Natiq Miri: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan arasında imzalanan strateji saziş işə düşə bilər”

Natiq Mirinin Vətəninfo-ya müsahibəsi

Natiq Miri: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan arasında imzalanan strateji saziş işə düşə bilər”

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış siyasi şərhçi Natiq Mirinin “Vətəninfo”-ya müsahibəsi 

– Natiq bəy, Rusiyada Putinin hakimiyyətə gəlməsi Qafqaz bölgəsi üçün nələr vəd edir?

– Rusiya dünya gücü statusunu bərpa etmək üçün yeni cəhdlər etməyə başlayacaq. Putinin Rusiyanın çevrəsində bufer zonasını yenidən bərpa etməkistəyi də bundan xəbər verir. Avrasiya İttifaqı və Avrasiya Parlamenti kimi sayıqlamalar məhz bu niyyətə xidmət edir. Yenidən öz dünya gücü statusunu bərpa etmək üçün əvvəlcə öz əski çevrəsindəki ölkələri mərkəzə bağlamalıdır. Ancaq bunu edə bilmək üçün Rusiya digər postsovet ölkələri üçün cəzbedici olmalı və Rusiyanın bu cəzbetmə qüvvəsini saxlaması üçün ciddi resursları olmalıdır. Ancaq belə resursların olduğunu və mərkəzəqaçma cəzbinin uzunmüddətli olacağını düşünmürəm. Məhz mərkəzdənqaçmanın güclənəcəyinin qarşısını almaq üçün Rusiyanın daha aqressiv addımlar atacağını söyləmək olar. Bu Qafqaza da aiddir. Şimali Qafqaz Rusiya üçün ağır bir yükdür və heç bir vəchlə orada stabillik yarada bilmir. Yaxın on illər üçün sabitliyin olacağı gözlənilmir. Cənubi Qafqazda isə Gürcüstan artıq Rusiyanın əhatə dairəsi olmaqdan çıxıb və ciddi surətdə  taleyini və təhlükəsizlik sistemini Qərblə bağlayıb. Azərbaycan isə artıq Şərqi Avropa ölkəsi kimi Avropaya ciddi inteqrasiya yolundadır və proses sürətlənəcək. Bu, sadəcə zaman məsələsidir. Ermənistan isə hələlik ikili oynayır. Rusiya ilə təhlükəsizlik sistemini bağlasa da Qərbla inteqrasiya perspektivlərini də əldən qoymur. Çünki Sarkisyan hakimiyyəti gələcək perspektivin Rusiya ilə bağlı olmayacağını anlayır. Ona görə bu proses nə qədər təhlükəli və ağrılı olsa da, bu yöndə addımlar atır və gələcəkdə Qərbə yönəlik olacaqlarının siqnallarını verir. O baxımdan Putin Sarkisyan hakimiyyətinə o qədər də güvənmir və Ermənistanın sabiq prezidenti Robert Koçaryanla məxfi görüşünü də bu inamsızlıq və Ermənistanın gələcək siyasi taleyinin müzakirəsi kontekstində dəyərləndirmək lazımdır.

– Sabah Azərbaycan Dağlıq Qarabağda müharibəyə başlayacağı təqdirdə, Rusiyanın Azərbaycana hücum etməsi mümkündürmü?

– Birbaşa belə hücumun olacağını düşünmürəm. Çünki bunun üçün əsas olmalıdır. Belə bir əsas isə yoxdur. Daqlıq Qarabağda müharibə başlasa, bu, Ermənistanın ərazisində deyil, Azərbaycanın öz ərazisində işğal faktına son qoymaq məqsədilə ediləcək ki, bu da beynəlxalq hüquqa uyğundur. Azərbaycan istədiyi zaman öz ərazilərini işğaldan azad edə bilər. Ona görə də Rusiya ilə Ermənistan arasında olan müqavilə hüquqi cəhətdən işləməyəcək. Başqa cür Rusiyanın müdaxiləsi dünya tərəfindən işğal faktı kimi dəyərləndiriləcək ki, burada da qardaş Türkiyə olan strateji müqaviləmiz və digər beynəlxalq mexanizmlər işə düşəcək ki, bu da Rusiya üçün arzuolunan nəticələri verməyəcək. Ona görə də Rusiyanın birbaşa müdaxiləsini gözləmirəm. Sadəcə, Qarabağ müharibəsi olduğu təqdirdə Rusiya həmişəki kimi Ermənistana gizli yardım edəcək. Bundan o tərəfə Rusiyanın dünyaya qarşı gələcəyi qədər boyunun uca olmadığını düşünürəm.

– Belə olan halda Azərbaycan konkret hansı addımları atmalıdır? 

– Azərbaycan region üçün həssas olan bu dönəmdə öz təhlükəsizlik sistemini hansı güclərlə quracağına qərar verməlidir. Çünki təhlükə təkcə, Rusiya, Ermənistanla bağlı deyil. Bu gün ən böyük təhlükə İranda və onun çevrəsində gedən proseslərlə bağlıdır. İranda müharibə təhlükəsi olduğu təqdirdə Azərbaycanla bağlı hər cür təxribatların olacağı mümkündür. Ona görə də Azərbaycan qardaş Türkiyə ilə bütün mənalarda inteqrasiyanı gücləndirməli və iki ölkə arasındakı strateji müqaviləyə rəğmən konkret hərbi saziş bağlamalıdır. Artıq hiss olunur ki, regional məsələlərdə ABŞ-ın hərbi təhlükəsizlik məsələləri məhz Türkiyə üzərindən yürüyəcək. Ona görə də nə qədər gec deyil, bu yöndə düşünməmiz və ciddi qərar verməmiz lazımdır.

Söhbətləşdi: Elnur Eltürk

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER