ƏLİYEVƏ İNSAN QANI İLƏ YAZILAN MƏKTUBLAR

Buraları «QULAQ arxipelaqı»ndan nələr fərqləndirirdi?

Əliyev tez-tez vurğulayırdı ki, Ter-Petrosyan və Yeltsin ondan atəşkəs müqaviləsinə imza atmağı xahiş ediblər. Bəli, bu, belə idi və onlar həqiqətən də bunu təkidlə xahiş edirdilər. Petrosyan bu sayaq xahişləri tez-tez edirdi və dəfələrlə olub kı, onun təkidli xahişlərini əsas gətirən Heydər Əliyev məndən tələb edib ki, döyüş əməliyyatlarını dayandırım. Baxmayaraq ki, mənə məruzə edirdilər və onu inandırmağa çalışırdıq ki, ermənilər yaşayış məntəqələrini artilleriya atəşinə tutur, dinc əhalini tələf edir. Amma o, Petrosyanla daha tez dil tapırdı. Bunu Qərb zonasında olan çoxlu sayda adamlar, o zamankı icra başçıları, zabitlər, hərbi qulluqçular əla bilirlər. Çünki mən onlara atəşi dayandırmaq əmrini verəndə bunun səbəblərini də izah edirdim. Məsələn, dəqiq yadımdadır ki, 1993-cü ilin dekabr ayının 29-da o, məndən tələb etdi ki, hərbi əməliyyatları dayandırım, çünki bunu Petrosyan xahiş edir. Əməliyyatların dayandırılması xeyli uzandı və bu zaman Əliyevə Boris Yeltsin zəng edərək Petrosyanın xahişini təkrarladı. Əliyev də mənə Yeltsinin xahişini çatdıraraq, bir daha atəşi dayandırmağı tələb etdi. Həmin günün axşamı isə Heydər Əliyev mənə zəng edib dedi ki, Rusiya nümayəndələrinin iştirakı ilə Gürcüstan ərazisində ermənilərlə görüş olacaq. Abbas Abbasov ora gedəcək və mən də onunla birlikdə həmin görüşə getməliyəm. Ertəsi gün Əliyev mənə dedi ki, Abbas Abbasov bu görüşdə iştirak edəsi olmadı və mən orada Azərbaycan tərəfdən tək olacağam. Bu görüş Rustavi şəhərində baş tutdu və nəticəsiz başa batdı. Amma bu barədə bir qədər sonra daha təfsilatlı yazmağa çalışacağam…İsa SadıqovƏvvəli ötən saylarımızdaBütün imkanların ərazi bütövlüyünün bərpasına səfərbər edilməsinin əvəzinə Heydər Əliyev təslimçi sülhə, atəşkəs rejiminin yaradılmasına imza atdı və bu “sülh”ün yalnız bir anlamı, məqsədi vardı: hakimiyyəti öz əlində saxlamaq, özünün şəriksiz hakimiyyətini təmin etmək. O, sanki yaşını, səhhətini nəzərə alaraq tələsir, hakimiyyətin öz ailəsinin əlində əbədi qalmasının təminatlarını möhkəmləndirmək istəyirdi. Və həmin zamanlardan da Əliyevin yeni-köhnə əyyamı yenidən başladı. Həm də azacıq sonra hamı dərk etdi ki, heç bir möcüzəyə-filana inanmağa ehtiyac yoxdu: Heydər Əliyev 70-80-ci illərdə necədisə, eləcə də qalıb. O, özünün əvvəlki adam oduğunu göstərmək üçün qəddarlığın bütün mümkün görsənişlərini nümayiş etdirdi. Mən bu prosesləri çox yaxından müşahidə edə bildim. Həbsxanada mən Soljenitsının “Arxipelaq QULAQ” adlı əsərini oxudum. Bu kitabı oxuya-oxuya həmin Stalin dövrünün repressiyaları ilə Əliyev dövrünün repressiyaları arasında hansısa fərqi tapmağa çalışdım, amma mümkün deyildi. Heydər Əliyev Sovet repressiya maşınının insanları əzmək, məhv etmək, sındırmaq üsullarını əla mənimsəmiş bir adam idi. O da eyni soyuqqanlılıqla bir nəslin bütün kişilərini damlaya, onları həbsxanalarda çürüdə, ailəni və uşaqları başsız qoya bilərdi. Mən görürdüm ki, analar həbsxanada saxlanılan övladlarının yanına gələrək, bütün görüş boyu necə ağlayır və oğullarının üzlərinə baxmırdılar. Gənclər – yaşadıqları azacıq həyatın bütün şüurlu hissəsini Vətən uğrunda döyüşən bu insanlar 25-26 yaşlarında “Vətən xaini” elan edilmişdilər. Məqsəd isə bir idi: millətin gözünü qorxutmaq, sındırmaq, onu miskin bir kütləyə çevirmək ki, idarə etmək rahat olsun. Bu, “Politbüro”nun və KQB-nin uzun illər ərzində formalaşmış, daşlaşmış iş təcrübəsi idi…
Əliyevi millətin gələcəyinin narahat etdiyinə inanmıram və bütün əlamətlərdən yalnız bir şey müşahidə olunurdu ki, onu sonsuzluğa qədər davam edəcək ailə hakimiyyəti ilgiləndirir. O, minlərlə adamı bu məqsəd uğrunda məhv etməyə hazır idi və bu qətiyyət aşkar müşahidə edilirdi. O, milləti regionçuluq duyğularına yoluxdurdu, bu proses bir çox müqəddəs dəyərləri deformasiyaya uğratdı.
Ümumilikdə isə tam əminliklə demək olar ki, Əliyevin ikinci dönüşündən başlayan repressiyalar öz miqyasına görə Stalinin 30-cu illərdə elədiklərindən qətiyyən geri qalmırdı. O məşum Sovet illərindən heç nə fərqli deyildi – idarəetmənin bütün forma və metodları eynilə tətbiq edilirdi.Həbsxana generallarıQeyd etdiyim kimi, 90-cı illərin repressiyaları məni də həbsxanaya atmışdı. Buna görə də düşünürəm ki, həmin dövrün – birinci repressiya dövrünün dustaqlarının taleyilə bağlı məlumatlar da maraqlı olar.
Məhkəmədən sonra məni Binəyə – 9-cu kalona gətirdilər. Bu, yarımsəhralıq ərazidə yerləşən, böyründə də nəhəng bir donuzxananın qurulduğu bir cəzaçəkmə müəssisəsi idi. Yayda dözülməz isti, ilin qalan vaxtlarında isə külək və yağış… Məlumatlı idim ki, mənim gəldiyim bu kalonda Müdafiə Nazirliyinin sabiq artilleriya komandanı, general Hacırəhim Məmmədov da saxlanılır. Mən həm də onu görməyə tələsirdim. O, Müdafiə Nazirliyində çox dəyərli zabitlərdən biri idi. Bu yerdə istərdim ki, generalın şəxsiyyətini tanıtmaq üçün bir qədər ətraflı izahat verim. Hacırəhim Məmmədov artilleriya məktəbini və artilleriya akademiyasını bitirmiş, bütün hərbi karyerası boyu açıq hərbi hissələrdə qulluq etmişdi. Sovet ordusunda polk komandiri, polkovnik rütbəsinə qədər yüksəlmişdi. Sovet Ordusu sıralarında bu səviyyədə olan azərbaycanlıları barmaqla saymaq olardı. O, Ruslan Auşevlə olduqca yaxın dost idi və bir yerdə Uzaq Şərqdə xidmət etmişdilər. Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycana Vətənin müdafiəsi üçün könüllü şəkildə gəlmişdi. O, Gürcüstanda, Tetrizkaro-Ağbulaqda doğulmuş, böyümüşdü. 
Hacırəhim Məmmədov hərbi əməliyyatların gedişində olduqca böyük işlər görmüşdü, bütün qaynar nöqtələrdə olurdu, yüksək nizam intizamı ilə fərqlənən artilleriya hissələrinə rəhbərlik edirdi. Hacırəhimi bütün tabeliyində olanlar əla tanıyır və onu sevirdilər. Eyni zamanda, o, zabit şərəfini uca tutaraq heç bir qruplaşmaya, klana qoşulmayan ordu komandanlarından biri idi. Çoxları onun göstəricilərinə həsəd aparırdı, ona oxşamaq istəyənlər kifayət qədər çox idi. O, Azərbaycanı güclü, qüdrətli dövlət kimi görmək istəyir və bundan ötrü əlindən gələn hər şeyi edirdi…
Bu namuslu adam uydurma cinayət işilə “Vətən xaini” elan edilərək 15 il həbs cəzasına məhkum edilmişdi. Kimin ağlına gələrdi?! Və təəssüf ki, məhz bu cür adamlar bu taleyin sahibi olurdular. Onu çox yaramazcasına 1994-cü ilin oktyabr hadisələrinə görə mühakimə etmişdilər. Amma burada Hacırəhimdən başqa da onlarla namuslu zabitlər saxlanılırdı və onların hamısının “Vətən xaini” adı ilə həbs edildiyi aydın idi. Həm də torpaqların 20 faizinin düşmən əlində olduğu, təslimçi sülhün imzalandığı bir zamanda… Ordunu qurmaq, düşməni geri oturtmaq əzmində olan bu zabitlər və döyüşçülər indi həbsxanada kartof soyub özləri üçün yemək hazırlamaqla, başlarını nə iləsə qarışdırmaqla məşğul idilər…Vətən uğrunda canını verən “Vətən xainləri”Xalq düşməni elan edilərək 15 il həbs cəzası alan Mingəçevir batalyonunun komandiri Əli Yəhyayevi heç cür unuda bilmirəm. 1993-cü ilin fevralında Ağdərə uğrunda döyüşlərdə Əli bir ayağını dizdən yuxarı itirmişdi. O, salamat qalan bir ayağı ilə həbsxanada çox əziyyət çəkirdi. Onunla danışmaq çətin idi, ağır idi. O, komandir olaraq qalır, özünü zabitəli aparırdı, amma gözlərindəki ağrını, kədəri heç cür gizlədə bilmirdi. Mən onun ailəsilə, uşaqlarıyla görüşünü heç vaxt yadımdan çıxara bilmərəm. Bu, ürəkləri yaxan bir mənzərə idi. O, mənim nəzərimdə əyilməzliyin və sınmazlığın mücəssimələrindən biri, qəhrəman idi.
Insanlar damarlarını doğrayaraq, Əliyevə özlərinin günahsız olduqlarını sübut edən məktubları qanları ilə yazırdılar. Yazırdılar ki, onlar ittiham edildikləri cinayət əməllərilə heç bir əlaqəsi olmayan adamlardır. Mən Qazax polisinin sabiq zabitlərindən birini tanıyırdım ki, Heydər Əliyevə öz qanı ilə 30-dan artıq məktub yollamış, amma onların heç birinə cavab almamışdı…

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER