ƏBÜLFƏZ ELÇİBƏY VƏ HEYDƏR ƏLİYEV AXŞAMLARI

Əbülfəz Elçibəy və Heydər Əliyev axşamları

XAQANI ƏLIYEV
“Mən Əbülfəz Elçibəy qədər öz millətini fanatikcəsinə sevən bir insan tanımıram” (Bəxtiyar Vahabzadə)“Mən Əbülfəz Elçibəy qədər öz xalqını sevən bir prezident görməmişəm” 
(Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer)…Bu gün tayfa hakimiyyətinə yarınmağın ən qısa yolu birillik AXC hakimiyyətinə qara yaxmaqdan keçir. Əslində buna heç qara yaxmaq da demək olmaz, müsahibə və yazıların əksəriyyəti qeyri-etik, əxlaqa sığmayan ifadələr toplusudur.
Və mənim üçün ən qəribəsi odur ki, bu insanlar hətta Şəhidlər xiyabanına da gedirlər, 1992-93-cü illərdə Vətən uğrunda döyüşlərdə həyatını qurban vermiş mərd oğulların qəbirlərinə gül-çiçək də qoyurlar. Minlərlə AXC üzvünün uyuduğu bu xiyabanda şəhidlərimizin anadan olduğu təvəllüdlər fərqli olsa da, həlak olma tarixi dəyişməzdi; 1992 və 1993-cü illər…
Vətən uğrunda canından keçmiş on minlərlə AXC üzvünün başdaşlarında yazılan bu tarixlər YAP iqtidarının saxtalaşdıra bilməyəcəyi yeganə tarix olaraq qalacaq…
Əslində istər YAP-ın siması Əli Əhmədov, istərsə də onun yolunu tutmuş gənc bilməlidir ki, AXC hakimiyyətini tənqid etmək olar, amma onu sülalə hakimiyyəti ilə müqayisə etmək ən azı etikaya sığmır.
Bu cəhd istənilən şəxsi alçalmağa vadar edəcək, çünki həmin adam hamının bildiyi həqiqətləri inkar etməyə məcbur olacaq. Sükutla Dubay villalarının, məmur-oliqarxların milyardlarla ölçülən, xalqdan oğurlanmış var-dövlətinin üstündən keçəcək,  ölkəni bürümüş korrupsiya və rüşvətxorluq, miyonlarla insanın bir parça çörək dalınca ölkəni tərk etməsini danmağa məcbur olacaq. 
1992-93-cü illərdə Yerevanın mərkəzi meydanlarında hər gün Elçibəyin müqəvvası yandırılırdı. Çünki o, Ermənistan prezidentləri ilə nə kabab yeyirdi, nə də xizəklə sürüşürdü, o, müqəddəs müharibə aparırdı. Torpaqlarımız azad edilirdi, ermənilər artıq təslimçi müqavilə imzalamaq üzrə idi. 1993-cü il idi… 
Və elə bu zaman (!) Heydər Əliyev gəldi və “pencəyimi çiynimə atıb, Xankəndinə gedərəm” dedi. Lakin sonra məlum oldu ki, bu, son dərəcə “ciddi” bəyanat, hakimiyyəti ələ keçirməyə hesablanıb. Heç Cəbrayıla da gedə bilmədi. Əksinə, Qarabağla həmsərhəd altı rayon da ermənilərə təslim edildi. Təqiblər başladı, silahlar yığışdırıldı, silahlı qüvvələr buraxıldı…. 
“Sıravi Əhməd”, “Azərbaycan əsgəri” və s. mahnılar nəinki telekanallardan yığışdırıldı, hətta sonradan o möhtəşəm, damarlarda qanı coşduran, xalqı mübarizəyə səsləyən marş və çağırış müəllifləri Azərbaycandan didərgin salındı. O illəri xatırladacaq hər şeyi yox etməyə çalışırlar, əvəzində ermənilərin əsir düşmüş həmvətənlərimizə etdiyi həqarəti bizə tez-tez göstərirlər. Millətin gözünü qorxutmaq üçün…
“Tərif” edilən dövrdə Azərbaycan dünyada analoqu olmayan bir rəzilliyə imza atdı, qardaş qırğınına görə ən yüksək ad, orden və medallar verildi. Mən inanıram ki, nə vaxtsa  yüzlərlə seçmə oğullarımızın qanına qəltan edildiyi 1995-ci ilin mart axşamlarının “sirləri” açılacaq. Bu qardaş qırğınına görə təltif edilənlər orden və medallarını geri verərək xalqdan üzr istəyəcəklər. Çünki dünyanın heç bir ölkəsində qardaş qırğınında iştirak edənləri mükafatlandırmayıblar.
“Axşamlar çölə çıxa bilmirdik” deyirlər. Müharibə gedirdi, bəli, fərarilər çölə çıxa bilmirdi. Hava da barıt qoxuyurdu, lakin iddia edildiyi kimi Bakıda yox. 
O illərin cinayət statistikası ilə indi baş verən analoqu olmayan cinayətləri müqayisə edin. Hacı Məmmədov kimi qanqsterləri, 100 manata görə gözünü qırpmadan nənəsini, qonşusunu, dostunu qanına qəltan edən gəncləri kim yetişdirdi, görəsən? Orta hesabla bir ayda ən azı 45 dəhşətli qətl hadisəsi baş verir. Vəziyyət o yerə çatıb ki, telekanallar xüsusi amansızlıqla edilmiş qətl və zorakılıqlardan bəhs edir, bıçaqlama, boğaraq öldürülmə, və s. “sıradan cinayət”lərə(!) vaxt ayırmır(!). Üstəlik, bu azmış kimi, YAP iqtidarı bizə daha eybəcər axşamlar bəxş etdi. Inanmayan varsa, bir gün axşam saat 9-dan sonra Yanvar şəhidlərimizin qanlarına qəltan olunduğu Tbilisi prospektindən keçsin və bu rəzil mənzərəni seyr etsin.
1992-93-cü illərdə yüksək vəzifəlilərin övladları, yaxınları ön xətdə düşmənə qarşı vuruşur, şəhid olurdular. Azərbaycanda AXCP qədər on minlərlə şəhid verən ikinci bir partiya olacaqsa, bu, yenə AXCP olacaq, bunu unutmayın.
Bir yumşaq kreslo, deputat mandatı, övladlarınız və yaxınlarınızın güzəranını müvəqqəti düzəltmək naminə müqəddəs dəyərlərimizi tapdalamayın, şəhidliklərdə uyuyan qəhrəmanların ruhuna böhtan atmayın!!!
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER