyaşlı oğlum mənə dedi ki, ərizə yazıb çıxım və birlikdə evimizə gedək. Mən ona dedim ki, bax, oğlum, mən ərizə yazıb çıxa bilərəm, amma gərək adımı da dəyişim və buradan çıxandan sonra məni başqa adla çağırsınlar. Bundan sonra oğlum mənə heç nə demədi.

Rəis cibimə nəsə dürtdü və mən onu çıxara bilmədim

1998-ci ilin aprel ayının 17-də aministiyanın müddəti başa çatdı. Məni rəisin yanına çağırdılar və orada rəisin yerində baş idarənin rəisi Aydın Qasımovun oturduğunu gördüm. Aydın Qasımovdan başqa burada Baş Nəzarət Idarəsinin rəisi Habil Qurbanov da vardı. Onlar tələb etdilər ki, ya ərizə yazıb get, ya da heç zaman buradan çıxmayacaqsan. Mən yenə də sərt etiraz etdim və çölə məktub göndərərək mənə qarşı bu qanunsuzluqlar barədə ətraflı məlumat verdim. Aydın Qasımov və Habil Qurbanov bu günlər ərzində bir neçə dəfə, bəzən hətta bir gün ərzində bir neçə yol gəlib məni dilə tutmağa, hədə-qorxu gəlməyə başladılar. Mən başa düşürdüm ki, onlar tələsirlər. Aministiyanın müddəti artıq 3 gün idi ki, bitmişdi. Aprelin 20-də gecə məni bir daha Aydın Qasımovla görüşdürdülər və o, bir daha ərizə yazmaq təklif edərək rədd cavabı aldı. Bu görüşümüzdə o, əlini mənim cibimə salıb zorla ora nəsə qoydu. Mən nə qədər müqavimət göstərsəm də mümkün olmadı. O, cidd-cəhdlə xahiş etdi ki, mən onun verdiyini qəbul edim. Bu adamlar çox miskin vəziyyətdə görünürdülər və onların neyləmək istədiyini, açığı başa düşmürdüm. Onlardan tələb edirdim ki, aministiya haqqında qanuna əlavə edərək bu qanunun Isa Sadıqova dəxli olmadığını rəsmən elan etsinlər ki, mənim bundan sonra da içəridə oturmağımın qanuni əsası olsun. Bu zaman Aydın Qasımov xahiş etdi ki, belə bir ərizəmi, açıqlamamı yazım: “əgər müharibə başlarsa, ali baş komandan Əliyevin əmri ilə yenidən döyüşə yollanmağa hazıram”. Mən güldüm və bildirdim ki, bunu yazmaq belə namuslu bir zabit üçün həqarətdir, çünki müharibə başlarsa, oraya yollanmaq mənim borcumdur və bundan ötrü Əliyevin və ya bir başqasının çağırışını gözləməyə ehtiyac yoxdur və olmayacaq.
Bütün bu söhbət müddətində Habil Qurbanov susurdu. Nəhayət, Aydın Qasımovla söhbətin səmərəsizliyini görüb müdaxilə etdi. 
Baş prokurorla birlikdə Heydər Əliyevin yanında olmalısan!
Bildirdi ki, Baş prokuror prezidentin yanına qalxaraq sizin qanunsuz həbsdə saxlandığınız barədə məlumat verib. Cənab prezident sizin həbsdə olmağınızı eşidərək çox pərişan olub. Onun bundan xəbəri yoxmuş. Eldar Həsənova göstəriş verib ki, məni dərhal azad etsin və 5 may 1998-ci ildə ikimiz də birlikdə onun qəbulunda olaq…

ardı var

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER