BİZƏ DÜŞMƏN OLAN BİRİ.1-CI VƏ 2.Cİ HİSSƏLƏR

BİZƏ DÜŞMƏN OLAN BİRİ-1

“Qurani Kərim aradan götürülüb məhv

edilmədikcə sülh üzünü Avropaya döndərməyəcəkdir

William Evart Gladstone”

“Mən, siyasi ilhamımı William Evart Gladstonedan

aldım, mənim qəhrəmanım odur.

Tony Blair”

Türklər, tarix səhnəsində çıxış edəndən bəri daim məzlumun hamisi olublar. Xarakterimizin bu yönündən asılı olaraq bəzilərinin, yəni zalımların bizdən zəhləsi gedir. Onsuz da onların bu fikrini və duyğusunu indiyə kimi heç vecimizə də almamışıq və indən belə də almayacayıq. Bu fikirdə olduğumuzdan ötürüdür ki, heç kəsə düşmən gözüylə baxmamışıq, baxmırıq da. Millətçilik anlayışımızı heç kəs irqçi zəminəyə çəkə bilməz, çünki tarix boyu bu fikrə heç vaxt nə üz döndərdik, nə də yaxşı gözlə baxdıq. Dövlətlərimizi tənəzzülə uğradıb yıxanları, xalqlarımızı qırğınla məhv edənləri belə, bəşəriyyətin narahatçılığına səbəb olar deyə, onlara nəinki düşmən gözüylə baxmaq, hətta onlarla dostluqlar da yaratdıq. Ruslarla, ingilislərlə, fransızlarla, çinlilərlə və digərləri ilə illər uzunu vuruşduğumuz halda bugün onların əksəriyyəti ilə müttəfiqik. Sadəcə olaraq bu rəftarımız belə bizim nə cür bir millət olduğumuzu sübuta kifayətdir.

Yazdığım məqalələrdə daimi olaraq tarixi hadisələrə işarə edir və tarixin böyük təcrübələrə malik olduğunu vurğulayır, gələcəyimizi təyin etməkdə də onun yeganə müraciət mənbəyi olduğunu dilə gətirmək istəyirəm. Tarix, böyük şairimiz Ustad Şəhriyarın dediyi kimi, “bir sinəma pərdəsi” kimidir, ora baxdıqda hər şeyi açıq-aydın görə bilərsiniz.

On doqquzuncu əsr, bəşəriyət tarixində “müstəmləkəçilik əsri” kimi yazılmışdır. Xüsusilə on yeddinci əsrdə gecələrin asudə havasını pozan vəhşi kaftarlar kimi özünü göstərən qərbli müstəmləkəçilər, bu rəftarlarını on doqquzuncu əsrdə kəllə-çarxa çıxardılar. Onların gəmi bu cür azı dişinə salmalarında amil olan əlbəttə ən önəmli səbəblərdən biri, on altıncı əsrdə Əmir Teymurun Qızıl Orda dövlətini məhv edib aradan götürməsi və rusların qarşısındakı ən böyük maneəni dağıtması olmuşdur. On səkkizinci yüzillikdə Rusiyanın başında dayanan, Türkiyədəki adıyla desək Dəli Piyotrun isti dənizlərə enmək xəyalı ilə alışırdı. Dünya müstəmləkəçilik imperiyasını yaratmaq üçün insanlıq ləyaqətini belə ayaqlar altına salaraq çığnayan Avropalı imperialistlərin, rusları özlərinin müstəmləkə sahələrinə yanaşdımamaq
üçün həyata keçirdikləri siyasət, dünyada yaşayan bütün xalqların tarixində öz güclü təsirini bağışlamışdır. Osmanlı İmperiyasının qüdrətli olduğu vaxtlarda nə ruslar, nə də Avropalı qansoran imperialistlər bəşəriyyəti o qədər də narahat edə bilməyiblər, ancaq Osmanlı dövlətinin zəifləməsi, onların gəmi azı dişinə salmalarına və dünyanı qan dəryasına döndərmələrinə səbəb olmuşdur.

Avropalı imperialistlər içində İngiltərə və Fransanın başda dayandığı şəksizdir. On doqquzuncu yüzillikdə İngiltərənin baş naziri olan William Evart Gladstone, İngilis müstəmləkəçiliyi ilə onun müstəmləkəçi siyasətinin ən önəmli simasıdır. O, Osmanlı Dövlətinin ləğvi üçün həm İngiltərə həm də qərb ictimaiyyəti ilə birlikdə Rusiyaya da güclü təsir bağışlayan bir siyasətçi kimi adını tarixdə səbt etdirmişdir.

Gladstone, 1809-cu ildə Liverpol şəhərində dünyaya gəldi. Oxuduğu kollec antik Yunan mədəniyyətinə xüsusi diqqətlə yanaşan bir tədris proqramı yeridirdi. O burada Latın dilini öyrəndi. Bu marağı Oxford Universitetində oxuyarkən də davam etdi. Aldığı təhsil və gördüyü təlimlə Yunan mədəniyyətini, Avropa mədəniyyətinin özülü kimi qəbul etdi və bu fikrinə ömrünün axırına kimi sadiq qaldı.

Babası Evanjelist Xıristiyan dini anlayışını mənimsəyən bir şəxs idi. Bu inam oğlu Johna, ondan da nəvəsi William Evart Gladstonea miras qalmışdı. Anası da ifrat səviyyədə qatı bir evanjelist idi. Məlumdur ki, evanjelistlər Katoliklərdən də daha radikal dini anlayışı mənimsəyiblər. Onların ən önəmli xüsusiyyəti isə İslam dininə duyduqları kin və nifrətdir. Gladstone də babasının, dədəsinin və anasının havasını udduğu ifrat evanjelist atmosferdə yetişdi. Bacısı Helenin 1842-ci ildə Roma Katolik Kilsəsinə üzv olmasını həzm edə bilmiyən Gladstone, dədəsinə yazdığı məktubunda bacısını dəhşətli şəkildə cəzalandırmasını və ailədən kənarlaşdırmasını tələb edəcək qədər ifrat bir dini anlayışa malikdi. Tanrının özünə xüsusi bir vəzifə tapşırdığını və dünyaya Evanjelist Din Dövlətini yaratmaq üçün gəldiyinə inanırdı. Təbii ki, bir
əlində xristianlıq, digər əlində də İngilis imperializmini əsas götürən bir siyasət xətti izləyirdi. Gladstone, on birinci yüzillikdə başladılan Xaçlı Yürəşlərinin on doqquzuncu əsrdəki yeni siması idi.

Uşaqlıq və gənclik illərində İslam dininə düşmən bir şəxs kimi yetişən Gladstoneun İngiltərədə dörd dəfə baş nazirlik postunda oturması, müsəlmanlara və Müsəlman dünyasının o vaxtlardakı hamisi olan Osmanlı Dövləti üçün hansı duyğuları hiss edəcəyi aydın şəkildə təxmin edilə bilər. Ona görə mədəniyyəti təmsil edənlər xristianlardı. Mədəniyyətin düşmənləri isə barbarlardı, vəhşilərdi, barbarlığı da təmsil edən din Müsəlmanlıqdı. İlahi mesajları yunanlılar xristian dini ilə yayırdılar və xristianlıq ilahi vəhin sonuncusu idi. Gladstone üçün İslam dini deyilən şeydən söhbət də gedə bilməzdi.

On doqquzuncu yüzillikdə İngiltərədə Ellen mədəniyyətinə duyulan heyranlıq zirvəyə çatmışdı. Ellen mədəniyyətinə duyulan heyranlıq da özü boyda Türk düşmənçiliyini tələb edirdi. Yunanıstanın müstəqillik mübarizəsi yeritdiyi vaxt tanınmış ingilis şairi Lord Byronun yunanlılarla çiyin-çiyinə səngərlərdə türklərə qarşı döyüşməsi Ellenizm heyranlığının çatdığı səviyyəni göstərirdi. İngilis toplumunda James Bryce, Sir Charles Newton, Oscar Wilde kimi dünya miqyasında şöhrət qazanmış simaların Ellenizm mədəniyyətinin təsirində qalaraq Türk düşmənçiliyi yeritmələrinin, onları James Francis Stevenson, Edwin Pears, Arnold Toynbee kimi şəxslərin izləməsi, Evanjelizm və Ellenizm heyranlığının nə mənaya gəldiyini açıq-aydın vurğulayır.

William Evart Gladstoneun millətçilik anlayışı da İngilis irqçiliyi özülü üstündə ucalmışdır. Britaniyalıların müstəmləkələrdə məskunlaşdırılması və oralarda yaşayan yerli əhaliyə ağalıq edərək onları idarə etməsi, onun demokratiya və mədəniyyət adına əsas götürdüyü bir fakt idi. Ona görə barbar dünyaya yalnızca ingilislər mədəniyyət apara bilər, digər xalqlar da onlara köləlik eliyərək mədəni ola bilərdi.

İngiltərənin xarici siyasəti, onun maliyyə naziri təyin olmasına kimi ötən vaxt ərzində rusların Ağdənizə (Aralıq Dənizi) enməsinə mane olan Osmanlı Dövlətinə arxa durmaq özülü üstündə qərar tapmışdı. Fransızları hər cəbhədə məğlub etmiş, Hindistan ticarət yolunu əllərinə keçirmiş və bu yol üstündəki bütün ölkələri müstəmləkələşdirmişdilər. Rusiyanın Ağdənizə enməsi Hindistan ticarət yolunu təhlükə ilə üzləşdirə bilərdi. İngiltərə, 1853-cü ildə başlayan Krım Hərbində həmin siyasətini yeritmək adına Osmanlı Dövlətini dəstəkləyərək Rusiyaya hərb elan etdi, ancaq Gladstone, maliyə naziri sifətiylə elə bir büdcə hazırladı ki, İngiltərə hərbdə nəhəng bir mali yüklə üzləşər deyə iştirak etmədi və Osmanlı Dövləti Rusiya qarşısında tək qalıb məğlub oldu.

Ruslar, müqəddəs torpaqlardakı Ortodokslarla maraqlanmaq məsələsinin özlərinə tapşırılmasını tələb edirdi. Əslində bu istək və arzu, onların Ağdənizə enməsi mənasına gəlirdi. Bu da ənənəvi İngilis siyasətinə müxalif olmaq deməkdi. Gladstone belə bir anda Osmanlı Dövlətinin təklənməsi və tənəzzülünün bünövrəsini qoymaq üçün lazımi addımı götürürdü. Əslində Krım Hərbi, Osmanlı Dövlətinin məhvinin özülünün qoyulduğu tarixi hadisədir. Bu hərbdə Osmanlı Dövləti götürə bilmiyəcəyi bir mali yükün altına girmiş və axırda Padşah II Əbdülhamid dövründə Düyunu Ümumiyyə deyilən və dövlətin xarici borclarını nəzarət altına alan idarə yaradılmış, bununla da Osmanlı Dövləti Avropalı imperialistlərin yarımmüstəmləkəsi halına gəlmişdir. Hərbin axırında elan edilən İslahat Fərmanı ilə birlikdə qərb dünyasının liberal fikirləri
Osmanlı Dövlətinə axın-axın gəlməyə başlamış və Osmanlı ictimaiyyəti, müxtəlif fikirlərin qalmaqal yaratdığı bir iğtişaş səhnəsinə dönmüşdür.

William Evart Gladstoneun nələri həyata keçirdiyini və fikirlərinin davamını bundan sonrakı məqalədə dilə gətirəcəyəm.

Seyfəddin Altaylı, Ankara altaylı_s@yahoo.com

BİZƏ DÜŞMƏN OLAN BİRİ. 2.Cİ HİSSƏ.

Bundan əvvəlki məqaləmdə on doqquzuncu yüzildə İngiltərənin başnazirlik postunda dörd dəfə oturan, türklərə və İslam dininə qarşı xirtdəyinə kimi kin-küdurət və nifrətlə dolu olan William Evart Gladstoneun yetişmə tərzindən və Krım hərbinə kimi İngiltərənin izlədiyi siyasət yolundan nə cür yayındığına işarə etmişdim.

Gladstone, xüsusilə Balkan ölkələrinin müstəqilliyi barədə həddən artıq maraqlı idi; çünki balkanlar Osmanlı dövlətinin, yəni Gladstoneun fikrinə görə barbarların və kafirlərin hakimiyyətində idi. O, xristianların müstəqilliyi uğrundakı mübarizəyə lazımi bütün dəstəyi xaçlı özülündən çıxış edərək verirdi; ancaq İngiltərənin mənafeyinə təsir edəcək mövzularda isə tamamilə ayrı cür fikirləşirdi. Bir nümunə olaraq o bir tərəfdən Osmanlı hakimiyyətindəki yunan və bolqarlar kimi xristian dininə mənsub xalqların müstəqil olmasını arzulayaraq dəstəkləyir, digər tərəfdən Yunanıstana və İtaliyaya dəfələrlə gedib özünün və ölkəsinin təbliğatını aparırdı; ancaq İngiltərənin iqtisadi embarqo həyata keçirməsi, bir növ cəzalandırması səbəbiylə bir milyon yarım insanın aclıqdan qırıldığı İrlandiyaya getmək ehtiyacını belə duymurdu.
İrlandiyalılar işğalçı ingilisləri ölkələrində görmək belə istəmədiyinə görə Gladstoneun fikrincə onlar cəzalandırılmalıydı. Bu gün belə İrlandiyalıların İngilis işğalından və assimilyasından hələ də canını qurtara bilmədiyi məlum hadisədir.

Gladstoneun yalnızca Osmanlı dövlətinin ləğvini arzulayaraq torpaqlarının bölüşülməsini istəyən bir düşmən deyildi, o eyni zamanda Orta Asiya türklüyünə qarşı da həmin rəftarını nümayiş etdirmişdi. 1883-cü ildə Kopenhagendə rus Çarı ilə görüş keçirərək Rusiyanın Orta Asiyanı işğalını dəstəklədiyini dilə gətirmiş, Rusiya da bu tarixdən sonra sürətlə Orta Asiya türklüyünün dədə-baba torpaqlarını soyqırımlar törədərək işğal etmişdi. Bu iki müstəmləkəçi xalq o vaxt dünyanı bölüşmək üçün razılaşmışdı, bəs bu gün vəziyyət necədir?!

Gladstoneun, rusların qışqırtmasıyla yaranan Bolqarıstan hadisələri ilə bağlı olaraq Avam məclisində etdiyi çıxışında ajitasiyaya üz tutaraq ordakı nümayəndələrə təsir etməyi də bacarmışdı. Yenə Bolqarıstan hadisələri ilə bağlı olaraq yazıb çap etdirdiyi 64 səhifəlik kitabçada (Bulgarian Horrors and the Questions of the East) türklər barəsində bu sözləri dilə gətirmişdi;

“Gəlin ən yığcam şəkliylə Türk irqinin nə olduğunu sizlərə təsvir edim. Bu, sadəcə olaraq müsəlmanlıq məsələsi deyildir. Problem, müsəlmanlığın əcaib xarakterli bir millətlə birləşməsindən yaranır. Onlar nə Hind müsəlmanları kimi müti (yəni kölə xarakterli), nə Suriyəli Səlahəddin əyyubi kimi şövalyə ruhlu, nə də ispaniyalı müsəlmanlar kimi mədəniyyətlidirlər (işə baxın ki, bu gün İspaniyada İslamiyyətin kölgəsi də qalmayıb. S.A.). onlar Avropaya daxil olduqları o qara gündən üzü bəri bütövlükdə bəşəriyyətin düşməni olublar. Onların hakimiyyəti yaranar-yaranmaz mədəniyyət aradan itib-getdi”.

Bu cür irqpərəst fikirlər nümayiş etdirən yalnızca Gladstoneun deyildi, məşhur bioloq və kafir teoloq Charles Darwin də həmin hələ-pələləri dilə gətirərək bunları deyirdi;

“Yalnızca bir neçə yüzil qabaq Avropa türklər tərəfindən işğal edildiyində qitədəki xalqların nə qədər böyük risqlə üzləşdiyini yadınıza salmaq istəyirəm. Avropa xalqları mədəniləşdikcə məişət mübarizəsində türk barbarlığına qarşı qalib gəliblər. Dünyanın çox uzaq olmayan gələcəyinə baxdığımda görürəm ki, bütün dünyada bu cür alçaq irqlər, daha mədəni irqlər tərəfindən yər üzündən silinib məhv ediləcəkdir”.

Tarixi sənədlərə görə allahsızlığı mənimsəmiş kafir Darwin ilə, özünü Tanrının döyüşçüsü gözündə görən ifrat evangelist Gladstoneun həmin çalada qucaqlaşdıran bir missiya vardı, o da Türk və İslama düşmənçilikdi. Onsuz da o Krım hərbi əsnasında yaydığı bəyanatında, “İngiltərənin əsl vəzifəsi milyonlarla xristianı despot Osmanlı sultanının əlindən xilas edərək azadlığına qovuşdurmaq olmalıdır”-deyirdi.

Gladstone, erməni hadisələrinin gəmi azı dişinə almasında və erməni məsələsinin dünya ictimaiyyətinin gündəminə daxil edilməsində baş rolu oynayan siyasətçidir. On doqquzuncu yüzilliyin sonlarına doğru yaranan Armenakan, Daşnaksutyun və Xnçak təşkilatlarının üsyançı və inqilabçı bir siyasət yoluna düşməsində, onların üsyana təşviqində baş rolu İngilis Liberal partiyası və onun lideri Gladstoneun oynamışdır. İngilis missionerlər, onun məlumatı istiqamətində Türkiyənin Yozqat bölgəsində üsyan edən erməni terror təşkilatı mənsublarına tövsiyə edərək demişdi ki; “Qan tökün, qan tökməsəniz biz işə daxil ola, ona qarışa bilmərik. Qan tökün ki, biz də işə daxil olaq”. Ermənilər də bu tövsiyəyə uyub üsyan etmişdir. Ermənilərin 1893-cü ildə yaratdığı ilk üsyanda tutulan Misak adlı erməni terrorist, məhkəmədə dindirildiyi vaxt hakimə bunları
deyirdi;

“İnqilab Komitəsinin lideri Tomayan, bizi üsyandan əvvəlcə yığıb dedi ki, İngiltərə başnaziri Gladstoneun biz ermənilərə mesaj yollayaraq deyib ki; əgər ermənilər bəylik istəyirsə bu halda onlara o hüquq verilə bilməz. Onlar böyük bir hadisə yaratmalıdılar. Bəziləri kəsilməli, bəziləri asılmalı, müsəlmanlarla vuruşmalı, qan tökməlidilər ki, biz də o vaxt iş daxil olub onların məqsədini reallaşdırmağa çalışaq. Arada heç nə yoxkən heç bir şey edə bilmərik”.

Anadoluda məsum insanları qırğınlar törədərək məhv edən, milyonlarla dinc insanın qanına girən üsyançı erməniləri silahlandıran əsas ölkə İngiltərə və onun lideri Gladstoneun idi. O vaxtlar jurnalist işləyən Hans Barth adlı bir Avropalı, “Ey Türk Oyan” adlı əsərinin on dördüncü səhifəsində erməni hadisələri barədə bunları yazıb;

“Son illərdə erməniləri, duz-çörəyini yediyi Türklərə qarşı təhrik edərək qışqırdan İngiltərədir. Həmin hadisələrin səbəbkarı ingilis kilsələrinin keşişləri, din xadimləri, xüsusi təyinatlı dövlət qulluqçuları, missionerləri, pulları və göz qamaşdıran vədləri, İngiltərənin şeytani planlarla hazırlayıb həyata keçirdiyi intriqalarıdır. İngilis siyasəti arzuladığı hədəfə çatdıqdan, yəni qan tökülməsini təmin etdikdən sonra həqiqətləri tamamilə tərsinə döndərib, üsyankarları məzlum xristianlar, öz canını və mövcudiyyətini qoruyan yazıq müsəlmanları da qana yerikləmiş canavarlar kimi təqdim edərək Avropa və Amerikanı Türklərə qarşı qışqırtmağı bacarmışdır”.

Daha əvvəlki məqalələrimdə də işarə etmişdim, Gladstoneun davamçıları vardır. İngiltərə məxfi təşkilatının qulluqçusu və tarixşünas Arnold Toynbee də onlardan biridir. Toynbee, Birinci Dünya Müharibəsi əsnasında İngilis məxfi təşkilatının Osmanlı dövlətinə qarşı yeritdiyi qara təbliğat aparatının başında o dayanırdı, yalan və böhtanlarla dolu “Mavi Kitab” Toynbeenin rəhbərliyi altında və onun məlumatı istiqamətində hazırlanaraq dünya ictimaiyyətinə təqdim edilmişdir.

Əlbəttə hər millət, hər bir dövlət öz mənafeyinə üstünlük verir, bu təbiidir, ancaq yalnızca öz şəxsi marağı uğruna bir milləti barbar, vəhşi, kafir elan etmək, Tanrının insanlığa yolladığı sonuncu və özülü hüsnniyyət, insan sevgisinə söykənən bir din olan İslamı, bu səmavi dinin müqəddəs kitabı “Qurani-Kərim”i yer üzündən götürməyi fikirləşmək, üstəlik bu fikrini özgə millətlərə də aşılamaq cəhdlərinə yönəlmək necə?! Sonra öz şəxsi siyasi marağı uğruna, bir vaxtlar Osmanlı dövləti tərəfindən “sadiq təbəə” adlandırılan və dövlətin hər cürə imkanı ayaqları altına sərilən bir millətin hamisinə nankorluq etməsine nail olaraq onu üsyana təşviq etmək və bu üsyançılarla Anadolunun məzlum və müdafiəsiz dinc əhalisində qırğınlar törətdirmək, Anadolu xalqının özünü müdafiə etməsi əsnasında həlak olan ermənilərin sayını
azı on qat artıraraq dünyaya qarşı “türklər soyqırım törətdi” deyərək həyasızcasına onu ittiham etmək necə?! Bunun da hər cürə vasitə ilə təbliğatını aparmaq, özünü dünyaya centlmen kimi tanıtmış ingilis millətinə yaraşacaq rəftarlardırmı?!

Gladstoneun kimi insanlar, bəşəriyyət üçün, tarix üçün üz qarasıdır; çünki onların öz işğalçı siyasətləri üçün əsas götürdükləri şeylər yalan, böhtan və vəhşət özülü üstündə bina olmuşdur. Bu özül üstündə yüksələn sərvətin isə, tarixdə şahid olunduğu kimi əsla uzun ömürlü olmadığı da bir həqiqətdir.

İngiltərədə son dövrdə başnazirlik postunda əyləşmiş Tony Blair kimi siyasətçilərin də Gladstoneun özlərinə idol kimi seçdiklərini elan etməsi aydın göstərir ki, İngilis siyasətçiləri islah olunmaz imperialistlərdir. Deməli, ingilis xarakteri və onun milli ideyası qanla, böhtanla və yalanla yoğrulubdur. Onlar özlərindən olmayan hər bir milləti kölələşdirməyi özlərinə məqsəd götürüblər, bu onların milli xislətidir.

“Mevla görəlim neylər,

Neylərsə gözəl eylər”

Ərzurumlu İbrahim Haqqı

Seyfəddin Altaylı, Ankara altaylı_s@yahoo.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER