İSA QƏMBƏR : “MUSAVATIN TARİXİ ƏDALƏTSİZLİYƏ, AVTORİTARİZMƏ, TOTALİTARİZMƏ QARŞI MÜBARİZƏ TARİXİDİR”

İsa Qəmbər: “Müsavatın tarixi ədalətsizliyə, avtoritarizmə, totalitarizmə qarşı mübarizə tarixidir”

Müsavat Partiyasının 100 illik tarixi, dəyərlər, azadlıqlar, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir. Ədalətsizliyə, avtoritarizmə, totalitarizmə qarşı mübarizə tarixidir. Bu partiya Azərbaycanın dövlət müstəqilliyini təmin edib.  Bu barədə Müsavat başqanı İsa Qəmbər “Obyektiv” televiziyasına (www.obyektiv.tv) müsahibəsində bildirib.  

Onun sözlərinə görə, Müsavat Azərbaycana böyük ideologiya verib, siyasi cərəyan təqdim edib, yol və istiqamət göstərib. “Dövlətin rəmzlərini, üçrəngli bayrağı, gerbi Azərbaycana təqdim edib. Müsavat həm də bir mübarizə rəmzi ortaya qoyub. Həm 1918-1920-ci illərdəki hakimiyyət, həm 1920-ci ildən 1991-ci ilədək mühacirətdə və gizli şəraitdə fədakarlıqla aparılan mübarizə, həm də 1991-ci ildən indiyədək bizim nəslin üzərinə düşən bir dövr. Biz fəxr edirik ki, 1991-ci ilin sonları 1992-ci ilin əvvəllərində Müsavatın xaricdə yaşayan liderləri partiyanın fəaliyyətini Azərbaycanda bərpa etmək qərarına gəldilər və bu şərəfli missiyanı bizə etibar etdilər, bizə güvəndilər. Biz fəxr edirik ki, bütün çətinliklərə baxmayaraq, partiyanı son 20 ildə də yaşatmışıq, ölkənin əsas siyasi qüvvəsinə çevirə bilmişik, seçkilərdə xalqın etibarını qazana bilmişik”. 

İ.Qəmbər Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli şəxsinin partiyanın 100 illik yubileyini sıradan bir partiyanın yubileyi adlandırmasını “nadanlıq” kimi qiymətləndirib: 

“Bu, nadanlıqdır. Bu, təkcə bisavadlıq deyil, həm də nadanlıqdır. Çünki ibtidai sinif şagirdinə də bəllidir ki, 100 illik bir partiya adi partiya deyil. Dünyada 100 illik siyasi partiyalara malik xalqların sayı o qədər də çox deyil. Nəzərə alsaq ki, bu 100 il sadəcə bir xronologiya faktı deyil, bir qədər əvvəl söylədiyim kimi, bu 100 il zəngin bir mübarizə tarixidir. Böyük ideologiya, siyasət məktəbi və dəyərləridir”.

O bildirib ki, partiya liberal dəyərlərə sayğılı davranıb və biz də Azərbaycanda partiyanı bərpa etdikdən sonra həmin dəyərləri inkişaf etdirib. “Qadınlara partiya rəhbərliyində 25 faiz kvota müəyyən etmişik, Azərbaycanın tarixində ilk praymeriz keçirmişik, deputatlığa namizədləri partiyanın rəhbərliyi deyil, partiyanın üzvləri səsvermə yolu ilə müəyyənləşdirib. Bir sıra başqa addımlar da atmışıq ki, partiyada azadlıqlar yüksək səviyyədə olsun. Bunları cəmiyyətdə də yaymağa çalışmışıq. O cümlədən də, bir şəxsin iki dəfədən artıq partiyanın rəhbəri və digər rəhbər strukturların başçısı olması məhdudlaşdırılıb. Bütün bunlar, Müsavatın demokratiyaya münasibətinin və Azərbaycana verdiyi örnəklərin nümunələridir”, – o qeyd edib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER